Haniyənin üçaylıq xələfi...


Dünya 17 Okt 2024 23:12:00 67 0

Haniyənin üçaylıq xələfi...

Xəbər verdiyimiz kimi, HƏMAS lideri Yəhya Sinvar İsrail qüvvələri ilə toqquşma zamanı həlak olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sinvar Qəzza zolağında yeni münaqişə ocağını qığılcımlandıran 7 oktyabr hücumunun əsas təşkilatçısı olub.

Məhz buna görə İsrailin xarici işlər naziri İsrael Katz onun ölümünü "bir ildir davam edən ova son nöqtənin qoyulması" kimi şərh edib.

Lakin İsrailin "Kan" radiosu anklavın cənubunda baş verən bugünkü toqquşma ilə bağlı fərqli təfərrüatlar açıqlayıb.

Belə ki, məlumatlarda HƏMAS liderinin kəşfiyyat məlumatlarının toplanması nəticəsində deyil, təsadüfən öldürüldüyü qeyd olunub.

Həmçinin bildirilib ki, cəsədlərin üzərindən nağd pul və saxta şəxsiyyət vəsiqələri də aşkar edilib. Yəni, saxta kimliklər daşıyan 3 nəfərin əslində kim olduğu naməlum olub.

"Kanal 12" isə bildirir ki, əməliyyat bir tank bölməsi ilə işləyən bir piyada batalyonunun binaya qaçan bir qrup adamı müəyyən etməsi ilə başlayıb. Qüvvələr tank mərmilərindən istifadə edərək atəş açıb. Həmin şəxslər isə dağıntılar altında qalıb.

Yalnız cəsədlər müəyyən edildikdən və onlardan DNT nümunələri götürüldükdən sonra Sinvarın da onların arasında olduğu aydınlaşıb.

Onu da deyək ki, Sinvarı bu qədər önəmli edən məqamlardan biri də onun mükəmməl ivrit dili bilməsi olub.

O, İsrail həbsxanalarında keçirdiyi 20 ildən çox müddət ərzində ivritcəni "ana dili" kimi mənimsəyib.

Elə bu səbəbdən də HƏMAS-ın son bir neçə ildəki strategiyasının arxasında duran aparıcı qüvvəyə çevrilib.

61 yaşında həlak olan HƏMAS lideri Qəzzanın cənubundakı Xan Yunis qaçqın düşərgəsində doğulub.

Onun uşaqlıq dostları arasında İsrailin üç ay əvvəl hava hücumu zamanı öldürüldüyünü iddia etdiyi HƏMAS-ın hərbi komandiri Məhəmməd Deif və hazırda BƏƏ-də mühacirətdə yaşayan dünyəvi "Fəth" partiyasının nüfuzlu üzvü Məhəmməd Dahlan da var idi.

Bir məsələ də var ki, HƏMAS tərəfi hələlik liderlərinin həyatda olub-olmaması ilə bağlı heç bir münasibət bildirmir.

Qeyd edək ki, Y.Sinvar HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülməsindən sonra hərəkata rəhbər seçilmişdi.  Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Astarada nə baş verir?  İnsanlar çarəsiz vəziyyətdə... like
  • 17 Okt 23:03  
Digərləri Astarada nə baş verir? İnsanlar çarəsiz vəziyyətdə...

Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur

arrow Ətraflı
Milyarder ərindən boşanan müğənni yeni sevgili tapdı like
  • 17 Okt 23:00  
Şou-biznes Milyarder ərindən boşanan müğənni yeni sevgili tapdı

Məşhur ukraynalı müğənni Kamaliya Pakistan əsilli milyarder Məhəmməd Z

arrow Ətraflı
Dönər nə vaxt zəhərlənmə yaradır?  Son günlərin əsas bəlasından QORUNMAĞIN YOLLARI like
  • 17 Okt 22:49  
Digərləri Dönər nə vaxt zəhərlənmə yaradır? Son günlərin əsas bəlasından QORUNMAĞIN YOLLARI

Son günlər dönərdən zəhərlənmə halları artıb. Hətta ard-arda baş ve

arrow Ətraflı
İlk dəfə ələlə görüntüləndilər  VİDEO like
  • 17 Okt 22:36  
Şou-biznes İlk dəfə ələlə görüntüləndilər VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Oğuzhan Koç aktrisa Hazal Suba

arrow Ətraflı
Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı like
  • 17 Okt 22:19  
Digərləri Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı

Gəncə şəhərinə edilən hücumlar nəticəsində dövlət mülkiyyətində

arrow Ətraflı
Ərdoğan Mirzoyanı qəbul edəcək like
  • 17 Okt 22:15  
Digərləri Ərdoğan Mirzoyanı qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Ərdoğan İstanbulda Ermənistanın xarici işlər

arrow Ətraflı
Türkiyəli aktyor evində ölü tapıldı like
  • 17 Okt 22:08  
Şou-biznes Türkiyəli aktyor evində ölü tapıldı

Bir dönəm Türkiyənin məşhur seriallarından olan "Avropa Yakası"

arrow Ətraflı
Azərbaycanda atışma: 2 ölü, 1 yaralı like
  • 17 Okt 21:46  
Digərləri Azərbaycanda atışma: 2 ölü, 1 yaralı

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndind

arrow Ətraflı
Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər like
  • 17 Okt 21:29  
Digərləri Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər

Xaricdə yaşayan jurnalist Elbəyi Həsənlinin Naftalanla bağlı paylaşımı

arrow Ətraflı
Eşqləri cəmi  10 ay çəkdi  FOTO like
  • 17 Okt 21:23  
Şou-biznes Eşqləri cəmi 10 ay çəkdi FOTO

Aktrisa Çiğdem Batur sevgilisi Gökhan Keserlə ayrılıb.

arrow Ətraflı
Bu tanınmış azərbaycanlı partlayışda ÖLDÜ like
  • 17 Okt 21:08  
Digərləri Bu tanınmış azərbaycanlı partlayışda ÖLDÜ

Gürcüstanda fəaliyyət göstərən "Maarif" təşkilatının rəhb�

arrow Ətraflı
Məhkəmə işi: Elnarənin atası belə öldürülüb... like
  • 17 Okt 21:04  
Digərləri Məhkəmə işi: Elnarənin atası belə öldürülüb...

Məşhur rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atma

arrow Ətraflı
Xatirə İslamdan gəlinlərinə bahalı HƏDİYYƏ like
  • 17 Okt 21:01  
Şou-biznes Xatirə İslamdan gəlinlərinə bahalı HƏDİYYƏ

Müğənni Xatirə İslam sosial şəbəkə paylaşımı ilə marağa səbəb ol

arrow Ətraflı
Deputat Allahverdiyeva mənimsəmədə like
  • 17 Okt 20:54  
Dünya Deputat Allahverdiyeva mənimsəmədə

Ukraynada "Xalqın Xidmətçisi" partiyasının üzvü, deputat İrina

arrow Ətraflı
"Ərim telefonunun parolunu vermirsə, bu mənim üçün XƏYANƏTDİR"  VİDEO like
  • 17 Okt 20:48  
Şou-biznes "Ərim telefonunun parolunu vermirsə, bu mənim üçün XƏYANƏTDİR" VİDEO

"Ailədə ər və arvad telefonun parolunu bilməlidirmi?" mövzusu &q

arrow Ətraflı