Erməni xidmətçisi Frank Şvabe yenə Bakıya "hücum"a keçdi, Osmanqızı da
Siyasət 17 Okt 2024 12:39:37 143 0
ABŞ-a sığınmış Sevinc Osmanqızının YouTube kanalında "qonaq" olan Frank Şvabe həmişəki ampluasında idi.
Bu xəbəri də oxu: COP29un yekun plenar iclası keçirilir
Avropa Şurasının Parlament Asssambleyasının (AŞPA) 76 deputatı ilə bahəm Azərbaycanda "persona non-qrata", yəni arzuolunmaz şəxs elan edilmiş Frank Şvabe yenə "təəccübləndirməyi" bacardı.
Gerçəkdən də, Almaniya Sosial-Demokrat Partiyasının 54 yaşlı üzvü mənəvi tənəzzülün, ifrat yalançılığın, absurd qərəzin və marazmatik subyektivizmin həddi olmadığını sübut etdi.
"Azərbaycan anlamalıdır ki, COP29 heç bir halda Formula-1 deyil" söyləyən Sevinc Osmanqızı xaotik düşüncəsi ilə hesab edir ki, yeni, çox ekstravaqant siyasi "maksima" söylədi.
Halbuki bu, triviallığın ən pis həddi, ən bəsit primitivlikdir.
"Formula-1" avtomobil yarışları ilə BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 arasındakı fərqi Bakı bilir - şərt həmin fərqin nə olduğunu heç olmazsa, səthi şəkildə Sevinc Osmanqızının anlamasıdır.
COP29 geosiyasi, yaxud geostrateji məsələlərin nəzərdən keçirldiyi siyasi tədbir yox, dünyanın üzləşdiyi qlobal ekoloji problemlərin çözüm yollarının arandığı və bu istiqamətdə dövlətlərin işbirliyinə nail olmağı hədəfləyən zirvə toplantısıdır.
S.Osmanqızı, təbii ki, ekologiya və ya qlobal iqlim dəyişiklikləri problematikasını "önəmli" saymaya bilər: axı okeanın o tayındakı, Potomak çayının sahillərindəki ofislərdəki sifarişçilər tamamən fərqli mövzuları ön plana çıxararaq məlum təlimatları əmr və göstərişlərlə ünvanlayıblar ona.
S.Osmanqızı da ssenariyə uyğun olaraq danışır və "azad diskussiya" olduğunu göstərməyə çalışır.
Anlayırıq - nimdaş gedişlərdir, yalnız acı ironiya hissi doğura biləcək klişe davranışdır.
Dərin intellektual qabiliyyəti, genişmiqyaslı dünyagörüşü və siyasi müdrikliyi ilə əsla seçilməyən Frank Şvabe də yeni tribuna tapdığına sevinərək Azərbaycana qarşı marazmatik ittihamlarını bir daha səsləndirməyi fürsət bilib.
AŞPA-da 26 ölkədən olan 76 deputatın Azərbaycana gəlişlərinə qadağa qoyulmasını "nonsens" adlandıran F.Şvabe az qala infuzoriya tərliyi kimi davranır və siyasi etikanı bilmərrə unudaraq etiraf etmək istəmir ki, rəsmi Bakının sözügedən addımını şərtləndirən səbəb elə həmin AŞPA-da ölkəmizə qarşı maniakal aqressiya formatında yanaşma, sürəkli yalanlar, əsassız ittihamlar və selektiv siyasətin norma sayılması olub.
Sonda da Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatdan məhrum edilməsi ilə bağlı qərar həmin sənədə səs verənlər arasında yer almış o 76 deputatın subyektivliyi ilə yanaşı, siyasi idiotizm izharının nümunəsi də sayıla bilər.
Frank Şvabe daha sonra bəyan edib ki, AŞPA-nın 76 deputatının Azərbaycana buraxılmaması ilə bağlı qərar "təşkilatda Azərbaycanla bağlı tərəddüdlü mövqe tutanların da mövqeyini dəyişib" və sən demə, AŞPA-nın Nazirlər Komitəsi də Azərbaycana qarşı "sərt addım atmağa hazırlaşır".
Bundan sonra isə "müsahibə", ümumiyyətlə, siyasi əxlaqsızlıq məcrasına yönəlib.
Davranışına və mövqeyinə görə hətta "siyasi terrorçu" belə adlandırılmış Frank Şvabe Azərbaycanı "COP29 daxilində məqsədlərinə çatmaq üçün rüşvətdən və korrupsiyadan istifadə etməkdə güman olunma"da suçlayıb, "təəssüf ki, əlimdə faktlar olmadığından dəqiq heç nə deyə bilmərəm" söyləyib.
"Siyasəti bəzən futbola bənzədirəm. Təsəvvvür edin ki, futbol turniridir və komandalardan biri də futbolu ayaqla yox, əllə oynayacağını deyir. Ona FİFA qaydalarını, bu qaydalara tabe olmağınını məcburi olduğun xatırladanda isə sanksiyalar əl atır. Təbii ki, yolverilməz vəziyyətdir", - Frank Şvabe deyib.
Deyib, amma həmişəki kimi ağı qara, qaranı da ağ göstərərək məntiq fırıldaqçılığına əl atıb.
Danılmaz reallıq budur ki, məhz AŞPA Azərbaycana qarşı "əllə oynamaq" prinsipinə əsaslanan selektiv yanaşma tətbiq edib.
Məhz AŞPA ölkəmizə qarşı yolverilməz şəkildə, beynəlxalq hüquqla yanaşı, elə bu strukturun öz nizamnaməsinin və yazılı (!) qaydalarını pozmaqla ifrat qərəzli yanaşma nümayiş etdirməkdədir.
Məhz AŞPA 30 il ərzində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə sürətlə silahlanan və Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasının rəsmiləşdiyi Ermənistanla sülhə can atan, Cənubi Qafqazdja süğlhlə stabilliyin bərqərar olmasını qarşısına məqsəd qoymuş Azərbaycanı bir tutur.
Budur "ədalətli futbol", herr Şvabe?
Əgər budursa, onda siz futbol yox, nişanlanmış kartlarla qumar oynamağa çalışan adi şulersiniz.
Özü də istedadsız, bayağılığı ikrah doğuran şuler.
... Azərbaycana qarşı ikili standartlar və beynəlxalq münasibətlərdəki ədalətsizliklər artıq uzun müddətdir ki, Avropa siyasətinin bir parçasına çevrilib. Xüsusilə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) baş verənlər bu reallığı aydın şəkildə ortaya qoyur. Son zamanlar AŞPA-nın yaşıl fraksiyasının rəhbəri Frans Şvabenin Azərbaycanla bağlı çıxışları və hərəkətləri, ölkəmizə qarşı mövcud olan ədalətsiz münasibəti bir daha təsdiqləyir. Azərbaycan Parlament Assambleyasında öz nümayəndə heyətinin mandatının bərpa olunmasını gözlədiyi halda, Frans Şvabe və onun kimiləri ölkəmizi təzyiq altında saxlamağa çalışırlar. Amma bu cəhdlər Azərbaycanın milli maraqlarına, beynəlxalq hüquqa və ölkəmizin suveren hüquqlarına ziddir.
Frank Şvabenin seçkilərə nəzarət missiyasına dəvət edilməməsinin səbəbi də məhz bu məqamla bağlıdır. AŞPA-da fəaliyyət göstərən Ermənistan diasporunun maliyyələşdirdiyi korrupsiyalı qruplar vasitəsilə Azərbaycan haqqında tez-tez qaralama kampaniyaları aparılır. Azərbaycan bu hallarla üzləşərkən öz maraqlarını qorumaq üçün AŞPA-dakı fəaliyyətini müvəqqəti dayandırmışdır. Bu qərar, Ermənistan diasporunun təsiri altında olan qüvvələrə qarşı atılmış qətiyyətli addım idi.
Bəs Frank Şvabenin ölkəmizə gəlmək cəhdi nədən qaynaqlanır? Şvabe Azərbaycanın COP29-ın ev sahibliyini etməsi ilə bağlı beynəlxalq səviyyədə olan öhdəlikləri yerinə yetirəcəyinə şübhə yaradan bəyanatlarla çıxış edir. Bu isə açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqedən xəbər verir. COP29-da iqlim dəyişikliklərinə qarşı mübarizə gündəmdə olsa da, Şvabe və onun kimiləri bu mövzunu siyasət meydanına çevirməyə çalışırlar. Lakin Azərbaycanın belə addımlara dözmək niyyəti yoxdur.
Azərbaycanın Frank Şvabeni ölkəmizə buraxmamaq qərarı suveren hüquqlar çərçivəsində verilmişdir. Bu, Azərbaycan dövlətinin öz ərazisində kimin olacağını təyin etmək hüququna əsaslanır və bu hüquq beynəlxalq hüquq çərçivəsində qorunur. Vyana Konvensiyası da bu kimi halları təsdiqləyir və hər bir ölkəyə öz ərazisinə kimin daxil olacağını müəyyən etmək imkanı verir.
AŞPA-nın Azərbaycanla bağlı qərəzli mövqeyi uzun müddətdir ki, davam edir. Bu qurum, Ermənistan diasporunun maliyyə və siyasi təsiri altında, Azərbaycana qarşı təzyiq siyasəti yürütməyə çalışır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Qarabağ münaqişəsinin həlli ilə bağlı həyata keçirdiyi müstəqil siyasət isə bəzi Avropa ölkələrini narahat edir. Bu narahatlıq isə daha çox Ermənistanın maraqlarını qorumaq niyyətində olan dairələrdən qaynaqlanır. Buna görə də, AŞPA-dakı qüvvələr Ermənistanın təxribatlarını dəstəkləmək üçün müxtəlif yollara əl atır, o cümlədən Azərbaycanı beynəlxalq arenada ləkələməyə çalışır.
Lakin Azərbaycan bu təzyiqlərə boyun əymir. Bizim üçün əsas məsələ milli maraqlarımız və suveren hüquqlarımızın qorunmasıdır. Beynəlxalq hüququn prinsiplərinə sadiq qalan Azərbaycan, eyni zamanda, bu hüququn yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinin qəbuledilməz olduğunu dəfələrlə vurğulayıb. Azərbaycanın maraqları hər şeydən üstündür və biz bu maraqların pozulmasına imkan verməyəcəyik.
Frank Şvabenin ölkəmizə gəlmək cəhdlərinin uğursuzluğa məruz qalması, həm də AŞPA-nın Azərbaycana qarşı tətbiq etdiyi təzyiqlərə cavabdır. Azərbaycan açıq şəkildə bəyan edir ki, beynəlxalq öhdəliklərə sadiqdir, lakin bu öhdəliklərin birtərəfli şəkildə tətbiq edilməsinə qarşıdır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi isə ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə olan töhfəsini və beynəlxalq öhdəliklərini yerinə yetirmək əzmində olduğunu bir daha göstərir. Şvabe və onun kimi qüvvələr bu prosesi siyasiləşdirməyə çalışsalar da, Azərbaycan bu cür təxribatlara qarşı qətiyyətlə çıxış edir.
Herr Şvabenin ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli mövqe, AŞPA-dakı ermənipərəst qüvvələrin təsiri altında olan kampaniyaların bir parçasıdır. Azərbaycan isə milli maraqlarını və suverenliyini qorumaqda qərarlıdır və bu yolda hər hansı xarici təzyiqə boyun əyməyəcək.
... Sevinc Osmanqızına gəldikdə isə, Birləşmiş Ştatlarda "tərsinə mühəndislik" metodologiyası ilə özünü "müstəqil jurnalist, ictimai-siyasi xadim" qismində təqdim edən femina çox məqamları unudur, ya da unutdurmağa çalışır, Azərbaycanda olarkən "çox nüfuzlu və məşhur jurnalist" kimi tanındığını sürəkli vurğulayır.
Halbuki reallıq S.Osmanqızı üçün acıdır: onu Azərbaycanda həmişə Osman Mirzəyevin qızı kimi tanıyıblar, atasına, atasının şəxsiyyətinə və ruhuna görə hörmət ediblər.
Nəzakət qaydaları çərçivəsində hörmətlə jurnalist nüfuzu isə tam ayrı, kökündən fərqli məqamlardır, miss Osmanqızı...
Elçin Alıoğlu Son.az
Tailandda dördüncü arvad qısqanclıq zəminində ərinin beşinci arvadını
Krımda "Tayqan" şirlər parkında işləyən Leokadiya Perevalova i�
İnsan bədənində ən çox hava, oksigen və qandakı qidalı maddələri təl
Bəzi bürclər üçün həftənin sonu gözlənilməz və xoş hadisələrlə d
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və Avropa Brliyi İranı kö
Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilər
"Yol hərəkəti təhlükəsizliyi komissiyasının son qərarlarından bir
Baş rollarını Bergüzar Korel və Mehmet Günsür paylaşacağı "Ann
ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarəti altında olan beş s
"Apple"ın planları ilə bağlı dəqiq proqnozlar verən etibarlı m
Alimlər araşdırmalar zamanı sübut ediblər ki, həddindən artıq şirniyya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı
Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 bi
Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Az�