Belqradda Azərbaycan və Serbiya XİNləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Siyasət 16 Okt 2024 16:40:00 133 0
Oktyabrın 15-də Belqrad şəhərində Azərbaycan Respublikası və Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu xəbəri də oxu: Prezident bu şəxsləri təltif etdi
XİN-dən Son.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iki ölkə arasında mövcud strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.
Azərbaycan-Serbiya parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli və çoxtərəfli müstəvidə təmasların daha da intensivləşdirilməsinin faydalı olacağı qeyd edilib.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.
Səfər zamanı F.Rzayev, həmçinin Serbiyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İran və Azərbaycan arasında hökumətlərası iqtisadi komissiyanın 16-cı
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�
Biz hazırda Rusiya ilə yanaşı İran və Şimali Koreyaya qarşı da vuruşur
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibl
Müğənni Nazənin Salayeva sərt açıqlamalar verib.
"Anesteziya tətbiqindən öncə bir sıra mühüm tədbirlər görülür.
Növbəti ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərc
Ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ay�
Aktyor, aparıcı Elcan Rəsulov subay oğlanlara səslənib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda İntellektual qabiliyyətli böl
Britaniyalı fotojurnalist Pol Lou ABŞ-ın Kaliforniya ştatında qətlə yetir
"Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika
Azərbaycanda işçilərin ezamiyyə qaydaları dəyişdirilib.