Paytaxtın bu ərazisindəki evlər


Digərləri 17 Okt 2024 12:01:00 77 0

Paytaxtın bu ərazisindəki evlər

Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın "Sovetski" və "kubinka" adlanan ərazilərində aktual olaraq qalır. Belə ki, sözügedən ərazilərdə mərkəz küçələrdəki bəzi yaşayış sahələri sökülüb. Amma iç-içə məhlələrdə hələ də söküntü işləri getməyib. Həmin ərazilərdəki qonşular da bildirir ki, illərdir oradakı evlərin söküləcəyi deyilir.

Bəs, bu məsələ niyə illərdir ki, uzanır? Burada hansı səbəblər rol oynayır?

Son.az xəbər verir ki, məsələ ilə əlaqədar ajans.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq söküntü işləri başlayıb:

"Ümumiyyətlə, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir. Bu günə qədər də onlarla köhnə çox mənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvələnib. Söküntülər daha çox iki formada aparılır. Birinci olaraq, özəl sektor tərəfindən köhnə binalar sökülür və yenisi ilə əvəz olunur. İkinci isə dövlətin ehtiyacı olan torpaqlar qiymətləndirilərək bazar qiyməti ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya verilməklə vətəndaşlardan geri alınır. Həmin "Sovetski" ərazisində də söküntü artıq asta-asta başlayıb. Bu proses mərhələli şəkildə aparılır. Bir çox ərazilərdə parklar salınıb".

Ekspert həmçinin, söküntü meyarları, bazar qiymətləri və gecikmə səbəbləri məsələlərinə də toxunub:

"Bundan əlavə, söküntü işlərinin aparılması üçün tikinti şirkətləri bazarı da nəzərə alır. Əgər eyni anda hər yeri söksələr, onlar tikdikləri binanı başqa şəxslərə sata bilməzlər. Həm də kirayə bazarında mənfi təsir özünü göstərəcək. Əmlak bazarında həm qiymət artımı, həm də alıcı qıtlığı ilə nəticələnə bilər. Vətəndaşların mənzilinə gəldikdə isə onlar gözləntidədir.

Söküntünü gözlədikləri üçün təmir işlərinə də bir o qədər diqqət ayırmırlar. Amma istənilən halda bir şəxs öz şəxsi evində yaşayırsa, onun nə vaxt söküləcəyindən asılı olmayaraq yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımı yerlərdə müəyyən təmir işləri görməlidir. Söküntü zamanı əgər özəl sektor olarsa, vətəndaşa yenidən ev verilir. Dövlət xətti ilə sökülürsə, ev ölçülür və bazar qiymətinə uyğun hesablanır, qiymətdən əlavə 20 faiz kompensasiya verilir. Bu prosesin bu qədər ləng getməsinin səbəbi Bakı şəhərinin baş planının təsdiq olunmaması idi.

Artıq 2023-cü ilin dekabr ayının sonunda Bakının baş planı təsdiqləndi. Hansı ərazilərdə nələrin söküləcəyi və nələrin tikiləcəyi artıq müəyyən olunub. O baxımdan düşünürəm ki, bundan sonra bu proseslərə mərhələli şəkildə start veriləcək".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?” like
  • 17 Okt 11:58  
Digərləri “Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”

"Yol hərəkəti təhlükəsizliyi komissiyasının son qərarlarından bir

arrow Ətraflı
Bergüzarın serialı bu tarixdə yayımlanacaq like
  • 17 Okt 11:57  
Şou-biznes Bergüzarın serialı bu tarixdə yayımlanacaq

Baş rollarını Bergüzar Korel və Mehmet Günsür paylaşacağı "Ann

arrow Ətraflı
Ostin: Husilərə çoxsaylı zərbə endirdik like
  • 17 Okt 11:50  
Dünya Ostin: Husilərə çoxsaylı zərbə endirdik

ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarəti altında olan beş s

arrow Ətraflı
Çıxışına hələ 2 il var: "iPhone 18" dən ilk məlumatlar gəldi  FOTO like
  • 17 Okt 11:40  
Digərləri Çıxışına hələ 2 il var: "iPhone 18" dən ilk məlumatlar gəldi FOTO

"Apple"ın planları ilə bağlı dəqiq proqnozlar verən etibarlı m

arrow Ətraflı
Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur like
  • 17 Okt 11:29  
Digərləri Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur

Alimlər araşdırmalar zamanı sübut ediblər ki, həddindən artıq şirniyya

arrow Ətraflı
Prezident Olimpiya Stadionunun ərazisində COP29a hazırlıqla bağlı görülən işlərlə tanış olub like
  • 17 Okt 11:24  
Siyasət Prezident Olimpiya Stadionunun ərazisində COP29a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı

arrow Ətraflı
Türkiyədə zəlzələ neçə binaya ziyan vurdu? like
  • 17 Okt 11:23  
Dünya Türkiyədə zəlzələ neçə binaya ziyan vurdu?

Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 bi

arrow Ətraflı
KOBların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində like
  • 17 Okt 11:17  
Digərləri KOBların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində

Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Az�

arrow Ətraflı
Hizbullah İsrailin 2 tankını vurdu: like
  • 17 Okt 10:59  
Dünya Hizbullah İsrailin 2 tankını vurdu:

Hizbullahın döyüş bölmələri Livan-İsrail sərhədində iki ədəd İsrai

arrow Ətraflı
Ruslar 3 saatdan çox Kiyevə havadan hücum etdilər like
  • 17 Okt 10:54  
Dünya Ruslar 3 saatdan çox Kiyevə havadan hücum etdilər

Oktyabrın 16-da axşam və 17-nə keçən gecə rus işğalçıları hücum pil

arrow Ətraflı
Emili paltarsız FOTOsunu paylaşdı like
  • 17 Okt 10:52  
Şou-biznes Emili paltarsız FOTOsunu paylaşdı

Dünya şörhətli model Emili Ratakovski Instagram paylaşımı ilə gündəmə

arrow Ətraflı
İsrail bu şəhərindəki hədəflərə hücum etdi like
  • 17 Okt 10:20  
Dünya İsrail bu şəhərindəki hədəflərə hücum etdi

Oktyabrın 17-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın şim

arrow Ətraflı
Oğuzda narkotacir saxlanıldı like
  • 17 Okt 10:16  
Digərləri Oğuzda narkotacir saxlanıldı

Oğuzda narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də an

arrow Ətraflı
Smart eynəklərin cəmiyyət üçün təhlükəsi aşkarlandı like
  • 17 Okt 09:54  
Digərləri Smart eynəklərin cəmiyyət üçün təhlükəsi aşkarlandı

İki Harvard tələbəsi "Meta" şirkətinin "Ray-Ban" smart

arrow Ətraflı
Azərbaycanda iri zavod yanır like
  • 17 Okt 09:50  
Digərləri Azərbaycanda iri zavod yanır

Tovuzda yanğın hadisəsi baş verib.

arrow Ətraflı