“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”
Digərləri 17 Okt 2024 11:58:00 111 0
"Yol hərəkəti təhlükəsizliyi komissiyasının son qərarlarından biri belə olmuşdu ki, Bakı şəhərinin ərazisində icazə verilən maksimum kütləsi 8 tondan yuxarı olan nəqliyyat vasitələrinin girişi səhər saat 7-dən axşam saat 22-yə qədər məhdudlaşdırılır. Belə yük avtomobilləri ancaq axşam saat 22-dən səhər saat 7-yə qədər Bakı ərazisinə daxil ola bilərlər. Bu istisnalar yalnız operativ nəqliyat vasitələrinə, kommunal təsərrüfat xidmətlərində çalışanlara aiddir. Bir də xüsusi icazəsi olanlara.. Bu qərarın sonrası bir normativ hüququ akta çevrilmədi ki, icazənin qaydası nədir, kimlərə verilə bilər?"
Bu xəbəri də oxu: Azərbaycanda ağır qəza
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında ekspert Ərşad Hüseynov bildirib. O daha sonra bildirib ki, bunun üçün bir qanun qaydası müəyyən olunmalıdır.
"Təcrübədə var ki, bəzi yük avtomobillərinə şəhərdə ölkə əhəmiyyətli işlərin görülməsi ilə bağlı buraxılışlar verilə bilər. Diqqətlə baxsanız görərsiniz ki, bu dəqiqə şəhərin bütün yerlərində təmir-tikinti işləri gedir. Təmir-tikinti işlərini aparanlar da Avtomobil Yolları Dövlət Agentliyinin avtomobilləridir. Onların istənilən saatda şəhərə girişi təmin olunur. Belə fərqliliklər var. Amma yaxşı olar ki, Nazirlər Kabinetinin qərarı ilə prosedurlar müəyyən olunsun, ki, hansı təşkilatlara, hansı əsasla və hansı hallarda gündüz vaxtı şəhərə girməyə icazə ola bilər? Prosedur da olmalıdır ki, onlar necə müraciət etməlidirlər və müraciətləri necə cavablandırılır. Əsaslar göstərilmədiyi üçün gündüz vaxtı yük avtomobillərini görürük. Ağlımızda suallar yaranır ki, kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?" deyə ekspert bildirib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Baş rollarını Bergüzar Korel və Mehmet Günsür paylaşacağı "Ann
ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarəti altında olan beş s
"Apple"ın planları ilə bağlı dəqiq proqnozlar verən etibarlı m
Alimlər araşdırmalar zamanı sübut ediblər ki, həddindən artıq şirniyya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı
Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 bi
Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Az�
Hizbullahın döyüş bölmələri Livan-İsrail sərhədində iki ədəd İsrai
Oktyabrın 16-da axşam və 17-nə keçən gecə rus işğalçıları hücum pil
Dünya şörhətli model Emili Ratakovski Instagram paylaşımı ilə gündəmə
Oktyabrın 17-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın şim
Oğuzda narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də an
İki Harvard tələbəsi "Meta" şirkətinin "Ray-Ban" smart
Bürc dairəsinin bəzi nümayəndələri üçün payız bir qədər təlatüml�