Qoşulmama Hərəkatının bütün üzv dövlətləri Azərbaycanın COP29 çərçivəsində elan etdiyi “Birgə Atəşkəs Çağırışı”nı dəstəkləyiblər
Siyasət 10 Okt 2024 21:11:00 189 0
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi "Birgə Atəşkəs Çağırışı" Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.
Bu xəbəri də oxu: Paşinayn: Ermənistan buna hazırdır
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Beləliklə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.
"Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.
Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir", - deyə XİN-dən bildirilib.
Təşəbbüsün tam mətni ilə https://cop29.az/az/news/cop29-presidency-officially-launches-joint-solemn-appeal-for-a-cop29-truce internet səhifəsində tanış olmaq mümkündür.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ermənipərəstliyi ilə tanınan iranlı ekspert Pouya Hüseyni erməni medias�
Ukrayna hazırkı şəraitdə NATO-ya qəbul edilərsə, bu, Üçüncü Dünya m
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya
Sahara səhrası onilliklər ərzində ilk dəfə qismən su altında qalıb.
Bəzən tale bizim üzümüzə yeni qapılar açır, həyatımızı yaxşılığ
Gürcüstana miqrantların qayıdışı təxminən üç-dörd ildən sonra başl
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı BMT sülhməramlılarını
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"n�
ABŞ-də hökm sürən "Milton" qasırğasından sonra Florida ştatı
Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və sa
Kriminal aləmdə daha çox "Paştet" kimi tanınan 42 yaşlı belarus
132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.