Laçın və Qubadlıda su anbarları tikiləcək
Siyasət 10 Okt 2024 20:48:00 208 0
Laçın və Qubadlıda su anbarları tikiləcək.
Bu xəbəri də oxu: Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib SƏRƏNCAM
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da əksini tapıb.
Qeyd olunub ki, su infrastrukturu davamlı yaxşılaşdırılır. Bu istiqamətdə Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilib, Oğuz−Qəbələ−Bakı su kəməri çəkilib, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilib, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilib.
Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 faizə çatdırılmış, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilib. İşğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və 3 su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti işləri aparılıb. Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılıb. Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə 6 su anbarı, o cümlədən Həkəriçay (Laçın) və Bərgüşadçay (Qubadlı) su anbarlarının tikilməsi istiqamətində işlərə başlanılıb.
Başlanğıcını Mingəçevir su anbarından götürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur. Əlavə olaraq, 20 suvarma kanalının, 1 hidroqovşağın və 1 kollektorun yenidən qurulması üzrə işlər görülür. Eyni zamanda, məhdud su ehtiyatı və artan tələbat şəraitində bütün sahələrdə qənaətedici su texnologiyalarının tətbiqi və tullantı sularının təmizlənərək istifadəsi genişləndirilib. Həmçinin, ölkədə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilir. Son.az
Sahara səhrası onilliklər ərzində ilk dəfə qismən su altında qalıb.
Bəzən tale bizim üzümüzə yeni qapılar açır, həyatımızı yaxşılığ
Gürcüstana miqrantların qayıdışı təxminən üç-dörd ildən sonra başl
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı BMT sülhməramlılarını
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"n�
ABŞ-də hökm sürən "Milton" qasırğasından sonra Florida ştatı
Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və sa
Kriminal aləmdə daha çox "Paştet" kimi tanınan 42 yaşlı belarus
132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.
"Əvvəllər insanlar burun əməliyyatına belə gizli və bəhanə edib g
Ədəbiyyat üzrə "Nobel" mükafatı laureatı məlum olub.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Rusiyanın ABŞ-dəki səfiri Anatoliy Antonov vəzifəsindən azad edilib.
Şou-biznesin əkiz bacıları Sevil-Sevinc paylaşımları ilə diqqət çəkib