“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın məqsədi açıqlandı


Siyasət 10 Okt 2024 20:24:00 74 0

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın məqsədi açıqlandı

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın məqsədi və prioritet istiqamətləri açıqlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da əksini tapıb.

Milli Strategiyanın hazırlanmasında əsas məqsəd ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmə sisteminin qurulmasıdır.

Bununla əlaqədar olaraq aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi

Ölkənin su ehtiyatları hidroloji və hidrogeoloji tədqiqatlarla yenidən qiymətləndiriləcək, monitorinq stansiyaları rəqəmsallaşdırılacaq, məlumatların real vaxt rejimində emalı, habelə risklərin simulyasiyası və rəqəmsallaşması təmin ediləcəkdir. Bununla ölkənin su ehtiyatları barədə real təsəvvür formalaşacaq, iqlim dəyişmələrinin təsirləri nəzərə alınaraq dayanıqlı su mənbələrindən istifadəyə zəmin yaradılacaqdır.

Su ehtiyatlarının effektiv idarə edilməsi

Su ehtiyatlarının idarə olunması milli və hövzə səviyyələrində Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİE) və Çay Hövzəsinin İdarəçiliyinin Planlaşdırılması (ÇHİP) prinsiplərinə uyğunlaşdırılacaqdır. Azərbaycanda hazırkı su idarəçiliyi sistemində SEİİE prinsiplərini daha yaxşı əks etdirmək üçün beynəlxalq təcrübə öyrəniləcəkdir. Mövcud idarəetmə sistemi ölkədə su təsərrüfatları və su hövzələri səviyyələrində optimallaşdırılacaq, dövlət−özəl tərəfdaşlığının inkişaf etdirilməsi sayəsində idarəetmənin səmərəliliyi artırılacaq, sosial-iqtisadi vəziyyət və investisiya qoyuluşu nəzərə alınmaqla tariflər diferensiallaşdırılacaqdır. Su ehtiyatlarının hövzədaxili və hövzələrarası inteqrasiyalı idarə edilməsinə nail olunacaqdır.

Su ehtiyatlarından səmərəli istifadə

Suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısı alınacaqdır. Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılacaqdır. Şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 faizə, suvarma suyu təminatı isə 90 faizə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 faizə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılmasına nail olunacaqdır. Sanitariya xidmətləri ilə əhatə olunan ərazilərin xüsusi çəkisi 43 faizə çatdırılacaqdır.

Su təhlükəsizliyinin təmin edilməsi

Su təhlükəsizliyi sahəsində risklər müəyyənləşdiriləcək və onların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək, sərhədlərarası razılaşdırılmış fəaliyyətlər vasitəsilə su hövzələri boyunca su ehtiyatlarının inteqrasiyalı idarə olunması inkişaf etdiriləcəkdir. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan səmərəli istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin həlli məqsədilə qarşılıqlı əməkdaşlıq gücləndiriləcək, formalaşan tullantı sularının effektiv 10 idarə olunması sayəsində ekoloji tarazlıq qorunacaq, iqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab verməklə hidroekoloji böhranlar idarə ediləcəkdir. Transsərhəd suların idarə edilməsinə dair beynəlxalq konvensiyaların tələblərinə effektiv riayət olunmasına, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə və su ehtiyatlarının dayanıqlığına mənfi təsir göstərən məsələlərə beynəlxalq normalar çərçivəsində baxılmasına nail olunacaqdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından "ağıllı su" sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcəkdir. 28 su elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaqdır. Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcəkdir. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcəkdir. Son.az

“Disneyland”in ərazisini su basdı like
  • 10 Okt 20:23  
Dünya “Disneyland”in ərazisini su basdı

ABŞ-də hökm sürən "Milton" qasırğasından sonra Florida ştatı

arrow Ətraflı
Sabah Bakının üç rayonunda qaz olmayacaq like
  • 10 Okt 20:16  
Digərləri Sabah Bakının üç rayonunda qaz olmayacaq

Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və sa

arrow Ətraflı
“Lotu Quli”dən kömək istəyən "qanuni oğru" həbsdən çıxdı like
  • 10 Okt 20:12  
Digərləri “Lotu Quli”dən kömək istəyən "qanuni oğru" həbsdən çıxdı

Kriminal aləmdə daha çox "Paştet" kimi tanınan 42 yaşlı belarus

arrow Ətraflı
London metrosunda dəhşətli anlar like
  • 10 Okt 20:06  
Dünya London metrosunda dəhşətli anlar

Londonda metro stansiyasında dəhşətli anlar yaşanıb.

arrow Ətraflı
Bakının məşhur məktəbinə direktor təyin olundu like
  • 10 Okt 15:28  
Digərləri Bakının məşhur məktəbinə direktor təyin olundu

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

arrow Ətraflı
“Ərlər öz arvadlarını əməliyyata gətirirlər”  VİDEO like
  • 10 Okt 15:25  
Digərləri “Ərlər öz arvadlarını əməliyyata gətirirlər” VİDEO

"Əvvəllər insanlar burun əməliyyatına belə gizli və bəhanə edib g

arrow Ətraflı
Ədəbiyyat üzrə “Nobel”in sahibi bəlli oldu like
  • 10 Okt 15:18  
Digərləri Ədəbiyyat üzrə “Nobel”in sahibi bəlli oldu

Ədəbiyyat üzrə "Nobel" mükafatı laureatı məlum olub.

arrow Ətraflı
Saxta kartlarla oyun: ABŞda prezidentliyə namizədlərin like
  • 10 Okt 13:55  
Siyasət Saxta kartlarla oyun: ABŞda prezidentliyə namizədlərin

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Putin onu səfir vəzifəsindən azad etdi like
  • 10 Okt 13:30  
Digərləri Putin onu səfir vəzifəsindən azad etdi

Rusiyanın ABŞ-dəki səfiri Anatoliy Antonov vəzifəsindən azad edilib.

arrow Ətraflı
SevilSevincin evində ŞADLIQ VAR  VİDEO like
  • 10 Okt 13:24  
Şou-biznes SevilSevincin evində ŞADLIQ VAR VİDEO

Şou-biznesin əkiz bacıları Sevil-Sevinc paylaşımları ilə diqqət çəkib

arrow Ətraflı
Maşın ustası evinə getdiyi qadını döyərək dişlərini sındırdı like
  • 10 Okt 13:18  
Kriminal Maşın ustası evinə getdiyi qadını döyərək dişlərini sındırdı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurma

arrow Ətraflı
Biləcəridə yanacaq daşıyan maşın AŞDI like
  • 10 Okt 13:15  
Digərləri Biləcəridə yanacaq daşıyan maşın AŞDI

Bu gün gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi like
  • 10 Okt 13:08  
Digərləri Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirib.

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 10 Okt 13:00  
Digərləri Sabah yağış yağacaq

Oktyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Əməkdar artist: “Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb? like
  • 10 Okt 12:55  
Şou-biznes Əməkdar artist: “Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?

"Əksər sahələrdə əxlaqsızlıq nümayiş olunur. Əxlaqımız tənəz

arrow Ətraflı