Ceyhun Bayramov Hulusi Akarla görüşdü FOTO
Siyasət 29 Yan 2024 19:57:00 159 0
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Son.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnuniyyətlə vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlər üçün vacibliyini qeyd edib. Nazir Ceyhun Bayramov, həmçinin, Azərbaycan Respublikası və Türkiyə Respublikası dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.
Hulusi Akar öz növbəsində qonaqpərvərliyə və xoş qəbula görə təşəkkürlərini bildirib, ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstək səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin gələcək perspektivlərindən məmnuniyyət ifadə edib. Həmçinin komissiya sədri Hulusi Akar Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sovet müğənnisi Veronika Kruqlova 83 yaşında ABŞ-da qəflətən vəfat edi
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əmək
Fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçi
Türkiyədə yaşayan hadisə insanların marağına səbəb olub.
ARB televiziyasında "Söz baz" verilişinin "Özəl adam" r
Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, "pitminu
"Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərində il
"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi xa
Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) üzvləri son 10 ildə ilk mətbuat k
Aktyor Fərda Aminin müğənni Şəbnəm Tovuzlu ilə bağlı dilə gətirdiyi
Yaponiyanın Kanaqava prefekturasında terror aktlarında iştirak etdiyinə gö
Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli
Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO mi
Əgər Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirsə, xoşbəxt