Xərçənglə mübarizə aparmağa kömək edən vitamin aşkar edildi
Digərləri 19 Sen 2023 08:00:00 440 0
ABŞ-nin Minnesota Universitetinin alimləri immun T hüceyrələrini orqanizmə daxil etməzdən əvvəl onlara B3 vitamini (nikotinamid) ilə təsir etdikdə bu hüceyrələrin xərçəngin məhv edilməsində effektivliyinin arta bilməsini müəyyən ediblər. Yenilikçi yanaşma rezistent xərçəngi olan xəstələrdə remissiyaya səbəb olub.
Bu xəbəri də oxu: Bakıda ölüm saçan klinika 1 ayda 2 nəfər öldü
Son.az oxu.az-a istinadən bildirir ki, araşdırma "Science Translational Medicine" jurnalında dərc olunub.
Təbii T-hüceyrələrinin yenidən proqramlaşdırılması ilə müxtəlif növ qan xərçəngləri üçün immunoterapiya ümidverici nəticələr göstərib, lakin o, bəzi xəstələr üçün effektiv olmayıb. Onlar xərçənglə mübarizədə immun hüceyrələrinin effektivliyini artırmaq üçün nəzərdə tutulmuş üsul kəşf ediblər.
Təbii T hüceyrələr laboratoriyada həmçinin nikotinamid kimi bilinən B3 vitamininin təsrinə məruz qoyulublar, sonra isə onları xəstələrin bədəninə daxil ediblər.
T hüceyrələri anadangəlmə immun sisteminin bir hissəsi olan lenfositlərdir. Onlar mikroblarla mübarizə aparır və həmçinin insan orqanizmində müntəzəm olaraq əmələ gələn xərçəng hüceyrələrini məhv edirlər.
Alimlər təkrarlanan və ya müalicəyə tabe olmayan qan xərçəngindən əziyyət çəkən 30 xəstə üzərində klinik sınaq keçiriblər. Qeyri-Hodgkin lenfoması olan 19 xəstədən 11-i terapiyaya tam, üçü isə qismən tabe olub. Komanda nikotinamidin T hüceyrələrini oksidləşdirici stresdən qoruduğunu, eyni zamanda onların dayanıqlığını, limfa düyünlərinə daxil olmaq qabiliyyətini və xərçəng hüceyrələrini aşkar edib onları məhv etdiyini ortaya çıxarıb.
Rusiyanın Moskva şəhərində həkimlər nəhəng yumurtalıq şişi olan xəs
Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-�
Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin
Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hör
Kamçatka yarımadasının şərq sahillərində 5 maqnitudalı zəlzələ qeyd�
Duzlu qəlyanaltılara qarşı durmaq çətindir, lakin sağlamlığımız üç�
Amerika Birləşmiş Ştatları yüklərin Ağdam-Xankəndi və Laçın-Xankənd
19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrli
Sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yo
Los-Ancelesdəki göydələnlərin birindən iki modelin meyiti tapılıb.
Məşhur amerikalı müğənni Adellə sevgilisi, idman agenti Riç Paul gizlic�
Bəzi insanlar diqqətsiz davranışları ilə seçilir. Onlar yalnız öz həya
Xəbər verdiyimiz kimi, Xalq artisti Ceyran Haşımova Xalq artisti Nisə Qas�
Bütün uşaqlar şirin meyvə şirələrini sevir, amma valideynlər gündə n�
Müğənni Elnarə Xəlilova paylaşımı ilə diqqət çəkib.