Tehrandan Bakıya hədə: Hərbi gücə əl ata bilərik
Siyasət 19 Sen 2023 07:45:00 495 0
Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hörmət etmək İranın qırmızı xəttidir, lakin təəssüf ki, Azərbaycan sionist rejim (İsrail nəzərdə tutulur - red.), Türkiyə və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə regionun coğrafiyasını dəyişməyə çalışır.
Bu xəbəri də oxu: "Baku Network"un rəhbəri Elçin Alıoğlu “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri İran mediasına açıqlamasında deyib.
"Bölgənin geosiyasətindəki dəyişiklik İranın qırmızı xətlərindən biridir və biz çox yaxşı qonşu olan Ermənistan ilə ümumi sərhədlərimizdə heç bir dəyişikliyi qəbul etmirik. Bu ölkə ilə uzaq keçmişdən sülh münasibətləri olub", - o bildirib.
Heydəri qeyd edib ki, Azərbaycanın regionda gərginlik yaradacaq addımlar atmaması daha yaxşıdır:
"Lazım gəlsə, İran da belə bir halın qarşısını almaq üçün hərbi gücə əl atacaq, lakin bizim Azərbaycana tövsiyəmiz budur ki, Ermənistanla problemlərini diplomatik vasitələrlə həll etmək daha yaxşıdır. İran da Ermənistan və Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib".
O qeyd edib ki, ən yaxşı yol diplomatiyadır, əgər Azərbaycan sionist rejim və ABŞ-ın mövcudluğuna uyğun olaraq İran sərhədlərində addımlar atsa, İran mütləq reaksiya verəcək.
Xatırladaq ki, "ABŞ-ın mövcudluğu üçün" Ermənistan çalışır və regiona xarici oyunçuları dəvət edən də Ermənistandır. ABŞ-ın hərbi qüvvələrinin hazırda Ermənistanda təlimləri davam etdirdiyini nəzərə alsaq, Heydərinin bu açıqlaması sadəcə, məntiqdən və siyasi diplomatiyadan kənar həyasızlıqdır.
Kamçatka yarımadasının şərq sahillərində 5 maqnitudalı zəlzələ qeyd�
Duzlu qəlyanaltılara qarşı durmaq çətindir, lakin sağlamlığımız üç�
Amerika Birləşmiş Ştatları yüklərin Ağdam-Xankəndi və Laçın-Xankənd
19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrli
Sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yo
Los-Ancelesdəki göydələnlərin birindən iki modelin meyiti tapılıb.
Məşhur amerikalı müğənni Adellə sevgilisi, idman agenti Riç Paul gizlic�
Bəzi insanlar diqqətsiz davranışları ilə seçilir. Onlar yalnız öz həya
Xəbər verdiyimiz kimi, Xalq artisti Ceyran Haşımova Xalq artisti Nisə Qas�
Bütün uşaqlar şirin meyvə şirələrini sevir, amma valideynlər gündə n�
Müğənni Elnarə Xəlilova paylaşımı ilə diqqət çəkib.
Bu meyvə təkcə orqanizm üçün faydalı ola bilməz, həm də sağlamlığa
Xəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev "Xəzər axşamı&qu
Gəncliyi uzatmaq və özünüzü bir sıra xəstəliklərdən qorumaq üçün m
"Apple" şirkəti ssenarist və aktyorlar birliklərinin davam edən