ABŞ Senatında antiAzərbaycan dinləmələri Bakıdan sərt reaksiyalar


Siyasət 16 Sen 2023 17:56:00 249 0

ABŞ Senatında antiAzərbaycan dinləmələri  Bakıdan sərt reaksiyalar

"Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin".

Bu sözləri sentyabrın 14-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı senator Pat Rikettsin sualına cavab verərkən deyib.

"SSRİ-nin dağılmasından sonra Ermənistan Rusiyanın təhlükəsizlik sahəsində mühüm tərəfdaşına çevrildi, burada Rusiyanın hərbi bazası yerləşir. Ermənistan KTMT-nin də üzvüdür və əsasən Rusiyanın Dağlıq Qarabağın təhlükəsizliyində oynadığı rola görə Rusiya ilə münasibətlərinə böyük önəm verir. Lakin Rusiyanın 2020-ci il münaqişəsinə qarışmaq istəmədiyini nəzərə alsaq, Ermənistanın Rusiya ilə uzunmüddətli tərəfdaşlığına şübhə etməyə başladığı və Qərbə meyl etdiyi görünür. Bu ayın əvvəlində Ermənistanın baş naziri bildirib ki, Rusiyaya olan ümidlər tam olaraq özünü doğrultmur. Məsələ ondadır ki, Rusiyanın öz ordusunu silahlandırmaq problemi var. Ermənistanın baş nazirinin sözlərinə görə, təhlükəsizlik məsələlərində bir tərəfdaşa güvənmək strateji səhvdir. Bundan sonra Ermənistan ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərdi. Bu həftə Ermənistanda erməni-amerikan hərbi təlimləri başlayıb. Bu, Kreml üçün açıq-aşkar və həyəcanverici dəyişiklikdir. Ermənistanın son hərəkətləri Rusiyadan daimi dönüşüdürmü? Yoxsa Moskvanı Dağlıq Qarabağa daha çox qarışmağa sövq etməyə çalışır?" - Riketts soruşub.

Buna cavab olaraq Kim deyib: "2022-ci ilin fevralından sonra Rusiya ilə qonşu olan bütün ölkələr "gözləri açıq yatırlar", bu təbiidir. Hər kəs Rusiyanın qonşularının suverenliyinə və ərazi bütövlüyünə sayğısızlığının belə açıq təzahürünü görür və rus qoşunlarının öz ölkələrinin ərazilərinə dəvət edilməsi, torpaqlarında rus hərbi mövcudluğuna icazə verilməsi və yeganə enerji təchizatçısı kimi Rusiyaya güvənmək məsələsinə şübhə etməyə başlayır. Bu, bizə bu ölkələrlə əlaqələri inkişaf etdirmək imkanı verir. Qoşunlarımız ilk dəfə ikitərəfli təlimlər keçirmək üçün Ermənistandadır və biz bu vəziyyətdən istifadə etməyə davam edəcəyik".

Sualına cavab almayan Riketts növbəti dəfə soruşub: "Ermənistan Rusiyanı Dağlıq Qarabağda fəallaşmağa sövq etmək istəyir, yoxsa doğrudan da Rusiyadan qopmaq istəyir?"

"Bu barədə danışmaq hələ tezdir. Amma bu o demək deyil ki, biz vəziyyəti istədiyimiz nöqtəyə çatdırmağa çalışmamalıyıq. Və bu baxış bizim tərəfdaşımız olmaq üçün real qərardır. Ancaq buna nail olmaq üçün biz orada olmalıyıq. Ona görə də bizim Ermənistana dəstəyimiz və Ermənistanla tərəfdaşlığımız vacibdir", - deyə Dövlət Departamentinin sözçüsü cavab verib.

"Ermənistanın iqtisadi, hərbi və digər aspektlərdə Rusiyadan asılılığını nəzərə alsaq, Ermənistanın Qərbə doğru hərəkətini davam etdirəcəyi təqdirdə Rusiyanın məcburetmə tədbirlərinə əl atacağı ilə bağlı hər hansı narahatlıq varmı?" - senator sual edib.

"Putin və Rusiya sübut etdi ki, onların iradəsinə tabe olmayan hər kəsə qarşı çox qisascıldırlar. Bəli, biz bu məsələdə çox ayıq-sayığıq. Biz hadisələri diqqətlə izləməli, Ermənistana həm onun inkişafı, həm də müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi artırmalıyıq ki, Ermənistan istədiyi dönüşü etsin", - diplomat bildirib.

Departament rəsmisi həmçinin Azərbaycanın mümkün antiterror əməliyyatına işarə vuraraq deyib: "Biz Qarabağ xalqına qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır".

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu fikirləri əslində ABŞ-ın çırpıntıları kimi qəbul edir: "ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində səsləndirdiyi fikirlər çoxqütblü dünya reallığını qəbul edə bilməyən Ağ Evin aqressiv çırpıntılarıdır. Yuri Kimin sərsəm iddiaları bir daha sübuta yetirir ki, Vaşinqton bütün dünyada qorxu və xof üzərində qurulan hegemonluğunun itirilməsi ilə barışa bilmir və ən müxtəlif istiqamətlərdə süni qarşıdurmalar yaratmaqla, ABŞ-la geosiyasi qarşıdurma vəziyyətində olan qlobal və regional güc mərkəzlərinin qüvvələrini parçalamaq, diqqətlərini əsas hədəflərindən yayındırmaq istəyir. Birləşmiş Ştatlar, artıq bir neçə istiqamətdə mövqelərini sürətlə itirməkdədir. Vaşinqtonun Ermənistanla bağlı hazırda Yuri Kimin iddialarında özünü büruzə verən təxribat planları hər zaman olub və Senatda səsləndirilən fikirlər yeni deyil.

Lakin Ağ Ev SSRİ-nin süqutundan sonra, Rusiya və postsovet məkanı ilə bağlı hesablamalarında yanıldığı kimi indi də yanılır. Bu gün Ukrayna ərazisində cərəyan edən və yüzminlərlə insanın ölümünə səbəb olan müharibəyə görə, ən böyük məsuliyyət Birləşmiş Ştatların üzərinə düşür. Nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verən ABŞ-ın öz iddialarının arxasında necə dayandığı göz qabağındadır. Ermənistanın baş nazirindən iqtibas gətirən Ağ Ev təmsilçisi, çox yaxşı olardı ki, ilk növbədə Vaşinqtonun Ukrayna da daxil olmaqla, heç bir vədinin arxasında dayana bilmədiyini ifadə edən tarixi  faktlara diqqət yetirsin".

Siyasi analitik Asif Nərimanlı Yuri Kimin fikirlərinə olan cavabı xüsusi diqqət çəkir: "O, bildirir ki, "biz "Qarabağ xalqı"na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır". Birincisi, "Qarabağ xalqı" yoxdur, Qarabağda erməni əhalisi var. Yuri Kimin fikirlərini ABŞ-ın Cənubi Qafqaz siyasətində son günlər anti-Rusiya mövqeyini gücləndirən Ermənistana ağırlıq verməsindən irəli gələn mövqe hesab etmək olar.

İkincisi, Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər: bu, artıq qaçılmaz prosesdir və olmayacağı müddətdə problem həllini tapmayacaq, o baxımdan, alternativ yol qalmayıb.

Üçüncüsü, "dözməyib, nə edə biləcəkləri" maraqlıdır: Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə etməyəcəklər, çünki Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq. Azərbaycan separatçılara qarşı əməliyyat başlasa, Vaşinqton, eləcə də digər mərkəzlər eyni tipli bəyanatlar, açıqlamalar verəcək, lakin praktiki müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır".

Yeni Müsavat

Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub like
  • 16 Sen 17:51  
Dünya Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas

arrow Ətraflı
Qaraqan illər sonra üzə çıxdı  Sevgilisi ilə FOTOları yayıldı like
  • 16 Sen 17:50  
Şou-biznes Qaraqan illər sonra üzə çıxdı Sevgilisi ilə FOTOları yayıldı

Bir vaxtların məşhur reperi Qaraqan yenidən diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Vəfat edən anası ilə bağlı paylaşım etdi like
  • 16 Sen 17:45  
Şou-biznes Vəfat edən anası ilə bağlı paylaşım etdi

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu vəfat edən anası ilə bağlı pay

arrow Ətraflı
Son zamanlar sürüşmə hadisələri niyə çoxalıb?  VİDEO like
  • 16 Sen 17:45  
Digərləri Son zamanlar sürüşmə hadisələri niyə çoxalıb? VİDEO

Son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayo

arrow Ətraflı
Fırıldaqçı və saxtakar 3 bürc – Onlardan özünüzü qoruyun! like
  • 16 Sen 17:34  
Digərləri Fırıldaqçı və saxtakar 3 bürc – Onlardan özünüzü qoruyun!

Bürclərin insan həyatına böyük təsiri olduğuna inanılır. Məhz bu səb

arrow Ətraflı
Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi like
  • 16 Sen 17:26  
Siyasət Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Kral

arrow Ətraflı
Ana oğlunu belə tutdurdu  fəryad etdi like
  • 16 Sen 17:22  
Dünya Ana oğlunu belə tutdurdu fəryad etdi

Türkiyənin İstanbul şəhərində narkotik alverçilərinə qarşı əməliyy

arrow Ətraflı
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib like
  • 16 Sen 16:52  
Siyasət Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.

arrow Ətraflı
Bakıda gənc oğlan gecə əmisini öldürdü: "Dedi, sənin anan..." like
  • 16 Sen 16:27  
Kriminal Bakıda gənc oğlan gecə əmisini öldürdü: "Dedi, sənin anan..."

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Şahin əmisi Valehi qətl

arrow Ətraflı
Kamilə Babayeva yeni mövsümdən bu kanalda ÇALIŞACAQ like
  • 16 Sen 16:18  
Şou-biznes Kamilə Babayeva yeni mövsümdən bu kanalda ÇALIŞACAQ

Məşhur aparıcı Kamilə Babayevanın yeni iş yeri bəlli olub.

arrow Ətraflı
Müxalifətçi deputat həbs edildi like
  • 16 Sen 16:07  
Dünya Müxalifətçi deputat həbs edildi

Ukraynada Müxalifət Platforması - Həyat naminə partiyasından seçilən Ali

arrow Ətraflı
Süni intellekt Azərbaycanda karbohidrogen kəşfiyyatına təkan verə bilər  BCG like
  • 16 Sen 15:54  
Digərləri Süni intellekt Azərbaycanda karbohidrogen kəşfiyyatına təkan verə bilər BCG

Süni intellektin istifadəsi Azərbaycanda karbohidrogen resurslarının təqdi

arrow Ətraflı
Əməkdar artist bu kanalda aparıcılıq edəcək  FOTO like
  • 16 Sen 15:45  
Şou-biznes Əməkdar artist bu kanalda aparıcılıq edəcək FOTO

Xəbər verdiyimiz kimi, aparıcı Şəhriyar Əbilov "1AzTV" veriliş

arrow Ətraflı
Masallıda qəribə olay: Maaş kartını anasına verdi, dava düşdü  Əvvəl özünü, sonra da... like
  • 16 Sen 15:34  
Kriminal Masallıda qəribə olay: Maaş kartını anasına verdi, dava düşdü Əvvəl özünü, sonra da...

Masallı rayonunda 1986-cı il təvəllüdlü Eşqin ailə münaqişəsi zəmini

arrow Ətraflı
Sevda ikinci dəfə ANA OLACAQ like
  • 16 Sen 15:27  
Şou-biznes Sevda ikinci dəfə ANA OLACAQ

Müğənni Sevda Yahyayeva ikinci dəfə ana olacaq. 

arrow Ətraflı