Azərbaycan Mərkəzi Asiyaya heç vaxt olmadığı qədər lazımdır Prezidentin Düşənbə səfərinin yekunları
Siyasət 15 Sen 2023 12:46:00 406 0
Azərbaycan bir çox sahələrdə etibarlı tərəfdaş olaraq nüfuzunu möhkəmləndirib. Bu iddialar sadəcə ritorika deyil, bütün dünyada tərəddüdsüz Azərbaycana etibar edən liderlər tərəfindən dəstəklənir. Bu kontekstdə Mərkəzi Asiya ölkələri ön plandadır. Prezident İlham Əliyevin Mərkəzi Asiya iqtidasiyyatlarından hər biri ilə tərəfdaşlığa məqsədyönlü diqqəti dünya arenasında əhəmiyyət kəsb edən iki region arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Son.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın hazırda dünya arenasında oynadığı mühüm rolu nümayiş etdirir. Bu, regiondan kənar ölkənin dövlət başçısının görüşdə ilk iştirakı demək idi və Prezident İlham Əliyevin şəxsi nüfuzunu vurğulamaqla Azərbaycanın qlobal sülh və təhlükəsizliyə, eləcə də, əməkdaşlığın inkişafına töhfəsinin dərindən tanındığını nümayiş etdirdi.
"Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur", - dövlət başçısı tədbirdə çıxışında deyib.
Özbəkistan və Qazaxıstan liderləri Prezident İlham Əliyevin tədbirdə çıxışına xüsusi diqqət yetirdilər. Prezident Kasım-Jomart Tokayev öz çıxışında bildirib ki, qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərinin göstəricisidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə vurğulayıb ki, Azərbaycanın tədbirdə iştirkı dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir.
Azərbaycanın gələcək hərtərəfli iqtisadi inkişafın dəstəklənməsində bütünlükdə Mərkəzi Asiya regionu üçün rolu indi heç vaxt olmadığı qədər mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinə Avropa bazarına çıxış üçün lazım olan mühüm, yüksək səviyyədə modernləşdirilmiş nəqliyyat əlaqələri birbaşa Azərbaycan ərazisindən keçir. Bununla əlaqədar olaraq görüşün bütün iştirakçıları Mərkəzi Asiyanı Azərbaycanla birləşdirən mühüm, həyati əhəmiyyətli layihələrdən biri olan Orta Dəhlizin gələcək inkişafının zəruriliyinə diqqət yetiriblər.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış yol xəritələrində qeyd olunduğu kimi, Orta dəhlizin ötürücülük qabiliyyətinin 2025-ci ilədək 10 milyon tonadək artırılması üzrə səylər görülür. Proqnozlara görə, 2023-cü ildə Orta Dəhlizlə 2 milyon tona yaxın yük daşınacaq.
Məsələn, Azərbaycan öz nəqliyyat və logistikasının gələcək inkişafı üçün öz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində çalışır. Hazırda Azərbaycan özünün Xəzərdə 50-dən çox gəmidən ibarət geniş ticari donanması ilə öyünə bilər. İnvestisiya layihələri başa çatdıqdan sonra tanker və quru yük gəmilərinin istehsalının 6-dan 10-15 gəmiyə çatacağı gözlənilir.
"Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır", - Prezident İlham Əliyev deyib.
Ümumi prioritetlər strateji sahələrdə sarsılmaz və dayanıqlı əməkdaşlığın inkişafı üçün möhkəm təməl formalaşdırır. Nəticə etibarilə, Azərbaycan və Mərkəzi Asiyanın müvafiq sahələrdə mühüm rol oynayan ölkələrindən hər biri regionlararası əməkdaşlığın təşviqi üçün potensiala malikdir. Bu çərçivədə Prezident İlham Əliyevin regionda uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üzrə səyləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Son.az
Son zamanlar dövlət başçısının Mərkəzi Asiya ölkələrinə səfərlər
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verilib.
Türkiyənin məşhur aktrisası Aslı Bekiroğlunun sevgilisi qaçıb.
Rusiyalı politoloq Sergey Markovun Ermənistan və Rusiya arasında yaranan son
Oğuz rayonunun Mollalı kəndində qətl törədilib.
Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına
Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın
ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023"
Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözl
Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə g
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı d
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq m
Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105