Buna DTX icazə verəcək


Digərləri 15 Sen 2023 11:18:00 213 0

Buna DTX icazə verəcək

Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi və bu aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası təsdiq olunub.

Son.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra - fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.

Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir.

Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydada qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:

- Vergi və rüsumlar;

- Sığorta ödənişləri (həyatın yığım sığortası istisna olmaqla);

- Kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri,

mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);

- Maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;

- Qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;

- Peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;

- Dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.

Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydada qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.

Dondurulmuş aktivlərdən istifadəyə dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

Azərbaycana gətirilən mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır SİYAHI like
  • 15 Sen 11:17  
Digərləri Azərbaycana gətirilən mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır SİYAHI

Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə g

arrow Ətraflı
Ermənilər Xocalıda təxribata cəhd etdi like
  • 15 Sen 11:13  
Siyasət Ermənilər Xocalıda təxribata cəhd etdi

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti

arrow Ətraflı
Müğənniyə ağır itki like
  • 15 Sen 11:10  
Şou-biznes Müğənniyə ağır itki

Müğənni Lətifə Soyuözə ağır itki üz verib. 

arrow Ətraflı
Bu şəxslərə pulsuz mənzillər verilib like
  • 15 Sen 11:07  
Digərləri Bu şəxslərə pulsuz mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq m

arrow Ətraflı
Bir ürək, bir yumruq olmağa davam edəcəyik  Türkiyə MN like
  • 15 Sen 11:06  
Siyasət Bir ürək, bir yumruq olmağa davam edəcəyik Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105

arrow Ətraflı
Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq like
  • 15 Sen 10:52  
Digərləri Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq

Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı

arrow Ətraflı
40 yaşlı müğənni makiyajsız fotosunu paylaşdı like
  • 15 Sen 10:45  
Şou-biznes 40 yaşlı müğənni makiyajsız fotosunu paylaşdı

Rusiyalı müğənni, "VİA Qra" qrupunun keçmiş solisti Anna Sedoko

arrow Ətraflı
Evindən 10 kiloqramdan artıq narkotik çıxdı like
  • 15 Sen 09:51  
Kriminal Evindən 10 kiloqramdan artıq narkotik çıxdı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl�

arrow Ətraflı
Bakıda gənc oğlan məktəbin qarşısında BIÇAQLANDI like
  • 15 Sen 09:42  
Kriminal Bakıda gənc oğlan məktəbin qarşısında BIÇAQLANDI

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – like
  • 15 Sen 09:33  
Şou-biznes Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ –

Azərbaycanda yaşayan türkiyəli bloqer Nagehan Abdullayeva Bakını birdəfə

arrow Ətraflı
Səudiyyədən husilərə danışıqlarla bağlı dəvət like
  • 15 Sen 09:29  
Dünya Səudiyyədən husilərə danışıqlarla bağlı dəvət

Səudiyyə Ərəbistanı üsyançı "Ənsar Allah" (husilər) hərəka

arrow Ətraflı
Avro ucuzlaşdı  SƏBƏB like
  • 15 Sen 09:14  
Digərləri Avro ucuzlaşdı SƏBƏB

Avropa Mərkəzi Bankı bugünkü iclasında hər üç əsas faiz dərəcəsini

arrow Ətraflı