Heydər Əliyev Fondunun inşa etdiyi 500cü məktəb istifadəyə verilib


Digərləri 15 Sen 2023 12:37:00 218 0

Heydər Əliyev Fondunun inşa etdiyi 500cü məktəb istifadəyə verilib

Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verilib.

Son.az xəbər verir ki, yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib.

Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunub.

Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məktəbdə yaradılan şəraitlə tanış olublar.

Anar Ələkbərov şagirdlər və valideynlərlə görüşüb, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb, yeni məktəb binasında şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait yaradıldığını bildirib. O, şagirdlərə yaradılan bu şəraitdən istifadə edərək, yaxşı oxumağı tövsiyə edib.

1975-ci ildə inşa olunan Göylər kənd 1 saylı tam orta məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə yanvar ayından başlanan tikinti işləri nəticəsində 624 şagird yerlik yeni məktəb binası inşa olunub. Üç mərtəbəli 4 korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı, uşaqların fiziki cəhətdən sağlam böyüməsi və idmana həvəsləndirməsi üçün məktəbin daxilində idman zalı, həyətyanı ərazidə açıq idman meydançası qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Son.az

Məşhur aktrisanın sevgilisi qorxub qaçdı like
  • 15 Sen 12:35  
Şou-biznes Məşhur aktrisanın sevgilisi qorxub qaçdı

Türkiyənin məşhur aktrisası Aslı Bekiroğlunun sevgilisi qaçıb.

arrow Ətraflı
İrəvan Rusiyanı satdı: Kreml qəzəblidir  Markov like
  • 15 Sen 12:24  
Digərləri İrəvan Rusiyanı satdı: Kreml qəzəblidir Markov

Rusiyalı politoloq Sergey Markovun Ermənistan və Rusiya arasında yaranan son

arrow Ətraflı
Qətl törətməyə getmişdi, özü öldü  TƏFƏRRÜAT like
  • 15 Sen 12:13  
Digərləri Qətl törətməyə getmişdi, özü öldü TƏFƏRRÜAT

Oğuz rayonunun Mollalı kəndində qətl törədilib. 

arrow Ətraflı
Xalq artisti 6 il sonra geri qayıtdı like
  • 15 Sen 12:02  
Şou-biznes Xalq artisti 6 il sonra geri qayıtdı

Xalq artisti Nəzakət Teymurova 6 il sonra Akademik Opera və Balet Teatrına 

arrow Ətraflı
BDUnun qarşısında maraqlı hadisə  Ata tələbə qızına maşın hədiyyə etdi like
  • 15 Sen 11:54  
Digərləri BDUnun qarşısında maraqlı hadisə Ata tələbə qızına maşın hədiyyə etdi

Tədris ilinin ilk günü ata universitet həyatına başlayan qızına maşın

arrow Ətraflı
ABŞ ordusunun iki generalı Ermənistana gedib like
  • 15 Sen 11:29  
Digərləri ABŞ ordusunun iki generalı Ermənistana gedib

ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023"

arrow Ətraflı
Buna DTX icazə verəcək like
  • 15 Sen 11:18  
Digərləri Buna DTX icazə verəcək

Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözl

arrow Ətraflı
Azərbaycana gətirilən mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır SİYAHI like
  • 15 Sen 11:17  
Digərləri Azərbaycana gətirilən mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldılır SİYAHI

Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə g

arrow Ətraflı
Ermənilər Xocalıda təxribata cəhd etdi like
  • 15 Sen 11:13  
Siyasət Ermənilər Xocalıda təxribata cəhd etdi

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti

arrow Ətraflı
Müğənniyə ağır itki like
  • 15 Sen 11:10  
Şou-biznes Müğənniyə ağır itki

Müğənni Lətifə Soyuözə ağır itki üz verib. 

arrow Ətraflı
Bu şəxslərə pulsuz mənzillər verilib like
  • 15 Sen 11:07  
Digərləri Bu şəxslərə pulsuz mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq m

arrow Ətraflı
Bir ürək, bir yumruq olmağa davam edəcəyik  Türkiyə MN like
  • 15 Sen 11:06  
Siyasət Bir ürək, bir yumruq olmağa davam edəcəyik Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının 105

arrow Ətraflı
Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq like
  • 15 Sen 10:52  
Digərləri Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq

Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı

arrow Ətraflı