“Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin VİDEO


Digərləri 13 Sen 2023 15:58:00 629 0

“Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin  VİDEO

Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla münasibətlərində ciddi böhran yaranıb.

Bu xəbəri də oxu: BDUnun 95 yaşlı kafedra müdiri

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə "Kommersant" nəşrində dərc edilən məqalədə bildirilib.

"Tərəflər bir-birini ittiham edirlər. Baş nazir Nikol Paşinyan İtaliya qəzetinə müsahibəsində Moskva ilə strateji müttəfiqlik kursunun səhv olduğunu bildirir, onun həyat yoldaşı Kiyevə gedir və Prezident Vladimir Zelenski ilə görüşür.

İrəvan həm də Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ilk dəfə Kiyevə humanitar yardım edir. Və nəhayət, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirir və əvəzində öz nümayəndəsini KTMT-dən geri çağırır", - deyə müəllifi Maksim Yusin olan məqalədə vurğulanıb.

Müəllifin iddiasına görə, Azərbaycan sərhədə hərbi texnika cəmləyir - onların üzərində Rusiyanın 24 fevral ərəfəsində Ukrayna ilə sərhədə göndərdiyi texnikaların üzərindəki "Z" və "V" hərflərinə bənzər işarələr var. Bundan çıxış edən müəllif Bakının yaxın günlərdə hərbi əməliyyatlara başlayacağı ilə bağlı "çoxlu sübutların" olduğunu bildirib (Halbuki Ermənistanın Azərbaycanla sərhədə zirehli texnika və canlı qüvvə yığdığını təsdiqləyən video-görüntülər yayılıb - red.)

"Və qalır təxmin etmək ki, onlar (Azərbaycan - red.) yalnız Dağlıq Qarabağla kifayətlənəcəkmi (ermənilərin Xankəndini saxlaya biləcəkləri şansı yoxdur), yoxsa Prezident İlham Əliyev vəziyyətdən istifadə edərək, bütün mübahisəli məsələləri, o cümlədən Naxçıvana dəhlizin yaradılmasını təmin edəcək?" - "Kommersant" vurğulayıb.

Analizdə iddia edilib ki, hazırkı şərait Bakı üçün həmişəkindən daha əlverişlidir:

"Birincisi, 2020-ci ilin payızındakı 44 günlük müharibədə də təsdiqləndiyi kimi, qüvvələr balansı açıq şəkildə Azərbaycanın xeyrinədir. İkincisi, Azərbaycan əsas müttəfiqi olan Türkiyənin faktiki olaraq qeyri-məhdud dəstəyinə arxalanmaqda davam edir.

Üçüncüsü, ermənilərin belə müttəfiqi yoxdur. Rusiya onlara kömək etmək istəsə belə, Ukraynada çox dərin bataqlığa düşüb və çətin ki, özünə ikinci cəbhə açsın. Qərb də çox uzaqdadır və hərbi cəhətdən vəziyyətə təsir edə bilmir, iqtisadi cəhətdən isə özü də qismən Rusiya neftini əvəz edən Azərbaycan nefti və qazının tədarükündən çox asılıdır. Odur ki, ABŞ və AB-nin Qarabağdakı hərbi əməliyyatlara və hətta dinc əhalinin ölümünə cavab olaraq Bakıya qarşı sərt sanksiyalar tətbiq edəcəyini təsəvvür etmək çətindir.

Özünü çıxılmaz vəziyyətə salan Nikol Paşinyan, görünür, indidən həmvətənlərinə gələcək məğlubiyyəti və gələcək mümkün güzəştləri necə izah edəcəyini düşünür. Deyəsən, onun "müdafiə xətti" belə olacaq: "Hər şeydə günahkar Moskvadır, həm üç il əvvəl müttəfiqini taleyin ümidinə buraxan o idi, həm də indi, Bakıya Qarabağın blokadasını həyata keçirməyə icazə verən odur və ermənilərin arxasında İlham Əliyevlə danışıqlar aparır".

Bir ifratdan digərinə tələsən Ermənistanın baş naziri 2020-ci il müharibəsi ərəfəsində etdiyi və xalqı üçün ölümcül nəticələnən səhvləri təkrarlayır.

Siz eyni vaxtda əsas düşməni - Azərbaycanı təxribata çəkə, nəzəri cəhətdən mümkün olan yeganə müdafiəçiyə - Kremlə nümayişkaranə şəkildə meydan oxuya bilməzsiniz.

Ermənistanın düşdüyü qibtəedilməz geosiyasi vəziyyətdə belə bir yanaşmanı uzaqgörən və praqmatik adlandırmaq olmaz. İrəvanın şüurlu şəkildə Moskva ilə yaratdığı gərginlik Bakını yalnız daha qətiyyətli, daha cəsarətli addımlar atmağa sövq edir.

Çünki bu gün də, Ukraynada münaqişənin qızğın vaxtında belə İlham Əliyevi təmkinli olmağa inandıra bilən yeganə şəxs Vladimir Putindir.

Amma bu gün erməni-amerikan təlimləri və Paşinyanın həyat yoldaşının Kiyevə səfəri fonunda Rusiya prezidentinin bunu etmək istəyəcəyini təsəvvür etmək çətindir".

Daha bir rektor vəzifəsindən azad edilib like
  • 13 Sen 15:55  
Digərləri Daha bir rektor vəzifəsindən azad edilib

Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzif�

arrow Ətraflı
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir like
  • 13 Sen 15:54  
Digərləri Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidm

arrow Ətraflı
Bu universitetinin rektoru vəzifəsindən azad edildi like
  • 13 Sen 15:52  
Digərləri Bu universitetinin rektoru vəzifəsindən azad edildi

Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzif�

arrow Ətraflı
Zakir Həsənovla İranın Baş Qərargah rəisi arasında telefon danışığı olub like
  • 13 Sen 15:48  
Siyasət Zakir Həsənovla İranın Baş Qərargah rəisi arasında telefon danışığı olub

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkov

arrow Ətraflı
“Miss Azərbaycan”: "Özünüz deyilsiniz, “kitayski poddelkalar”" like
  • 13 Sen 15:47  
Şou-biznes “Miss Azərbaycan”: "Özünüz deyilsiniz, “kitayski poddelkalar”"

"Səhər tezdən mənə video video yollayıblar. Özlərini ulduz sayanlar

arrow Ətraflı
Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistləri məlumatlandırıb like
  • 13 Sen 15:46  
Siyasət Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistləri məlumatlandırıb

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba

arrow Ətraflı
Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötdü like
  • 13 Sen 15:42  
Digərləri Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötdü

Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi,torp

arrow Ətraflı
Milli Məclisin sədri Macarıstana işgüzar səfərdədir like
  • 13 Sen 15:38  
Digərləri Milli Məclisin sədri Macarıstana işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 13-də V Budapeşt Demoqrafi

arrow Ətraflı
Yeni doğulmuş körpə küçəyə atıldı  VİDEO like
  • 13 Sen 15:36  
Digərləri Yeni doğulmuş körpə küçəyə atıldı VİDEO

Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.

arrow Ətraflı
Dövlət Xidmətində yoxlama aparıldı  materiallar Baş Prokurorluğa göndərildi like
  • 13 Sen 15:33  
Digərləri Dövlət Xidmətində yoxlama aparıldı materiallar Baş Prokurorluğa göndərildi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətind

arrow Ətraflı
Azərbaycan XİN Fransaya cavab verdi like
  • 13 Sen 15:31  
Siyasət Azərbaycan XİN Fransaya cavab verdi

12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyas�

arrow Ətraflı
Hesablama Palatası bu şirkətdə nöqsanlar aşkarladı like
  • 13 Sen 15:28  
Digərləri Hesablama Palatası bu şirkətdə nöqsanlar aşkarladı

Hesablama Palatası "Aqroservis" ASC və tabeliyindəki qurumlar üzr�

arrow Ətraflı
Vasif Tağıyevin vəziyyəti açıqlandı like
  • 13 Sen 15:25  
Digərləri Vasif Tağıyevin vəziyyəti açıqlandı

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərə

arrow Ətraflı
Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır  Hikmət Hacıyev like
  • 13 Sen 15:14  
Siyasət Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır Hikmət Hacıyev

Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Bl

arrow Ətraflı
Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim etdi like
  • 13 Sen 15:10  
Siyasət Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim etdi

"Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında"

arrow Ətraflı