Dövlət Xidmətində yoxlama aparıldı materiallar Baş Prokurorluğa göndərildi


Digərləri 13 Sen 2023 15:33:00 357 0

Dövlət Xidmətində yoxlama aparıldı  materiallar Baş Prokurorluğa göndərildi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində yoxlama aparılıb.

Bu xəbəri də oxu: Pişiklərə hamiləlik dövrü

Son.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2020-2022-ci illər üzrə dövlət büdcəsindən Xidmətə yönəldilən 22214,1 min manat vəsait əhatə olunub:

"Auditlə əhatə olunan dövrdə Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9%-nin (3809 abidə) pasportlaşması təşkil edilməmiş, 94,7%-nin (4102 abidə) mühafizə zonaları təyin edilməyib, 86,1%-nin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq edilməmyib, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib", - məlumatda deyilir.

Qeyd edilib ki, auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməmiş, əsaslı təmir və yenidən qurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin, binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib:

"Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.

Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib". Son.az 

Azərbaycan XİN Fransaya cavab verdi like
  • 13 Sen 15:31  
Siyasət Azərbaycan XİN Fransaya cavab verdi

12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyas�

arrow Ətraflı
Hesablama Palatası bu şirkətdə nöqsanlar aşkarladı like
  • 13 Sen 15:28  
Digərləri Hesablama Palatası bu şirkətdə nöqsanlar aşkarladı

Hesablama Palatası "Aqroservis" ASC və tabeliyindəki qurumlar üzr�

arrow Ətraflı
Vasif Tağıyevin vəziyyəti açıqlandı like
  • 13 Sen 15:25  
Digərləri Vasif Tağıyevin vəziyyəti açıqlandı

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərə

arrow Ətraflı
Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır  Hikmət Hacıyev like
  • 13 Sen 15:14  
Siyasət Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır Hikmət Hacıyev

Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Bl

arrow Ətraflı
Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim etdi like
  • 13 Sen 15:10  
Siyasət Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim etdi

"Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında"

arrow Ətraflı
Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm” like
  • 13 Sen 15:03  
Şou-biznes Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm”

"Ayağımın ağrısından dayana bilmirəm. Çox çətin və ağır günl�

arrow Ətraflı
Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü like
  • 13 Sen 14:52  
Dünya Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü

ABŞ-də kuryer xidməti göstərən şəxs sifarişin içinə tüpürüb. So

arrow Ətraflı
30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər like
  • 13 Sen 14:41  
Digərləri 30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüş�

arrow Ətraflı
Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi like
  • 13 Sen 14:22  
Kriminal Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi

Sentyabrın 8-də  Çin Xalq Respublikasının Shenzhen şəhərində  Kəmər

arrow Ətraflı
Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi like
  • 13 Sen 13:57  
Dünya Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi

Meksika parlamentinin iclasında yadplanetli olduğu təxmin edilən min yaşlı

arrow Ətraflı
“Bu problem NyuYorku məhv edəcək” like
  • 13 Sen 13:53  
Dünya “Bu problem NyuYorku məhv edəcək”

ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərin

arrow Ətraflı
Şakira ilkə imza atdı like
  • 13 Sen 13:51  
Şou-biznes Şakira ilkə imza atdı

Nyu-Yorkda "MTV Video Music Awards 2023" mükafatının təqdimetmə m

arrow Ətraflı
Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək like
  • 13 Sen 12:55  
Dünya Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa gör�

arrow Ətraflı
SSRİnin siyasəti yanlış idi like
  • 13 Sen 12:54  
Digərləri SSRİnin siyasəti yanlış idi

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin siyasətini tənqid edib.

arrow Ətraflı