Təyyarədə fotoçəkiliş və tütün çəkməyə görə cərimələr 5 dəfə artırılır
Digərləri 07 Mar 2025 13:54:00 80 0
Hava gəmisində davranış qaydalarının pozulmasına görə cərimələr artırılır.
Bu xəbəri də oxu: Onların maaşlarının məbləği yeni redaksiyada təsdiqləndi
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (komanda verən pilotun, yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.
Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.
Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manat məbləğində cərimə tətbiq edilir.
Hava nəqliyyatında tütün çəkməyə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim

Honor Magic 7 və Magic 7 Pro güclü performansı, innovativ kamerası və prem

Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevaya 8 Mart - Beynəlxalq Q

İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullar

Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayı

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişl

Nisyə mal alqı-satqısı ilə məşğul olan və il ərzində nisyə satılmı

"Azərbaycan Respublikası Mülki Məcəlləsində Ətrafdakılar üçün y

Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək h�

Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumat�

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə artırıl

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qanunver

Azərbaycanda "e-mühasibat" informasiya sistemi yaradılacaq.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, ha

Milli Məclis "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkd
