Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək


Digərləri 07 Mar 2025 12:52:00 85 0

Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şamil olunmayacaq.

Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Qanundan göründüyü kimi, birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir.

Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib like
  • 07 Mar 12:44  
Digərləri Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib

Milli Məclis "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkd

arrow Ətraflı
Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi like
  • 07 Mar 12:30  
Digərləri Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi

Mart ayında saçların elektriklənməsi və "tok vurması" problemi,

arrow Ətraflı
Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər like
  • 07 Mar 12:24  
Digərləri Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər

BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxış�

arrow Ətraflı
Binəqədidə silahsursat aşkarlanıb like
  • 07 Mar 12:20  
Digərləri Binəqədidə silahsursat aşkarlanıb

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 07 Mar 12:15  
Digərləri Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti c�

arrow Ətraflı
8 Mart günü Bakıda 18 dərəcə isti olacaq like
  • 07 Mar 12:10  
Digərləri 8 Mart günü Bakıda 18 dərəcə isti olacaq

Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Rusiyanın İrəvandakı səfirinin qəribə bəyanatı: Minsk Qrupu "oyun"una cəhd edilir like
  • 07 Mar 12:06  
Siyasət Rusiyanın İrəvandakı səfirinin qəribə bəyanatı: Minsk Qrupu "oyun"una cəhd edilir

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin gözlənilmədən ATƏT-in

arrow Ətraflı
Qəzaya düşən avtobus nasaz olub like
  • 07 Mar 12:00  
Digərləri Qəzaya düşən avtobus nasaz olub

AYNA Neftçilər prospektində qəzaya uğrayan avtobusla bağlı açıqlama yay

arrow Ətraflı
Ukraynanın "Patriot" raketləri ehtiyatları tükənə bilər like
  • 07 Mar 11:54  
Siyasət Ukraynanın "Patriot" raketləri ehtiyatları tükənə bilər

Ukrayna Rusiyanın ən güclü ballistik raketlərinə qarşı müdafiə üçün

arrow Ətraflı
HoradizAğbənd dəmiryolu xətti Zəngəzur dəhlizindən istifadə imkanları verəcək  ADY like
  • 07 Mar 11:41  
Digərləri HoradizAğbənd dəmiryolu xətti Zəngəzur dəhlizindən istifadə imkanları verəcək ADY

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layih�

arrow Ətraflı
53 nömrəli marşrutdan istifadə edənlərin NƏZƏRİNƏ like
  • 07 Mar 11:34  
Digərləri 53 nömrəli marşrutdan istifadə edənlərin NƏZƏRİNƏ

Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar

arrow Ətraflı
Putin oruc tutur? like
  • 07 Mar 11:21  
Dünya Putin oruc tutur?

Rusiya prezidenti Vladimir Putinin oruc tutub-tutmadığı barədə məlumat ict

arrow Ətraflı
Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşma  70dən çox ölən var like
  • 07 Mar 11:16  
Dünya Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşma 70dən çox ölən var

Suriyada təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə sadiq silahlılar

arrow Ətraflı
Daha bir nəfər spirtdən zəhərlənərək öldü like
  • 07 Mar 11:10  
Digərləri Daha bir nəfər spirtdən zəhərlənərək öldü

Beyləqanda 29 yaşlı kişi spirtdən zəhərlənərək ölüb.

arrow Ətraflı