HoradizAğbənd dəmiryolu xətti Zəngəzur dəhlizindən istifadə imkanları verəcək ADY
Digərləri 07 Mar 2025 11:41:00 104 0
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən biri də Horadiz-Ağbənd dəmiryolu xəttinin tikintisidir.
Bu xəbəri də oxu: Bu tarixdən Gürcüstana qatarla gedibgəlmək mümkün olacaq
Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov deyib.
O qeyd edib ki, bu bağlantı Zəngəzur dəhlizindən istifadə imkanları verəcək.
"Belə ki, Horadiz-Ağbənd dəmiryolu xəttinin tikintisi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasında aparılan modernləşmə işləri aparılır. Eyni zamanda Türkiyə ilə bağlantının təmin olunması məsələləri var. Bütün bunlar Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün işlərin tərkib hissəsidir", - deyə o qeyd edib.
Qeyd edək ki, artıq Horadiz-Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 faizi tamamlanıb. Horadiz-Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar

Suriyada təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə sadiq silahlılar

Beyləqanda 29 yaşlı kişi spirtdən zəhərlənərək ölüb.

Martın 7-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

8 mart saat 09:00-dan 9 mart saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev pr

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqa

Ölkə sahibkarlarının 23%-ə yaxınını qadın sahibkarlar təşkil edir.

Baş DYP İdarəsi olaraq 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin

Martın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Vətəndaş illərlə işləyir və bir gün pensiya yaşına çataraq sığorta

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
