Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər


Digərləri 07 Mar 2025 12:24:00 78 0

Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər

BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxışında təşkilatın İnsan hüquqları üzrə ali komissarı, avstriyalı hüquqşünas Volker Türk qeyd etmişdir ki, "Azərbaycanda "özbaşına" saxlanılan şəxslərin hamısı, o cümlədən etnik ermənilər, dərhal azad edilməli və ədalətli məhkəmə hüququna tam riayət olunmalıdır".

Selektiv yanaşmaları və ikili standartları əks etdirən açıqlamaları  yuxarıda qeyd etdiyim şəxs həmçinin 26 sentyabr 2023-cü ildə Qarabağda lokal anti-terror əməliyyatı keçiriləndən sonra səsləndirərək göstərmişdir ki, "yerlərdə baş verənlərdən, xüsusilə də hərbi gücün mülki əhaliyə qarşı yenidən tətbiqinin nəticələrindən çox narahatam". 

Sual olunur ki, nə vaxtdan bir qrup separatçı və terrorçu "dinc, mülki əhali" olub? İkinci Qarabağ müharibəsi zamanı münaqişə zonasından əhəmiyyətli dərəcədə aralıda yerləşən Gəncə şəhərinə, Bərdə rayonuna, Azərbaycanın digər yaşayış məntəqələrinə çoxsaylı insan təlafatı və mülki infrastrukturun məhv edilməsi ilə nəticələnən, qadağan olunmuş kasset sursatları və ballistik raketlərlə zərbə endirilən zaman bu "hüquq müdafiəçisi" haradaydı?

Əgər BMT sistemində yüksək vəziyə tutan şəxs beynəlxalq humanitar hüquq barəsində məlumatlı deyilsə, xatırlada bilərəm ki, Erməmistanın 6 iyun 1993-cü idə qoşulduğu Dördüncü Cenevrə Konvensiyası silahlı münaqişə dövründə "terror tədbirlərini" gəti qadağan edır. Bundan əlavə Cenevrə Konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsində nəzərdə tutulur ki, "əsas məqsədi mülki əhali arasında qorxu yaratmaq olan zorakılıq xarakterli terror hərəkətləri  və ya zorakılıqla hədələmə qadağandır". Beynəlxalq humanitar hüququn başlıca prinsiplərini kobud formada pozan Ermənistan cinayətkar əməllərinə görə məsuliyyət daşıyır.   Bu gün məhkəmə kürsüsündə əyləşən və ən ağır beynəlxalq cinayətlər - soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törədən canilərin müdafiəsinə qalxan BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker

Türk kimə xidmət edir?

Əyər biz bu gün tarixi anlogiyalara müraciət etsək, absurd  mənzərənin şahidi oluruq. Ali Komissarın məntiqindən çıxış etsək belə çıxır ki, İkinci dünya müharibəsi zamanı yaxud keçən əsrin ikinci yarısında müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmiş, Nüremberq Beynəlxalq hərbi tribunalı yaxud Haaqada yerləşən və artıq fəaliyyətini bitirmiş Yuqoslavia üzrə ad hoc Beynəlxalq tribunalı tərəfindən mühakimə edilən şəxslər azad edilməlidir? 

Beynəlxalq miqyasda hüququn aliliyinin təmin olunması bütün hərbi canilərin cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını tələb edir və Azərbaycan bu fundamental missiyanı həyata keçirərək, bütöv bəşəriyyəti təmsil edir. Heç kəs unutmamalıdır ki, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərin təqibində beynəlxalq birliyin bütövlükdə hüquqi maraqları mövcuddur. 

Nizami Səfərov, Milli Məclisin deputatı Son.az

Binəqədidə silahsursat aşkarlanıb like
  • 07 Mar 12:20  
Digərləri Binəqədidə silahsursat aşkarlanıb

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 07 Mar 12:15  
Digərləri Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti c�

arrow Ətraflı
8 Mart günü Bakıda 18 dərəcə isti olacaq like
  • 07 Mar 12:10  
Digərləri 8 Mart günü Bakıda 18 dərəcə isti olacaq

Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Rusiyanın İrəvandakı səfirinin qəribə bəyanatı: Minsk Qrupu "oyun"una cəhd edilir like
  • 07 Mar 12:06  
Siyasət Rusiyanın İrəvandakı səfirinin qəribə bəyanatı: Minsk Qrupu "oyun"una cəhd edilir

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin gözlənilmədən ATƏT-in

arrow Ətraflı
Qəzaya düşən avtobus nasaz olub like
  • 07 Mar 12:00  
Digərləri Qəzaya düşən avtobus nasaz olub

AYNA Neftçilər prospektində qəzaya uğrayan avtobusla bağlı açıqlama yay

arrow Ətraflı
Ukraynanın "Patriot" raketləri ehtiyatları tükənə bilər like
  • 07 Mar 11:54  
Siyasət Ukraynanın "Patriot" raketləri ehtiyatları tükənə bilər

Ukrayna Rusiyanın ən güclü ballistik raketlərinə qarşı müdafiə üçün

arrow Ətraflı
HoradizAğbənd dəmiryolu xətti Zəngəzur dəhlizindən istifadə imkanları verəcək  ADY like
  • 07 Mar 11:41  
Digərləri HoradizAğbənd dəmiryolu xətti Zəngəzur dəhlizindən istifadə imkanları verəcək ADY

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layih�

arrow Ətraflı
53 nömrəli marşrutdan istifadə edənlərin NƏZƏRİNƏ like
  • 07 Mar 11:34  
Digərləri 53 nömrəli marşrutdan istifadə edənlərin NƏZƏRİNƏ

Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar

arrow Ətraflı
Putin oruc tutur? like
  • 07 Mar 11:21  
Dünya Putin oruc tutur?

Rusiya prezidenti Vladimir Putinin oruc tutub-tutmadığı barədə məlumat ict

arrow Ətraflı
Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşma  70dən çox ölən var like
  • 07 Mar 11:16  
Dünya Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşma 70dən çox ölən var

Suriyada təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə sadiq silahlılar

arrow Ətraflı
Daha bir nəfər spirtdən zəhərlənərək öldü like
  • 07 Mar 11:10  
Digərləri Daha bir nəfər spirtdən zəhərlənərək öldü

Beyləqanda 29 yaşlı kişi spirtdən zəhərlənərək ölüb.

arrow Ətraflı
Milli Məclisin növbəti plenar iclası keçirilir like
  • 07 Mar 11:05  
Digərləri Milli Məclisin növbəti plenar iclası keçirilir

Martın 7-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

arrow Ətraflı
Daha bir restoranda nöqsanlar aşkarlandı like
  • 07 Mar 11:03  
Digərləri Daha bir restoranda nöqsanlar aşkarlandı

"Otdıx" restoranında nöqsanlar aşkarlanıb.

arrow Ətraflı
Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq like
  • 07 Mar 10:59  
Digərləri Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq

8 mart saat 09:00-dan 9 mart saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev pr

arrow Ətraflı