Nisyə mal alqısatqısı ilə məşğul olanlar kreditlə bağlı bu tələbdən azad olunurlar


Digərləri 07 Mar 2025 13:30:00 98 0

Nisyə mal alqısatqısı ilə məşğul olanlar kreditlə bağlı bu tələbdən azad olunurlar

Nisyə mal alqı-satqısı ilə məşğul olan və il ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi 100 min manatdan çox olan hüquqi və fiziki şəxslər kredit tarixçələrini kredit bürosuna təqdim etməyəcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Kredit büroları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) və kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

Təklif edilən dəyişikliklə kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

Məlumat üçün bildirək ki, qanunun 12.1-ci maddəsi nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər tərəfindən "kredit tarixçələrini təşkil edən məlumat"ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyən edir. Eyni zamanda qanunun 22-ci maddəsi həmin şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Dövriyyəsi həmin məbləğdən az olan nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən bu məlumatın təqdim edilməsi isə onların vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulur.

"Kredit tarixçələrini təşkil edən məlumat" dedikdə kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə imkan verən məlumatlar nəzərdə tutulur.

Kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfat subyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman və sair resurslar tələb edir. Eyni zamanda onların bu vəzifələrini icra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında, düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etmənin mürəkkəbliyi də mövcuddur.

Bütün qeyd olunanlar nəzərə alınmaqla təklif olunan dəyişikliyə görə, bu məlumatların kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi ləğv edilir.

Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.

Qanun layihəsi bu sahədə inzibatçılığın sadələşdirilməsinə, müvafiq məlumatları könüllü təqdim etmə mexanizminin bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilməsinə xidmət edir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Onlar mülki odlu silah əldə edə biləcəklər like
  • 07 Mar 13:22  
Digərləri Onlar mülki odlu silah əldə edə biləcəklər

Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək h�

arrow Ətraflı
Bu işə maneəçilik törədənlər 800 manatadək cərimə ediləcək like
  • 07 Mar 13:18  
Digərləri Bu işə maneəçilik törədənlər 800 manatadək cərimə ediləcək

Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumat�

arrow Ətraflı
Bunu edən şəxslər 100 manat cərimə ediləcək like
  • 07 Mar 13:11  
Digərləri Bunu edən şəxslər 100 manat cərimə ediləcək

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə artırıl

arrow Ətraflı
Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək like
  • 07 Mar 13:08  
Digərləri Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qanunver

arrow Ətraflı
Azərbaycanda yeni informasiya sistemi yaradılır like
  • 07 Mar 13:04  
Digərləri Azərbaycanda yeni informasiya sistemi yaradılır

Azərbaycanda "e-mühasibat" informasiya sistemi yaradılacaq.

arrow Ətraflı
Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək like
  • 07 Mar 12:52  
Digərləri Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, ha

arrow Ətraflı
Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib like
  • 07 Mar 12:44  
Digərləri Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib

Milli Məclis "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkd

arrow Ətraflı
Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi like
  • 07 Mar 12:30  
Digərləri Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi

Mart ayında saçların elektriklənməsi və "tok vurması" problemi,

arrow Ətraflı
Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər like
  • 07 Mar 12:24  
Digərləri Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər

BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxış�

arrow Ətraflı
Binəqədidə silahsursat aşkarlanıb like
  • 07 Mar 12:20  
Digərləri Binəqədidə silahsursat aşkarlanıb

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 07 Mar 12:15  
Digərləri Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti c�

arrow Ətraflı
8 Mart günü Bakıda 18 dərəcə isti olacaq like
  • 07 Mar 12:10  
Digərləri 8 Mart günü Bakıda 18 dərəcə isti olacaq

Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Rusiyanın İrəvandakı səfirinin qəribə bəyanatı: Minsk Qrupu "oyun"una cəhd edilir like
  • 07 Mar 12:06  
Siyasət Rusiyanın İrəvandakı səfirinin qəribə bəyanatı: Minsk Qrupu "oyun"una cəhd edilir

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin gözlənilmədən ATƏT-in

arrow Ətraflı