HONOR Magic7 Pro smartfonu artıq satışda


Digərləri 07 Mar 2025 13:45:00 94 0

HONOR Magic7 Pro smartfonu artıq satışda

Honor Magic 7 və Magic 7 Pro güclü performansı, innovativ kamerası və premium dizaynı ilə yeni nəsil flaqman smartfon təcrübəsi təqdim edir. Bəs bu smartfonları bazarda xüsusi edən nədir?

HONOR Magic 7 Pro IP69 standartına uyğun dizayn edilib. Cihaz hətta qaynar suda belə funksionallığını itirmir. Arxa panel barmaq izi buraxmayan mat şüşədən, çərçivə isə alüminiumdan hazırlanıb. Rəng seçimləri arasında "boz ay", "qrafit qara" və "zərif mavi" çalarları mövcuddur.

Ekran altına yerləşdirilmiş barmaq izi skaneri bir qədər yuxarıda yerləşdirildiyi üçün istifadəsi daha rahatdır. Hətta nəm əllərlə belə skaner anında işləyir və bank proqramları üçün yüksək tanınma səviyyəsinə malikdir.

OLED matrisi 6,8 düym diaqonala malikdir və 1-dən 120 Hz-ə qədər yeniləmə sürətini dəstəkləyir. Gözlər üçün təhlükəsiz geniş impulslu modulyasiya texnologiyasına sahib olan ekran 5000 nit yüksək parlaqlıq və 450-dən çox PPI ilə aydın və gözoxşayan təsvir təqdim edir.

HONOR Magic 7 Pro 50MP əsas kamera, 200MP periskop böyütmə sensoru və 50MP ultra geniş bucaqlı sensora sahibdir. Ön kamera isə 50MP keyfiyyətində selfilər təqdim edir.

Süni zəka çəkiliş zamanı ən yaxşı kadrı seçmək, bulanıqlığı aradan qaldırmaq və rəngləri optimallaşdırmaq imkanına malikdir. AI, həmçinin portret rejimini təkmilləşdirir, istənməyən obyektləri silir və gecə çəkilişlərinin keyfiyyətini artırır.

Belə ki, siz çəkiliş düyməsini basmadan yarım saniyə əvvəl və yarım saniyə sonra silsilə fotoşəkillər çəkilir və daha sonra süni zəkanın köməyi ilə şəkillərin bulanıqlığı və digər qüsurlar aradan qaldırılaraq ən yaxşı kadr seçilir.

AI imkanları bununla məhdudlaşmır. HONOR Magic 7 Pro real vaxt rejimində nitq tərcüməsi (11 dil dəstəyi), səsin mətnə çevrilməsi və məqalə xülasələri kimi funksiyalar təklif edir.

Cihaz Qualcomm Snapdragon 8 Elite prosessoru ilə təchiz edilib. 12 GB RAM və 512 GB yaddaş ilə gündəlik və ağır yüklü tapşırıqları asanlıqla yerinə yetirir.

5850 mAh tutumlu üçüncü nəsil silikon-karbon akkumulyatoru sayəsində smartfon üç günə qədər istifadə edilə bilər. 100W adapter ilə batareya yarım saat ərzində tam dolur.

Magic 7 modeli periskop kamerası olmadan, 50MP telefoto sensoru ilə təqdim olunur. Buna baxmayaraq, Magic 7 də yüksək keyfiyyətli foto və video çəkilişlər üçün güclü imkanlar təqdim edir.   HONOR Magic7 və HONOR Magic7 Pro smartfonunu artıq İrşad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, World Telecom, Smart Electronics, Digital Home və Barkod mağaza şəbəkələrindən, həmçinin Azercell, Bakcell və Nar mobil operatorların diller mağazalarından əldə edə bilərsiniz. Qiymətlərə gəldik də isə, HONOR Magic7 Pro 12GB/512GB-in qiyməti 2699.99 AZN, HONOR Magic7 12GB/256GB-in qiyməti 2199.99 AZN təşkil edir. 31 mart tarixinə qədər Magic7 Pro və Magic7 modelini alana HONOR Pad X9 planşetini hədiyyə olunacaq.

Milli Məclis Mehriban Əliyevaya 8 Mart münasibətilə təbrik məktubu ünvanlayıb like
  • 07 Mar 13:43  
Digərləri Milli Məclis Mehriban Əliyevaya 8 Mart münasibətilə təbrik məktubu ünvanlayıb

Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevaya 8 Mart - Beynəlxalq Q

arrow Ətraflı
Azərbaycanda bu lampaların satışı qadağan edilir like
  • 07 Mar 13:43  
Digərləri Azərbaycanda bu lampaların satışı qadağan edilir

İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullar

arrow Ətraflı
100 manatlıq bu cərimə 10 minədək qaldırılır like
  • 07 Mar 13:35  
Digərləri 100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişl

arrow Ətraflı
Nisyə mal alqısatqısı ilə məşğul olanlar kreditlə bağlı bu tələbdən azad olunurlar like
  • 07 Mar 13:30  
Digərləri Nisyə mal alqısatqısı ilə məşğul olanlar kreditlə bağlı bu tələbdən azad olunurlar

Nisyə mal alqı-satqısı ilə məşğul olan və il ərzində nisyə satılmı

arrow Ətraflı
Onlar mülki odlu silah əldə edə biləcəklər like
  • 07 Mar 13:22  
Digərləri Onlar mülki odlu silah əldə edə biləcəklər

Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək h�

arrow Ətraflı
Bu işə maneəçilik törədənlər 800 manatadək cərimə ediləcək like
  • 07 Mar 13:18  
Digərləri Bu işə maneəçilik törədənlər 800 manatadək cərimə ediləcək

Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumat�

arrow Ətraflı
Bunu edən şəxslər 100 manat cərimə ediləcək like
  • 07 Mar 13:11  
Digərləri Bunu edən şəxslər 100 manat cərimə ediləcək

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə artırıl

arrow Ətraflı
Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək like
  • 07 Mar 13:08  
Digərləri Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qanunver

arrow Ətraflı
Azərbaycanda yeni informasiya sistemi yaradılır like
  • 07 Mar 13:04  
Digərləri Azərbaycanda yeni informasiya sistemi yaradılır

Azərbaycanda "e-mühasibat" informasiya sistemi yaradılacaq.

arrow Ətraflı
Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək like
  • 07 Mar 12:52  
Digərləri Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, ha

arrow Ətraflı
Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib like
  • 07 Mar 12:44  
Digərləri Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib

Milli Məclis "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkd

arrow Ətraflı
Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi like
  • 07 Mar 12:30  
Digərləri Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi

Mart ayında saçların elektriklənməsi və "tok vurması" problemi,

arrow Ətraflı