Azərbaycanda bu lampaların satışı qadağan edilir


Digərləri 07 Mar 2025 13:43:00 94 0

Azərbaycanda bu lampaların satışı qadağan edilir

İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan ediləcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliklə 2026-cı il yanvarın 1-dən 60 vatt və yuxarı gücə malik olan közərmə lampalarının, 2026-cı il iyulun 1-dən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatadək gücə malik olan közərmə lampalarının satışı qadağan ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulur. Buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunub, artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənib.

LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1) müəyyən edilib ki, 15 000 saat istehlak müddəti olan 1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində orta hesabla 2 dəfədən, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.

Cədvəl 1. 15 000 saat xidmət müddəti üçün lampa növləri üzrə enerji sərfiyyatı:

Göstərici

Közərmə lampası

CFL

LED

Xidmət müddəti, saat

1,000

8,000

15,000

Lampanın gücü, Vatt

60 Vt

14 Vt

7 Vt

Əvəzlənən lampaların sayı

17

2

1

Cəmi enerji istehlakı, kVt.st

900

210

105

Bundan əlavə, 60 vatt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanıb və LED lampa ilə müqayisə edilib (cədvəl 2).

Cədvəl 2.

 
100 manatlıq bu cərimə 10 minədək qaldırılır like
  • 07 Mar 13:35  
Digərləri 100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişl

arrow Ətraflı
Nisyə mal alqısatqısı ilə məşğul olanlar kreditlə bağlı bu tələbdən azad olunurlar like
  • 07 Mar 13:30  
Digərləri Nisyə mal alqısatqısı ilə məşğul olanlar kreditlə bağlı bu tələbdən azad olunurlar

Nisyə mal alqı-satqısı ilə məşğul olan və il ərzində nisyə satılmı

arrow Ətraflı
Onlar mülki odlu silah əldə edə biləcəklər like
  • 07 Mar 13:22  
Digərləri Onlar mülki odlu silah əldə edə biləcəklər

Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək h�

arrow Ətraflı
Bu işə maneəçilik törədənlər 800 manatadək cərimə ediləcək like
  • 07 Mar 13:18  
Digərləri Bu işə maneəçilik törədənlər 800 manatadək cərimə ediləcək

Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumat�

arrow Ətraflı
Bunu edən şəxslər 100 manat cərimə ediləcək like
  • 07 Mar 13:11  
Digərləri Bunu edən şəxslər 100 manat cərimə ediləcək

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə artırıl

arrow Ətraflı
Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək like
  • 07 Mar 13:08  
Digərləri Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qanunver

arrow Ətraflı
Azərbaycanda yeni informasiya sistemi yaradılır like
  • 07 Mar 13:04  
Digərləri Azərbaycanda yeni informasiya sistemi yaradılır

Azərbaycanda "e-mühasibat" informasiya sistemi yaradılacaq.

arrow Ətraflı
Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək like
  • 07 Mar 12:52  
Digərləri Bu uşaqlara təhsilini bitirdiyi zaman birdəfəlik müavinət veriləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, ha

arrow Ətraflı
Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib like
  • 07 Mar 12:44  
Digərləri Milli Məclis Azərbaycanın D8ə qoşulmasını ratifikasiya edib

Milli Məclis "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkd

arrow Ətraflı
Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi like
  • 07 Mar 12:30  
Digərləri Mart ayında saç elektriklənməsinin səbəb və çarəsi

Mart ayında saçların elektriklənməsi və "tok vurması" problemi,

arrow Ətraflı
Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər like
  • 07 Mar 12:24  
Digərləri Müharibə caniləri layiq olduqları cəzalara məhkum ediləcəklər

BMT-nin İnsan hüquqları üzrə Şurasının 58-ci sessiyasındakı çıxış�

arrow Ətraflı
Binəqədidə silahsursat aşkarlanıb like
  • 07 Mar 12:20  
Digərləri Binəqədidə silahsursat aşkarlanıb

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

arrow Ətraflı