Televiziya kanallarına xəbərdarlıq edildi
Digərləri 11 Sen 2023 14:29:00 393 0
Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Bu xəbəri də oxu: Məşhur avtomobil şirkəti elektromobilini geri çağırır: qəfildən
Şuradan verilən xəbərə görə, iclasda 2 məsələ müzakirə olunub.
İlk olaraq universal platforma operatoru lisenziyasının alınması üçün "Gammanet" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılmış, iddiaçının təqdim etdiyi sənədlər müzakirə olunub. Müzakirələrdən sonra "Gammanet" MMC-yə (xidmətin adı: "Gammanet TV" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul edilib.
Daha sonra "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş təkrar monitorinq nəticəsində 2023-cü ilin iyun ayı ərzində əksər ümumölkə yerüstü televiziya kanallarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra tələblərinin mütəmadi olaraq pozulması halları təsbit edilib.
Belə ki, həmin ay ərzində "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması "ARB", "Xəzər TV", "CBC Sport TV" kanallarında, 33.1-ci maddəsinin tələbinin (Maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların raklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "İTV", "CBC Sport TV" kanallarında, 33.4-cü maddəsinin tələblərinin (İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı zəruri məlumatların - həmin Qanunun 33.4.1-33.4.5-ci bəndlərdəki məlumatların verilməsi ilə bağlı tələblər) pozulması "ATV", "ARB", "Space TV", "Xəzər TV", "Real TV", "İTV", "CBC Sport TV" kanallarında müşahidə olunmuşdur. İclas zamanı həmçinin iyul və avqust ayları üzrə monitorinqlərin də ilkin müzakirəsi aparılıb. Məlum olub ki, həmin aylarda da iyun ayında baş verən pozuntular az intensivliklə təkrarlanıb.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası yayımçılara yeni televiziya mövsümündə belə halların təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Son.az
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Qazaxıstana rəsm
İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları müəyy
İran Xarici İşlər Nazirliyi Parisdəki diplomatik səfirliyinə hücumla əl
Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini i
Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3&qu
Xəzər TV-nin tanınmış simalarından olan aparıcı, ssenarist Valeh Əhməd
Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostu
Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonla
Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3&qu
41 yaşlı aktyor Kris Evans 25 yaşlı portuqaliyalı sevgilisi Alba Baptistay
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ili
SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balak�
Türkiyənin aparıcı onlayn ticarət platforması "Hepsiburada" Azə