Məmurun üstünə tapança çıxarıbmış Karantin geyimi, maska ilə...
Kriminal 11 Sen 2023 13:57:00 428 0
Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bu xəbəri də oxu: Dayısının 14 yaşlı qızı ilə evlənmişdi bu cəzanı aldı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İttihamda deyilir ki, təqsirləndirilənlə zərərçəkmiş şəxs əvvəldən tanış olublar. Onların arasında uzun müddət borc üstündə mübahisə olub. Bu mübahisələr bir neçə dəfə məhkəməyə qədər gedib çıxsa da, hər dəfə qərarlar təqsirləndirilən şəxsin əleyhinə olub.
Bütün bunlardan sonra V.Xələfov zərərçəkmişlə aralarındakı məsələni həll etmək üçün plan qurub. Belə ki, V.Xələfov əvvəlcədən tanınmaması üçün tədbirlər görərək əyninə ağ rəngli karantin kamuflyajı kombinezonu geyinib, üzünə tibbi maska taxaraq H.Xəlilovun evinin qarşısına gəlib. O, həmin ərazidə dezinfeksiya işləri aparırmış kimi davranıb, Xəlilovun evdən çıxmasını gözləyib.
H.Xəlilov "Lexsus 570" markalı avtomobillə evdən çıxıb küçə ilə hərəkət edən zaman təqsirləndirilən şəxs maşının qarşısını kəsib. Həmin vaxt zərərçəkmişin həyat yoldaşı da avtomobildə olub.
İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərman səpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan MP- 654K markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4.165.000 manat pul tələb edib.
H. Xəlilov tapançanın silahın odlu silah olmasından qorxduğu üçün sürətlə hadisə yerindən uzaqlaşıb.
Müttəhim elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. V.Xələfov ifadəsində deyib ki, uzun illərdir tikinti şirkəti rəhbəri olub. Zərərçəkmiş şəxslə münasibəti də bu məqsədlə yaranıb.
O, dəfələrlə Xəlilovun tikinti işlərini görüb, eyni zamanda bir neçə layihə həyata keçirib. 2011-2013-cü illərdə zərərçəkmiş şəxsin sifarişi ilə Abşeron rayonu ərazisində, 6 ha sahədə tikinti materialları zavodu inşa edib. Bundan bir müddət sonra isə H.Xəlilov ona ödəniş etməyi dayandırıb, başqa sifarişlər üzrə gördüyü işlərə görə ödəniş etməyib.
Aralarındakı ədavət də bundan sonra başlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, öz təşəbbüsü ilə audit yoxlamaları keçirib, müəyyən olunub ki, Xəlilovun ona 4 milyon 165 min manat borcu var. Lakin zərərçəkmiş borcu ödəməkdən yayınıb, dəfələrlə onu müxtəlif yollarla qorxutmağa çalışıb. O, sonuncu hadisə günü zərərçəkmişə hədə-qorxu gəlmək niyyətinin olmadığını, sadəcə söhbət etmək istədiyini bildirib.
Proses sentyabrın 20-si davam edəcək.
Qeyd edək ki, Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etmə), 221.3 (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Son.az
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonla
Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3&qu
41 yaşlı aktyor Kris Evans 25 yaşlı portuqaliyalı sevgilisi Alba Baptistay
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ili
SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balak�
Türkiyənin aparıcı onlayn ticarət platforması "Hepsiburada" Azə
Dünyada narkomaniya ilə mübarizə çərçivəsində müxtəlif tədbirlər g�
"Bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq ol
İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.
"Doqquzuncu sinifdə oxuyanda bir oğlanı sevirdim. Amma onun bundan xəb�
Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa dü�
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən xəbərə görə, yar
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda hərəkət inte
Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci mü