Mətanət ilk sevgisindən DANIŞDI: “Birbirimizə qovuşmasaq da, övladının toyunda oxudum” – VİDEO
Şou-biznes 11 Sen 2023 13:02:00 365 0
"Doqquzuncu sinifdə oxuyanda bir oğlanı sevirdim. Amma onun bundan xəbəri yox idi. Ötəri sevgi idi. Hər zaman öz-özümə deyirdim ki, qoy, ona baxım, o, heç mənim balaca gözlərimi görməyəcək (gülür). Çünki uşaqlıqda elə bilirdim ki, gözlərim çox balacadır. Bu sevgidən onun xəbəri olmadı. Allahla mənim içimdə oldu. İlk sevgim belə oldu". Son.az bizim.media-ya istinadən bildirir ki, xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Gündən-günə" verilişində deyib. 17 yaşındakı "dəli eşq"indən söz açan sənətçi etirafları ilə diqqət çəkib. İsgəndərli bildirib ki, qarşı tərəfə olan sevgisini göstərdiyi xoş olmayan hərəkəti ilə birdəfəlik özündən uzaqlaşdırıb: "Növbəti sevgim isə oldu 17 yaşımda. Bu sevgidən isə az qalırdı, başıma hava gəlsin. Dəli kimi sevirdim. Hiss edirdim ki, o da məni sevir. Çünki hissiyat məndə çox güclüdür. Yatırdım, yuxularıma girirdi. Heç kimə də içimdə bu sevgini danışmırdım. Dəli kimi gəzirdim. Elə gözəl hissdir ki... O da mənimlə eyni yaşda idi. Bir il keçdi. O, hərbi xidmətə getmək üzrə idi. Günlərin bir günü, o mənə yaxınlaşdı. İstədi ki, dərdini (sevgisini etiraf etmək - red.) mənə desin, mən isə ona "sifət" göstərdim. Yaxınlaşıb sual verdi ki, "Sən məni tanıyırsan?" Cavab verdim ki, "Səni tanımıram, tanımaq da istəmirəm. Rədd ol buradan". Nənəm "dağlı məhəlləsi"ndə böyümüşdü. O bizə öyrətmişdi ki, gördünüz ki, "gedələr" (oğlanlar - red.) sizə yaxınlaşır, daşı əlinizə götürün, çırpın təpələrinə (başlarına - red.). Həmin an nənəmin sözləri yadıma düşdü. Söylədim ki, "Buradan rədd ol" və başladım daş axtarmağa. Yazıq oğlan bir günə düşdü ki, çıxıb getdi. Sonra gəlib evdə nə qədər ağladım. Özümə dedim ki, başına daş düşsün, axı sən nə etdin. Bir il bu oğlanın dərdindən dəli-divanəsən... Sən nə etdin... O əslində mənə yaxınlaşıb demək istəyirdi ki, iki gündən sonra hərbi xidmətə gedirəm, anam gəlsin səninlə danışsın. Sən də otur məni gözlə. Ona görə də insan heç zaman ilk məhəbbətinə qovuşmur. Çox əziyyət çəkdim. Heç zaman yadımdan çıxmır". Mətanət bildirib ki, ilk məhəbbətinə qovuşa bilməsə də, uzun illərdən sonra onun övladının toyunda çıxış edib: "O insan dünyasını dəyişib. Məndən sonra üç dəfə ailə qurdu. Allah ona rəhmət eləsin. Biz onunla bir müddət bir yerdə işlədik. Deməyəcəm harada... Hər gün onu görürdüm. Biz bir-birimizdən xəbərsiz bir-birimizi sevmişik. O ilk məhəbbətinə qovuşmadığına görə, onun da həyatı "gətirmədi". Amma o sağikən övladının toyuna məni dəvət etdi, gedib məclisdə çıxış etdim. Onu o toyda doğma insan kimi görürdüm".
Bu xəbəri də oxu: "O aparıcını Allaha tapşırmışdım, indi yaman gündədir" VİDEO
Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa dü�
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən xəbərə görə, yar
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda hərəkət inte
Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci mü
Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli k
Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media ş
"MTV" kanalının tanınmış aparıcısı Gülnar Səhliyarlı əməl
Sabiq nazir müavini, hazırda Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya v
Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni
"Priqojinə təyyarəsinin məhv ediləcəyi barədə xəbərdarlıq edilib
Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizi
Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil m�