"Seçkilər"i tanımayan Avropanın Qarabağ erməniləri arasında


Siyasət 09 Sen 2023 22:35:00 411 0

"Seçkilər"i tanımayan Avropanın Qarabağ erməniləri arasında

Avropa İttifaqı rəsmiləri sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma "seçkilər"i tanınmaması ilə bağlı bəyanatla çıxış edib.

Son.az report-a istinadən xəbər verir ki, bəyanatda Avropa İttifaqı "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını qeyd edib.

"Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir", - bəyanatda deyilir.

Bəyanat onu göstərir ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti ənənəvi olaraq ikili standartlardan kənara çıxmır. 30 ildir Azərbaycana münasibət məhz ikili standartlardan qaynaqlanır. Ermənistanla Azərbaycan liderləri arasında Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlər, sülh danışıqlarının aparılması, nəhayət, iki ölkənin sülh sazişinə yaxınlaşdığına ümid yaratmışdı. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti Avropa İttifaqı platformasında danışıqların faktiki olaraq dayanması üçün qeyri-konstruktiv mövqe tutmağa başladı. Ermənistan sülh istəmədiyini açıq şəkildə nümayiş etdirdi və Qarabağdakı separatçı rejimi qızışdırmaqla məşğuldur. Avropa İttifaqı isə Ermənistana sülh danışıqlarına çağırış ünvanlamaqdansa, Qarabağda "separatçı lider" axtarışındadır. Çünki Avropa İttifaqı regionda silahlı toqquşmanın olmamasını, sülhün yaranmasını səmimi istəyirsə, Ermənistanla ciddi iş aparmalı, İrəvana təsir göstərməlidir.

Avropa İttifaqının ikili yanaşmasına daha bir misal isə bir neçə ay əvvəl Aİ Şurasının Prezidenti Şarl Mişelin Xankəndiyə Ağdam vasitəsilə yardımların daşınmasını dəstəkləməsinə baxmayaraq, sonradan qurumun digər səlahiyyətlisi Josep Borrelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, Laçın yolunu "blokada" adlandırmasıdır.

Azərbaycan heç bir halda Xankəndini blokadada saxlamır. Dünyanın əksər ölkəsi kimi öz ərazisində sərhədlərə nəzarəti həyata keçirir. Nəzərə alsaq ki, məhz Laçın yolu vasitəsilə Qarabağa silah-sursat daşınır, separatizm ayaqda saxlanılır, Azərbaycanın istənilən addımı qəbulediləndir. BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana hüquq verir ki, təhlükəsizliyinə qarşı təhdid yarandığı halda müvafiq addımlar atsın.

Ayrıca olaraq, rəsmi Bakı Ağdam-Xankəndi yolu ilə ermənilərə yüklərin çatdırılmasını təklif edib. Hətta alternativ marşrutları da gündəmə gətirib. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borelin "Ağdam-Xankəndi marşrutu Laçın yolunu əvəz etmir" kimi düşüncəsi göstərir ki, onların məqsədi Azərbaycan ərazisində separatçılığı saxlamaqdan ibarətdir. Ümumiyyətlə, Avropanın Ermənistan siyasi rəhbərliyi ilə birgə yanaşması ondan ibarətdir ki, Azərbaycan ərazisindəki ermənilər üzərindən manipulyasiya etsinlər.

Bu ikili standartlar Azərbaycana qarşı qərəzli mövqedən xəbər verir. Məlumdur ki, Aİ xristian ölkələrindən ibarət olan birlikdir. Həmin birlikdə ancaq xristian ölkələrinin hüquqları qorunur. Avropadan dəfələrlə eşitmişik ki, Qarabağdakı ermənilərin vəziyyəti beynəlxalq mexanizmlərin köməyi ilə müəyyənləşdirilməlidir. Azərbaycan isə bununla bağlı öz mövqeyini birmənalı ortaya qoyub. Bu məsələ daxili işimizdir və heç kimlə müzakirə etmək fikrində deyilik.

54 yaşlı kişi bıçaqlandı like
  • 09 Sen 22:26  
Digərləri 54 yaşlı kişi bıçaqlandı

İsmayıllıda 54 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxa

arrow Ətraflı
Gecə yemək yeyən kişilərin nəzərinə  Prostat... like
  • 09 Sen 22:17  
Digərləri Gecə yemək yeyən kişilərin nəzərinə Prostat...

Bu xəbəri oxuyan kişilər gecə yemək yemək istəməyəcəklər

arrow Ətraflı
"İşimiz çox idi deyə ayrıldıq"  FOTO like
  • 09 Sen 22:08  
Şou-biznes "İşimiz çox idi deyə ayrıldıq" FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İrem Derici ilə sevgilisi Atak

arrow Ətraflı
Diqqət: Sentyabrın 9da saat 23:59da... like
  • 09 Sen 21:56  
Digərləri Diqqət: Sentyabrın 9da saat 23:59da...

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) o

arrow Ətraflı
Rəsmi Bakı daha bir istəyinə nail oldu: AğdamXankəndi like
  • 09 Sen 21:54  
Siyasət Rəsmi Bakı daha bir istəyinə nail oldu: AğdamXankəndi

Rusiyadan göndərilən bir Tır yük Ağdam-Əsgəran yolu ilə ünvanına çat

arrow Ətraflı
22 “səs”lə “prezident seçilən” Şahramanyan – like
  • 09 Sen 21:44  
Digərləri 22 “səs”lə “prezident seçilən” Şahramanyan –

Məşhur riyazi qaydanı bir azca dəyişdirsək, belə yazmaq olar: separatçı

arrow Ətraflı
Evli modelin çılpaq şəkilləri müzakirə yaratdı  FOTO like
  • 09 Sen 21:32  
Digərləri Evli modelin çılpaq şəkilləri müzakirə yaratdı FOTO

Avstraliyalı model Natalie Roser bikini reklamı üçün kamera qarşısına k

arrow Ətraflı
Cümə namazında dava düşdü  Məsciddə biabırçılıq  VİDEO like
  • 09 Sen 21:20  
Dünya Cümə namazında dava düşdü Məsciddə biabırçılıq VİDEO

İstanbulda cümə namazı zamanı dava düşüb.

arrow Ətraflı
İƏGF Avrasiya Regional Mərkəzi erməni provokasiyalarını pisləyən bəyanat yaydı like
  • 09 Sen 21:10  
Digərləri İƏGF Avrasiya Regional Mərkəzi erməni provokasiyalarını pisləyən bəyanat yaydı

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏGF) Avrasiya Regional M

arrow Ətraflı
"Microsoft Paint" tətbiqində yenilik like
  • 09 Sen 21:08  
Digərləri "Microsoft Paint" tətbiqində yenilik

"Paint" tətbiqinə fotolardakı arxa fonun silinməsi funksiyası əl

arrow Ətraflı
Paşinyan İlham Əliyevlə danışmağa “hazır olduğunu” deyib?  Bakıdan cavab like
  • 09 Sen 21:06  
Digərləri Paşinyan İlham Əliyevlə danışmağa “hazır olduğunu” deyib? Bakıdan cavab

Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - P

arrow Ətraflı
Türkiyəli aktyor oğurluq etdiyinə görə tutuldu  FOTO like
  • 09 Sen 20:56  
Şou-biznes Türkiyəli aktyor oğurluq etdiyinə görə tutuldu FOTO

Türkiyəli aktyor oğurluq səbəbindən tutulub.

arrow Ətraflı
“Röyters”dən Rusiya ilə bağlı iddia like
  • 09 Sen 20:44  
Dünya “Röyters”dən Rusiya ilə bağlı iddia

Rusiya növbəti bir neçə ildə artilleriya istehsalını dəfələrlə artır

arrow Ətraflı
Sentyabrda bu bürclər eşqdə uduzacaq, "qumarda" qazanacaq like
  • 09 Sen 20:32  
Digərləri Sentyabrda bu bürclər eşqdə uduzacaq, "qumarda" qazanacaq

Sentyabr dəyişikliklər, yeni çağırışlar, perspektivlər və mühüm qər

arrow Ətraflı
Paşinyan Azərbaycanla vuruşacaq ölkə axtarır like
  • 09 Sen 20:30  
Digərləri Paşinyan Azərbaycanla vuruşacaq ölkə axtarır

Cənubi Qafqazda yeni savaş başlasa, Rusiya araya girməyə o qədər də həv

arrow Ətraflı