Paşinyan Azərbaycanla vuruşacaq ölkə axtarır


Digərləri 09 Sen 2023 20:30:00 337 0

Paşinyan Azərbaycanla vuruşacaq ölkə axtarır

Cənubi Qafqazda yeni savaş başlasa, Rusiya araya girməyə o qədər də həvəsli olmayacaq, Kreml buna cəhd göstərsə belə, böyük ehtimalla rəsmi Bakı onu dinləməyəcək... ABŞ, Avropa Birliyi, Fransa və s. isə rəsmi İrəvana dəstək verə bilməyəcək, hətta onlar hay-küy salmağa imkan tapana qədər Ermənistanın hərbi-siyasi intihar prosesi sona çatmış olacaq...

Ermənistanda revanşizm meylləri güclənməkdə davam edir. Üstəlik, rəsmi İrəvanın aqressiv hərbi ritorikası Ermənistanın savaş potensialı ilə tərs mütənasibdir. Çünki rəsmi İrəvanın yeni müharibəyə səbəb olacaq avantürist addımları Ermənistanın hərbi potensialını artırmaq cəhdlərini xeyli qabaqlayır. Və nəticədə Paşinyan hakimiyyəti növbəti dəfə Ermənistanı gücü çatmayacaq savaşa doğru sürükləmiş olur.

İkinci Qarabağ savaşı ərəfəsində də rəsmi İrəvan təxminən eyni avantürist davranışların girovuna çevrilmişdi. Belə ki, Ermənistanın beynəlxalq himayədarları rəsmi İrəvana müharibə sifariş etmişdilər. Rəsmi İrəvan da həmin sifarişin icrası üçün əlindən gələn hər şeyi etdi və nəticədə biabırçı məğlubiyyətə uğradı. Ermənipərəst beynəlxalq dairələr isə Ermənistanı müdafiə edə bilmədi.

Belə anlaşılır ki, Cənubi Qafqazda hadisələrin təkrarlanma ehtimalı mövcuddur. Çünki Paşinyan hakimiyyəti yenə də Fransa başda olmaqla, Cənubi Qafqaza can atan beynəlxalq güclərin savaş sifarişini yerinə yetirməyə çalışır. Üstəlik, rəsmi İrəvan Ermənistanın savaş potensialının 44 günlük müharibədən əvvəl olduğundan da zəifliyini nəzərə almağa həvəs göstərmir. Və bu dəfə də savaş meydanında təkbaşına qalacağını unudur.

rus-franshiz-ermeni.JPG (61 KB)

Hələlik isə rəsmi İrəvan Ermənistana təhlükəsizlik vədləri verən ölkələrin rəhbərliyi ilə məsləhətləşmələr aparır. Baş nazir Nikol Paşinyan artıq İran prezidenti ilə telefon əlaqəsi yaradıb. Yəqin ki, rəsmi İrəvan Azərbaycana qarşı hərbi təxribat törətdikdən sonra Ermənistanın hərbi müdaxiləyə məruz qalmayacağına təminat almağa çalışır. Hər halda, Ermənistanın böyük dəstək ümidləri bəslədiyi ölkələr arasında İranın da yer aldığı heç kəsə sirr deyil.

Baş nazir Nikol Paşinyanın telefon dəstəyi almağa çalışdığı digər ölkə kimi isə Fransa ön plana çıxmağa başlayıb. Belə ki, erməni baş nazir Fransa prezidenti Emmanuel Makron ilə uzun müddət telefonla danışıb. "İki bacı ölkə"nin rəhbərləri Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə artan gərginliyi müzakirə ediblər. Erməni mənbələri prezident Emmanuel Makronun bütün hərbi-siyasi ziddiyyətləri yalnız diplomatiya yolu ilə həll etməyi məsləhət gördüyünü bildirir. Və bu "məsləhət" Fransanın yenə də Ermənistanı biabırçı hərbi məğlubiyyətindən xilas edə biləcəyinə əmin olmadığını sezdirir.

Erməni baş nazir Fransa prezidentindən sonra Almaniya kanseri Olaf Şolts və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə də telefon üzərindən danışıqlar aparıb. Yəni, baş nazir Nikol Paşinyan 44 günlük savaş dövründə olduğu kimi, yenə də əsas vaxtını məhz telefon aparatının başında keçirir. Yəqin ki, erməni baş nazir Ermənistanın əvəzinə Azərbaycanla müharibə aparacaq ölkəni tapa biləcəyinə hələ də ümidini itirməyib.

Ona görə də, Ermənistan Azərbaycanla şərti sərhəd bölgəsinə canlı qüvvə cəmləşdirir, açıq şəkildə növbəti təxribatı törətmək üçün yeni səngərlər qazır, hərbi texnika toplayır. Eyni zamanda, rəsmi İrəvan sülh prosesində indiyə qədər əldə olunmuş bütün anlaşmalardan da geri çəkildiyini sezdirir. Və bu davranışların Ermənistan üçün hansı nəticələri verə biləcəyini isə təxmin etmək o qədər də çətin deyil.

Məsələ ondadır ki, vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sərt şəkildə xəbərdarlıq etmişdi. Rəsmi İrəvan isə bu xəbərdarlıq mesajını vaxtında anlamaqda çətinlik çəkmişdi. Belə ki, Azərbaycan lideri 44 günlük II Qarabağ savaşı dövründə Ermənistan baş naziri Nikol Paşinyana bütün avantürist davranışların bir cəzasının mütləq olduğunu xatırlatmışdı: "Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir".

44 günlük savaş dövründə Ermənistan biabırçı məğlubiyyətə uğradı. Baş nazir Nikol Paşinyan bu məğlubiyyəti deyəsən, artıq unutmağa başlayıb. Ona görə də, erməni baş nazir Ermənistanı sürətlə və israrla yenidən həmin günün növbəti dəfə təkrarına çəkir. Halbuki, bu dəfə həmin gün Ermənistan üçün daha ağır nəticələr də verə bilər. Çünki bu dəfə Rusiya araya girməyə o qədər də həvəsli olmayacaq, Kreml buna cəhd göstərsə belə, böyük ehtimalla rəsmi Bakı dinləməyəcək. ABŞ, Avropa Birliyi, Fransa və s. isə dəstək verə bilməyəcək, hətta onlar hay-küy salmağa imkan tapana qədər hər şey bitmiş olacaq.

Belə anlaşılır ki, rəsmi İrəvan yaxın keçmişdən lazımi dərslər çıxartmayıb. Yenə də utopik erməni xəyalları ilə Cənubi Qafqazı yeni hərbi fəlakətə sürükləməyə çalışır. Halbuki, yeni müharibənin Ermənistanın siyasi xəritəsini dəyişə biləcəyi qətiyyən istisna deyil. Və bunu indi rəsmi İrəvandan, başqa hər kəs, hətta Ermənistanı müxtəlif vədlərlə yeni savaşa təşviq edən beynəlxalq siyasi iradə mərkəzləri də tam dəqiqliyi ilə bilirlər.

Onu da qeyd etmək lazımdır ki, əgər, Paşinyan hakimiyyəti nə qədər təhlükəli bir hərbi avantüraya başladığını dəqiqləşdirməyə həvəsli olsaydı, beynəlxalq mütəxəssislərin rəylərinə nəzər salsa, kifayət edərdi. Belə ki, beynəlxalq hərbi mütəxəssislər Azərbaycan və Ermənistan arasında hərbi balansın ciddi şəkildə pozulduğunu vurğulayırlar. Onların fikrincə, bu balans uzun müddət üçün pozulub və Azərbaycan ordusu Ermənistan üzərində əzici üstünlüyünü yaxın gələcəkdə də qoruyub, saxlayacaq.

Təbii ki, belə situasiyada rəsmi İrəvanın Azərbaycana qarşı müharibə ritorikasına xüsusi həvəs göstərməsi hərbi-siyasi cahillikdən başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyətinin Azərbaycana qarşı növbəti savaş cəhdi Ermənistan üçün real intihar prosesinin başlanğıcı anlamına gələ bilər. Və etibarlı təhlükəsizlik sisteminə sahib olmayan, mövcud hərbi müttəfiqinə xəyanət edən bir ölkənin siyasi elitasının müharibə hazırlığı bundan başqa nəticə verə bilməz.

Yeni Müsavat

Günel geyimi ilə diqqət çəkdi  FOTO like
  • 09 Sen 20:20  
Şou-biznes Günel geyimi ilə diqqət çəkdi FOTO

Keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə paylaşımı ilə diqqə

arrow Ətraflı
Sumqayıtda radiasiya aşkarlanıb like
  • 09 Sen 20:06  
Digərləri Sumqayıtda radiasiya aşkarlanıb

Sumqayıtda radiasiya aşkarlanıb.

arrow Ətraflı
Leysan və sel Qəbələnin kəndlərində bir sıra fəsadlar törətdi like
  • 09 Sen 19:54  
Digərləri Leysan və sel Qəbələnin kəndlərində bir sıra fəsadlar törətdi

Güclü leysan yağışları Qəbələnin kəndlərində fəsadlar törədib.

arrow Ətraflı
Metroda siqaret çəkən şəxs saxlanıldı  FOTO like
  • 09 Sen 19:42  
Digərləri Metroda siqaret çəkən şəxs saxlanıldı FOTO

Metroda siqaret çəkən şəxs saxlanıldı.

arrow Ətraflı
"Nasosnu etiraf"da başlayan eşq qanlı bitdi  Sumqayıtda əlbəyaxa dava like
  • 09 Sen 19:10  
Digərləri "Nasosnu etiraf"da başlayan eşq qanlı bitdi Sumqayıtda əlbəyaxa dava

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər

arrow Ətraflı
İranın Fransadakı səfirliyinə hücum olub like
  • 09 Sen 19:09  
Dünya İranın Fransadakı səfirliyinə hücum olub

İranın Fransadakı səfirliyinə hücum olub.

arrow Ətraflı
Bu sürücülər cərimələnəcək like
  • 09 Sen 19:00  
Digərləri Bu sürücülər cərimələnəcək

Sentyabrın 15-də orta məktəb və universitetlərin yaxınlığında avtomobi

arrow Ətraflı
Baltik dənizində genişmiqyaslı hərbi dəniz təlimləri başlayır like
  • 09 Sen 18:54  
Dünya Baltik dənizində genişmiqyaslı hərbi dəniz təlimləri başlayır

Bu gün Latviya və Estoniya sahillərində NATO-nun "Northern Coasts 2023&

arrow Ətraflı
"Öləndə, divardakı saat dayandı" like
  • 09 Sen 18:46  
Kriminal "Öləndə, divardakı saat dayandı"

"Babam rəhmətə getdikdən sonra 40-na qədər Nəsibə xanım insult ke�

arrow Ətraflı
Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu like
  • 09 Sen 18:44  
Digərləri Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Ba

arrow Ətraflı
İsrail təyyarəsi Gəncəyə nə gətirib?  Tərsinə "∀” yeni müharibənin simvolu kimi... like
  • 09 Sen 18:43  
Siyasət İsrail təyyarəsi Gəncəyə nə gətirib? Tərsinə "∀” yeni müharibənin simvolu kimi...

Azərbaycanın İsraildən silah alması Ermənistanda yenidən əsas müzakirə

arrow Ətraflı
Düşmən Füzuli istiqamətində təxribat törətdi like
  • 09 Sen 18:35  
Digərləri Düşmən Füzuli istiqamətində təxribat törətdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribat�

arrow Ətraflı
Anasını müdafiə etdi, atasını öldürdü like
  • 09 Sen 18:34  
Digərləri Anasını müdafiə etdi, atasını öldürdü

Biləsuvar rayonunun Bəydili kəndində ailədaxili münaqişə qanla bitib.

arrow Ətraflı
Fədayə Laçın: “Kiməsə bir qəpik borcum yoxdur” – like
  • 09 Sen 18:32  
Şou-biznes Fədayə Laçın: “Kiməsə bir qəpik borcum yoxdur” –

Ötən gün pul ilə bağlı paylaşımı səbəbindən gündəmə gələn müğ

arrow Ətraflı
Günəşə doğru: kosmosda selfi çəkildi like
  • 09 Sen 18:21  
Dünya Günəşə doğru: kosmosda selfi çəkildi

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) "Aditya-L1" aparatı

arrow Ətraflı