Rəsmi Bakı daha bir istəyinə nail oldu: AğdamXankəndi
Siyasət 09 Sen 2023 21:54:00 389 0
Rusiyadan göndərilən bir Tır yük Ağdam-Əsgəran yolu ilə ünvanına çatdırılacaq. Qanunsuz rejim Ağdam yolunun alternativsiz olduğunu anlamış oldu.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Laçın yolu isə hələ açılmır. Laçın yolu yalnız Qızıl Xaç komitəsi üçün açılacaq. Onlar da yalnız Azərbaycanın gömrük və sərhəd-keçid qaydalarına uyğun fəaliyyət göstərə bilərlər.
Separatçılar Rusiya Qırmızı Xaç Cəmiyyətinin yolladığı humanitar yardımı Ağdam-Xankəndi yolu ilə qəbul etməyə hazır olduqlarını dedilər.
Və bu, qarabağlı erməni separatçıları ilə Ermənistanınn, erməni diasporunun və erməniləri dəstəkləyənlərin ilk strateji məğlubiyyətidir.
Niyə belə oldu?
Əsas səbəb Azərbaycanın qətiyyətidir.
Ermənistan anladı ki, şərti dövlət sərhədindəki hərbçilərimiz əmr alan kimi, istənilən an irəliləyə bilərlər.
Qarabağlı separatçılar dərk etdilər ki, Xankəndindəki xuntanın sonu çatır, aqoniyadır - Bakı separtizmə dözmək niyyətində deyil.
Xankəndindəki xuntanın son qərarının Bakı üçün mənfəətli məqamları:
1. Qarabağlı ermənilərin "blokada" isterikasının yalan olduğu sübut edildi
2. Laçın yolu ilə yanaşı, Xankəndinə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun ən real alternativ olduğu göstərildi
3. "Qarabağlı ermənilərin bütün yolları bağlanıb" iddialarının puçluğu nümayitş olundu
4. Laçın yolu ilə Ermənistandan Xankəndinə yüklərin yalnız Ağdam-Xankəndi yolu işə düşəndən sonra açılacağını deyən Bakının qətiyyəti nəticə verdi.
Separatçı xuntanın Rusiyanın yolladığı 1 yük maşınını qəbul etməsi artıq situasiyanı dəyişir.
Rusiyanın avtomobili yolu keçəndən sonra Azərbaycanın yük maşınları da marşrutla hərəkət edəcəklər.
Beləcə, Rusiya qarabağlı ermənilərə təsir imkanlarının böyük olduğunu Paşinyana və onu dəstəkləyənlərə sübut etdi.
Ən nəhayət, qarabağlı erməni separatçıların rəhbərləri ilə Rusiya arasında çoxdan əldə edilmiş razılaşma, daha doğrusu, Moskvanın əmrlər məcmusu faş oldu.
Məlum oldu ki, qarabağlı separatçılar Nikol Paşinyanın marioneti Araik Arutyunyanın dönəmində yolu qapatsalar da, indi Rusiyanın Xankəndində tam təsir rıçaqlarına yiyələndiyi dönəmdə açırlar.
Rusiya Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına doğru bir addım da atdı.
Elçin Alıoğlu Son.az
Məşhur riyazi qaydanı bir azca dəyişdirsək, belə yazmaq olar: separatçı
Avstraliyalı model Natalie Roser bikini reklamı üçün kamera qarşısına k
İstanbulda cümə namazı zamanı dava düşüb.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏGF) Avrasiya Regional M
"Paint" tətbiqinə fotolardakı arxa fonun silinməsi funksiyası əl
Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - P
Türkiyəli aktyor oğurluq səbəbindən tutulub.
Rusiya növbəti bir neçə ildə artilleriya istehsalını dəfələrlə artır
Sentyabr dəyişikliklər, yeni çağırışlar, perspektivlər və mühüm qər
Cənubi Qafqazda yeni savaş başlasa, Rusiya araya girməyə o qədər də həv
Keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə paylaşımı ilə diqqə
Güclü leysan yağışları Qəbələnin kəndlərində fəsadlar törədib.
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər