TDT Baş katibi də qondarma rejimin keçirdiyi "prezident seçkisini" pislədi
Digərləri 09 Sen 2023 16:14:00 338 0
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan Respublikası ərazisində qanunsuz rejimin təşkil etdiyi qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb.
Bu xəbəri də oxu: Bu təhsil müəssisələri ilə bağlı qaydalar təsdiqləndi
Təşkilatdan Son.az-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının Baş katibi Ermənistanın Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaratdığı qanunsuz rejim tərəfindən 9 sentyabr 2023-cü ildə təşkil edilmiş qondarma "prezident seçkiləri" ilə bağlı dərin narahatlığını ifadə edib:
"Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin öz konstitusiya quruluşuna yenidən inteqrasiyası istiqamətində səylərini yüksək qiymətləndiririk".
"Baş katib Qarabağ bölgəsinin Azərbaycanın və Türk Dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır və konstruktiv dialoqa çağırır" - bəyanatda bildirilib.
Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.
Son.az
Türkiyədə qısqanclıq zəmnində qanla bitən hadisə yaşanıb.
"Gmail", istifadəçilərin ən çox ehtiyac duyduğu funksiyasını t
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qey
Məşhəd şəhərində çəkilən videoya görə, hicabdan imtina edən bir qad
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Ermənilər Xankəndiyə sonradan gəlib. Şəhərin yerli əhalisi azərbaycanl
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan
Xarici dövlətlərin rəhbərləri builki Şərq İqtisadi Forumunda (EEF-2023)
ABŞ-nin Artemis Ay proqramı çərçivəsində uçuşlar üçün hazırlanmış
Rusiya tərəfinin taxıl sazişi üzrə şərtləri yaxşı məlumdur.
Ermənistanın NATO-ya qoşulma şansı Türkiyə və bir sıra digər ölkələ
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstana polad məhsulları