Türkiyə XİN Qarabağda qondarma rejimin keçirdiyi "prezident seçkisini" pislədi
Digərləri 09 Sen 2023 15:43:00 351 0
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi" ilə bağlı məlumat yayıb.
Bu xəbəri də oxu: Çingiz Şəfiyev vəfat etdi
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür:
"Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkiləri sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik.
Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq.
Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və ən qısa zamanda daimi sülh sazişinin imzalanmasının regionun sülh və sabitliyinə böyük töhfə verəcəyinə inanır".
Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.
Məşhəd şəhərində çəkilən videoya görə, hicabdan imtina edən bir qad
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Ermənilər Xankəndiyə sonradan gəlib. Şəhərin yerli əhalisi azərbaycanl
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan
Xarici dövlətlərin rəhbərləri builki Şərq İqtisadi Forumunda (EEF-2023)
ABŞ-nin Artemis Ay proqramı çərçivəsində uçuşlar üçün hazırlanmış
Rusiya tərəfinin taxıl sazişi üzrə şərtləri yaxşı məlumdur.
Ermənistanın NATO-ya qoşulma şansı Türkiyə və bir sıra digər ölkələ
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstana polad məhsulları
Trabzon hava limanında yeni uçuş zolağı inşa edəcəyik.
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovni