Amerikalı siyasətçi: “Aclıqdan öldüyünü” deyən ermənilər ərzaq maşınlarını Azərbaycanın öz ərazisinə buraxmır


Siyasət 09 Sen 2023 12:11:00 219 0

Amerikalı siyasətçi: “Aclıqdan öldüyünü” deyən ermənilər ərzaq maşınlarını Azərbaycanın öz ərazisinə buraxmır

ABŞ-ın Hərbi Dəniz Qüvvələri veteranı, siyasi məsləhətçi, müxtəlif kitabların, habelə qəzet və jurnallarda dərc olunmuş müxtəlif məqalələrin müəllifi Raul Kontereras Nikolas Kristofun "NewYork Times" nəşrindəki məqaləsinə cavab yazıb.

Son.az APA-ya istinadən bildirir ki, "Kontrerasın Hesabatı: 2023-cü ildə soyqırım?" adlı məqalə "Imperial Valles Press"-də dərc olunub.

Müəllif məqaləsində yazır: "The New York Times" qəzeti (2 sentyabr) "ulduz" köşə yazarlarından olan Nikolas Kristofun "...başqa bir ölkə (Rusiyanın Ukraynaya qarşı müharibəsi) diqqətin yayınmasından istifadə edərək, insanlığa qarşı cinayətlər törədirsə? O zaman Azərbaycanla tanış olun" sualını ünvanlayan məqaləsini dərc edib.

Kristofun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda olub-olmadığını bilmirəm. O, "Yəqin ki, Azərbaycanın Dağlıq Qarabağ adlı etnik erməni anklavına qarşı qəddarlığı barədə eşitməmisiniz, lakin bu, araşdırılmağa layiqdir" yazıb.

Kristof Azərbaycan və onun işğalçı qonşusu Ermənistanla 30 illik müharibəsi haqqında bildiklərimi bilə bilməz. Son səkkiz ildə altı dəfə orada olmuşam. Mən erməni hərbi cinayətləri haqqında kitab və ölkə (Azərbaycan - red.) və onun Ermənistanla problemləri haqqında bir neçə məqalə yazmışam.

Mən, həmçinin, Azərbaycan torpaqlarının erməni işğalçıları ilə Azərbaycan qoşunları arasında 500 metr enində heç kim olmayan ərazidə də olmuşam.

Kristof münaqişənin 1980-ci illərdə Ermənistanda onilliklər boyu yaşayan azərbaycanlı müsəlmanların kütləvi surətdə xristian Ermənistandan qovulması ilə başladığını bizə söyləməməklə öz məlumatsızlığını ortaya qoyur.

O, 1988-1992-ci illər arasında Ermənistanın təxminən 200 000 azərbaycanlının Ermənistanda öldürdüyü və ya bu ölkədən qovulduğu barədə bizə məlumat vermir. Üstəlik, 1992-ci ildə Ermənistan (Rusiya qoşunları ilə) Azərbaycan ərazilərinə soxularaq Azərbaycanın 20%-ni, həmçinin, bütün Dağlıq Qarabağ bölgəsini işğal edəndə ermənilər 700-800 min azərbaycanlını ya öldürüb, ya da öz yurd-yuvasından didərgin salıblar. Heç kəs mərhəmət göstərməyiblər; kişilər, qadınlar və uşaqlar paytaxt Bakıya qaçıblar. Və paytaxtda əhali 2,3 milyon nəfərə qədər artıb, demək olar ki, Ermənistanın bütün əhalisi - 2,7 milyona yaxındır.

Görünür, Kristof BMT-nin 1 milyona yaxın azərbaycanlının öz evindən didərgin salındığını göstərən rəsmi hesabatlarını görməyib. O, 1993-cü ildə ermənilərin işğal etdiyi Azərbaycanın böyük şəhəri olan Ağdamın böyük dağıntılara məruz qalmasını da görməyib. Onlar mis telefon xətləri, telefon dirəkləri, evlərdən taxta, şüşə pəncərələr, küçə döşəmələri kimi dəyərli hər hansı əşyaları oğurlamaq üçün erməni işçi briqadalarını göndərdilər və 50000 əhalisi olan şəhəri yerlə-yeksan etdilər.

Görünür, Kristof BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin bütün Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən və Ermənistanın məhəl qoymadığı dörd ayrı qətnaməsini də görməyib. O, 25 ildən çox müddətdən sonra köçkün azərbaycanlıların öz evlərinə qayıtması üçün Azərbaycanın sıfırdan tikdiyi bütün şəhərləri görməyib, hansı ki bu ərazilər 2020-ci ildə Azərbaycan qalib gəldiyi müharibə zamanı ermənilərin yandıraraq geri çəkildikləri ərazilər idi.

Müəllif Kristof tanıdığı bir şəxsin, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun "Dağlıq Qarabağda yaşayan 120 min erməniyə qarşı davam edən soyqırım var" məqaləsinə əsaslanır.

Okampo məqaləsində yazır: "Aclıq görünməz soyqırım silahıdır... Dərhal dramatik dəyişiklik olmasa, ermənilər bir neçə həftəyə məhv ediləcək".

Bütün bunlar ona görədir ki, Azərbaycan 2020-ci il Qarabağ müharibəsindən sonra əldə olunan atəşkəs razılaşmasına görə Ermənistanla Qarabağ arasında icazə verdiyi Laçın yolunu bağlayıb. Niyə? Çünki ermənilər Rusiya tərəfindən qorunan yoldan qaçaqmalçılıq keçirmək üçün istifadə edirdilər. Ruslar qeyri-qanuni fəaliyyətləri dayandırmaq üçün heç nə etmədilər. Azərbaycan onları dayandırdı.

Ermənistana yeganə çıxış olan bu yolla bu ölkəyə getmək istəyən, sənədləri düzgün olan ermənilərə tranzit icazə verilir. Bununla belə, Azərbaycan hökuməti Qızıl Aypara Cəmiyyətinə "aclıqdan öldüklərini" iddia edən insanlar üçün ərzaq və tibbi ləvazimatlar olan yük maşınlarının karvanlarına icazə verib.

Ermənilər Qızıl Aypara bayraqları dalğalanan yük maşınlarının karvanlarını sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla bağladılar - ermənilərin məhv etdiyi 50 minlik Ağdam şəhərindən. Onlar "aclıqdan öldüyünü" iddia etdikləri erməniləri ərzaqla təmin etmək üçün yük maşınlarını Azərbaycanın öz ərazisinə buraxmaqdan imtina ediblər.

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, "ermənilərin aclıqdan öldüyünü iddia edən" "mütəxəssis" Luis Moreno Okampoya gəlincə, o, bu əraziyə səfər edə bilməsi üçün azərbaycanlılar tərəfindən verilmiş Azərbaycana giriş vizası almalıdır.

Onun heç vaxt bu ərazilərdə olduğuna dair heç bir sübut yoxdur. Heç bir sübut, heç nə. Mənsə orada hər dəfə Azərbaycan vizası ilə həftələr keçirmişəm".

"Eurovision"in qalibi alkoqoldan asılılığının səbəbini like
  • 09 Sen 12:10  
Şou-biznes "Eurovision"in qalibi alkoqoldan asılılığının səbəbini

"Eurovision-2008"in qalibi olan rusiyalı müğənni, 41 yaşlı Dima

arrow Ətraflı
İran Azərbaycanla sərhəddə qoşun toplayır like
  • 09 Sen 11:59  
Digərləri İran Azərbaycanla sərhəddə qoşun toplayır

İran tərəfi Azərbaycanla sərhəddə - Naxçıvan yaxınlığına qoşun yı

arrow Ətraflı
Priqojin və Utkinin abidəsi dağıdıldı like
  • 09 Sen 11:27  
Digərləri Priqojin və Utkinin abidəsi dağıdıldı

Sevastopol sakini "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgen

arrow Ətraflı
Ölkə ərazisində leysan, çaylardan sel keçdi like
  • 09 Sen 11:18  
Digərləri Ölkə ərazisində leysan, çaylardan sel keçdi

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 10:00-a olan məlumat�

arrow Ətraflı
“Domino daşı kimi qızsan, əldənələ keçirsən” like
  • 09 Sen 11:17  
Şou-biznes “Domino daşı kimi qızsan, əldənələ keçirsən”

Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşan

arrow Ətraflı
Prezident: Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir like
  • 09 Sen 11:08  
Siyasət Prezident: Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona bu

arrow Ətraflı
Ermənistan Azərbaycanla sərhədə hərbi texnika yığır like
  • 09 Sen 11:06  
Digərləri Ermənistan Azərbaycanla sərhədə hərbi texnika yığır

Ermənistan Azərbaycanla sərhədə ağır artilleriya qurğuları yığmağa d

arrow Ətraflı
Makron Paşinyana zəng etdi like
  • 09 Sen 11:05  
Dünya Makron Paşinyana zəng etdi

Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan

arrow Ətraflı
İlham Əliyev tacikistanlı həmkarını təbrik edib like
  • 09 Sen 11:03  
Siyasət İlham Əliyev tacikistanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmo

arrow Ətraflı
Ravvinlər Paşinyana müraciət etdi  Azərbaycan əleyhinə aparılan kampaniyaya etiraz like
  • 09 Sen 11:00  
Dünya Ravvinlər Paşinyana müraciət etdi Azərbaycan əleyhinə aparılan kampaniyaya etiraz

Avqust ayının 27-dən bugünə qədər Amerika və Avropanın 18 aparıcı rav

arrow Ətraflı
Azərbaycan XİN Tacikistanı təbrik etdi like
  • 09 Sen 10:55  
Siyasət Azərbaycan XİN Tacikistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tacikistanı Müstəqillik Günü m

arrow Ətraflı
Dünya şöhrətli ulduzun bardakı rəqsi gündəm oldu like
  • 09 Sen 10:54  
Şou-biznes Dünya şöhrətli ulduzun bardakı rəqsi gündəm oldu

Dünya şöhrətli müğənni Britni Spirs Meksikadakı barlardan birində rəqs

arrow Ətraflı
Pullu yoldan istifadə belə olacaq  Detallar AÇIQLANDI like
  • 09 Sen 10:43  
Digərləri Pullu yoldan istifadə belə olacaq Detallar AÇIQLANDI

Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət hə

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü like
  • 09 Sen 10:39  
Digərləri Azərbaycan neftinin qiyməti 97 dolları ötdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli

arrow Ətraflı