Ceyhun Bayramov Cozep Borellə bölgədəki cari vəziyyəti müzakirə edib


Siyasət 08 Sen 2023 22:08:00 281 0

Ceyhun Bayramov Cozep Borellə bölgədəki cari vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borel ilə telefon danışığı aparıb.

Bu barədə Son.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri, bölgədə cari vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.

Nazir regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib.

Ermənistanın Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadəni davam etdirməsi barədə ətraflı məlumat verilərək, hal-hazırda heç bir əsas olmadan "bölgədə humanitar vəziyyət" barədə yaydığı iddiaların siyasi manipulyasiya olduğu bildirilib. Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda yüklərin daşınması barədə əldə edilmiş razılığa baxmayaraq, bu razılıqların pozulmasının və daşınmalara qarşı törədilən maneçiliyin bunu bir daha sübut etdiyi diqqətə çatdırılıb.

Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyi olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kürdəmir sakini başından vurularaq öldü like
  • 08 Sen 22:00  
Digərləri Kürdəmir sakini başından vurularaq öldü

Bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967

arrow Ətraflı
Sentyabrın ən uzun MAQNİT QASIRĞASI: like
  • 08 Sen 21:52  
Digərləri Sentyabrın ən uzun MAQNİT QASIRĞASI:

Ekspertlər bu ayın ən uzun maqnit qasırğasının hazırda davam etdiyini bi

arrow Ətraflı
Barda belə rəqs etdi  VİDEO like
  • 08 Sen 21:45  
Şou-biznes Barda belə rəqs etdi VİDEO

Dünya şöhrətli müğənni Britni Spirs Meksikadakı barlardan birində rəqs

arrow Ətraflı
Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər” like
  • 08 Sen 21:30  
Siyasət Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər”

"Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan gönd

arrow Ətraflı
Yumurta qabığı cana dərmandır, yoxsa zəhər?  MÜTƏXƏSSİS AÇIQLADI like
  • 08 Sen 21:22  
Digərləri Yumurta qabığı cana dərmandır, yoxsa zəhər? MÜTƏXƏSSİS AÇIQLADI

Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir. Onun insan sağlam

arrow Ətraflı
Məşhur aktrisa VƏFAT ETDİ  FOTO like
  • 08 Sen 21:15  
Digərləri Məşhur aktrisa VƏFAT ETDİ FOTO

Britaniyanın "Şerlok Holmsun sərgüzəştləri" serialındakı İre

arrow Ətraflı
3 milyonluq qızıl işləməli libas  FOTO like
  • 08 Sen 21:08  
Şou-biznes 3 milyonluq qızıl işləməli libas FOTO

Türkiyəli məşhur sima Süreyya Yalçın geyimi ilə diqqət çəkib. 

arrow Ətraflı
Xaçmazda AİLƏ MÜNAQİŞƏSİ: 43 yaşlı qadını öldürən ərinə like
  • 08 Sen 21:00  
Kriminal Xaçmazda AİLƏ MÜNAQİŞƏSİ: 43 yaşlı qadını öldürən ərinə

Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıl�

arrow Ətraflı
Kıvançın yeni görünüşü bəyənilmədi  FOTO like
  • 08 Sen 20:49  
Şou-biznes Kıvançın yeni görünüşü bəyənilmədi FOTO

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ görünüşündəki dəyişiklik ilə diq

arrow Ətraflı
Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur?  CAVAB like
  • 08 Sen 20:40  
Digərləri Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur? CAVAB

Maraqlıdır, görəsən, hansı xəstəliklərin müalicəsində fizioterapiyad

arrow Ətraflı
BDUnun 2 saylı korpusu nə vaxt istifadəyə veriləcək? like
  • 08 Sen 20:15  
Digərləri BDUnun 2 saylı korpusu nə vaxt istifadəyə veriləcək?

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda əsaslı təmir işlər

arrow Ətraflı
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI like
  • 08 Sen 20:06  
Siyasət Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerl�

arrow Ətraflı
Bütün restoranlarda təklif edilən səhər yeməyi: like
  • 08 Sen 20:00  
Digərləri Bütün restoranlarda təklif edilən səhər yeməyi:

Səhər yeməyində bir çox insan "pancake" və ya vafli yeməyi sevi

arrow Ətraflı
Türkiyənin İrana elektrik avadanlıqları ixracının həcmi açıqlandı like
  • 08 Sen 19:52  
Digərləri Türkiyənin İrana elektrik avadanlıqları ixracının həcmi açıqlandı

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İrana elektrik avadanlıqları

arrow Ətraflı
Ermənistan səfiri Rusiya XİNə çağırıldı like
  • 08 Sen 19:43  
Digərləri Ermənistan səfiri Rusiya XİNə çağırıldı

Ermənistanın səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə

arrow Ətraflı