Ravvinlər Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxdı


Siyasət 04 Sen 2023 22:57:00 194 0

Ravvinlər Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxdı

Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevin çağırışına cavab olaraq Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İranın himayəsi altında Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi üzrə beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub.

Ravvinlər Azərbaycanın "şeytan" obrazında verilməsinə və onun düşmənləri tərəfindən "Holokost" mövzusunun yersiz qabardılmasına etiraz ediblər.

Bakılı ravvin Zamir İsayev öz videomüraciətində sənəd-sübutlardan istifadə etməklə qeyd edib ki, Azərbaycanın guya Qarabağdakı erməniləri soyqırımına məruz qoyması uydurmadır. O, bildirib ki, Azərbaycana qarşı bu əsassız ittihamları İranın himayəsi altında fəaliyyət göstərən müttəfiqləri həyata keçirir. O, həmçinin yəhudi liderlərini XX əsrin əvvəllərində qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə çağırıb.

"İndi Ayətullah rejiminin himayəsi altında fəaliyyət göstərən Ermənistan İsrailin əsl dostu olan Azərbaycana böhtan atmaqla məşğuldur. İsrailin əleyhinə illərlə aparılan qarayaxma kampaniyası indi Azərbaycana qarşı həyata keçirilir. Düşmənlər Azərbaycanı guya Qarabağda minlərlə ermənini acından öldürməkdə günahlandırırlar. Halbuki Qarabağ 30 il əvvəl ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Məhz Azərbaycan əhalisini oradan məhv edib qovublar. "Soyqırımı" və ya "aclıq" ittihamları üçün heç bir əsas yoxdur, çünki Azərbaycan Qarabağın erməniəsilli sakinlərini ərzaqla təmin etmək üçün xüsusi olaraq avtomobil yolu çəkib", - ravvin əlavə edib.

Z.İsayev əlavə edib ki, Azərbaycana böhtan atmaq naminə Holokost qurbanlarının xatirəsindən istifadə etmək ən böyük həyasızlıqdır: "Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində deyib ki, Azərbaycan Qarabağda guya daha ​​bir Holokosta hazırlıq aparır. Hətta Vardanyan bəyan edib ki, ermənilərin iztirabları Holokost qurbanlarının iztirablarından daha çoxdur. Ermənistanın paytaxtının mərkəzində nasist Qaregin Njdenin şərəfinə abidə qoyulduğu və ölkənin bir çox küçələrinin onun adını daşıdığı halda onların Holokostdan danışmağa nə haqqı var?".

Videomüraciəti ABŞ və Kanadanın Ravvinlər İttifaqının (UOR) rəhbəri Arye Ralbaq, Avropa Ravvinləri Konfransının vitse-prezidenti, Frankfurt şəhərinin baş ravvini Avixay Apel, Strasburq və Aşağı Reyn baş ravvinləri Avraam Veyl, Qafqaz yəhudilərinin baş ravvini Yaniv Naftəliyev, Polşanın baş ravvini Mixael Yosef Şudrix, Moldovanın baş ravvini Pinxas Zaltsman, Vyananın baş ravvini Yaron Engelmayer, Panamanın baş ravvini David Perets və başqaları dəstəkləyiblər.

Xatırladaq ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib.

Məşhur müğənni VƏFAT ETDİ  FOTO like
  • 04 Sen 22:52  
Şou-biznes Məşhur müğənni VƏFAT ETDİ FOTO

Bü gün ömrünün bitməsinə 1 həftə qaldığı açıqlanan "Smash mo

arrow Ətraflı
İbrahim Tatlıses biznesini oğluna verdi like
  • 04 Sen 22:45  
Şou-biznes İbrahim Tatlıses biznesini oğluna verdi

Türkiyəli məşhur müğənni İbrahim Tatlıseslə birinci arvadı Adalet Sa

arrow Ətraflı
Türkiyədə meşə yanğını başlayıb like
  • 04 Sen 22:38  
Digərləri Türkiyədə meşə yanğını başlayıb

Türkiyənin Ağrı vilayətində meşəlik ərazidə yanğın başlayıb.

arrow Ətraflı
Bu 5 bürcə müjdə!  2023cü ilin sonunadək like
  • 04 Sen 22:30  
Digərləri Bu 5 bürcə müjdə! 2023cü ilin sonunadək

Bəzi insanlar doğru sevgini, həyat yoldaşını və həqiqi tərəf müqabili

arrow Ətraflı
3 saata 26 milyon bilet satıldı like
  • 04 Sen 22:15  
Şou-biznes 3 saata 26 milyon bilet satıldı

Ən son "Midnights" albomu ilə rekorda imza atan müğənni Teylor Sv

arrow Ətraflı
Qarabağdakı sülhməramlılara yeni komandan təyinatı  RƏSMİ like
  • 04 Sen 22:08  
Digərləri Qarabağdakı sülhməramlılara yeni komandan təyinatı RƏSMİ

Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib.

arrow Ətraflı
Məşhur aktyorun toyundan görüntülər like
  • 04 Sen 22:00  
Şou-biznes Məşhur aktyorun toyundan görüntülər

"Ömer" serialında "Haluk" obrazına həyat verən aktyor R

arrow Ətraflı
Ruslar Baxmuta əlavə qüvvələr toplayır  Hərbi ekspert like
  • 04 Sen 21:52  
Dünya Ruslar Baxmuta əlavə qüvvələr toplayır Hərbi ekspert

Ukrayna Müdafiə Qüvvələrinin təzyiqi altında olan ruslar başqa istiqamə

arrow Ətraflı
Ermənilər Laçın yolu ilə bağlı yalanlar uydurur  Nazir like
  • 04 Sen 21:45  
Siyasət Ermənilər Laçın yolu ilə bağlı yalanlar uydurur Nazir

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya

arrow Ətraflı
Vergiödəyicilərinin vəsaiti uçotdan gizlədilərsə maliyyə sanksiyası tətbiq edilirmi? like
  • 04 Sen 21:38  
Digərləri Vergiödəyicilərinin vəsaiti uçotdan gizlədilərsə maliyyə sanksiyası tətbiq edilirmi?

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi qanunverici

arrow Ətraflı
Saçları korlayan 6 pis VƏRDİŞ like
  • 04 Sen 21:30  
Digərləri Saçları korlayan 6 pis VƏRDİŞ

Dermatoveneroloq Yuldız Acıqulova qadınlara saçları korlayan altı vərdiş

arrow Ətraflı
Conni ilə Cennadan haqlarında çıxan eşq iddialarına cavab like
  • 04 Sen 21:19  
Şou-biznes Conni ilə Cennadan haqlarında çıxan eşq iddialarına cavab

Hollivud ulduzu Conni Depplə aktrisa Cenna Orteqanın sevgili olduğu iddia ed

arrow Ətraflı
Qaxda avtoxuliqanlıq edən sürücü saxlanıldı like
  • 04 Sen 21:08  
Digərləri Qaxda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları t�

arrow Ətraflı
Tərcüməçinin səhvi gündəm oldu: "TürkiyəRusiya müharibəsi..."  VİDEO like
  • 04 Sen 21:00  
Dünya Tərcüməçinin səhvi gündəm oldu: "TürkiyəRusiya müharibəsi..." VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putin və Türkiyə

arrow Ətraflı
Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı  YENİLƏNDİ like
  • 04 Sen 20:52  
Digərləri Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı YENİLƏNDİ

Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

arrow Ətraflı