AzərbaycanMacarıstan Strateji Dialoqunun ilk iclası keçirilib FOTO


Siyasət 04 Sen 2023 20:45:00 195 0

AzərbaycanMacarıstan Strateji Dialoqunun ilk iclası keçirilib  FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Son.az-a bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Piter Siyarto arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.

Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub.

Macarıstan ilə iqtisadiyyat, ticarət, əczaçılıq, mədəniyyət, təhsil, idman və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə enerji sahəsindəki tərəfdaşlığın əlaqələrdə əsas rol oynadığı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov tərəfindən post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyi, hərbi-siyasi təxribatlar törətdiyi, öhdəliklərindən boyun qaçırdığı, Laçın sərhəd nəzarət buraxılış məntəqəsi təsis edilənədək Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğu bildirilib. Ermənistanın hələ də işğalçı qüvvələrini tam olaraq ölkəmizin ərazilərindən çıxarmadığı vurğulanıb.

Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.

Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.

Görüş zamanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Daha sonra iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun birinci iclasının protokolunu imzalayıblar.

Mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Putin like
  • 04 Sen 20:30  
Dünya Putin

"Rusiya Ukrayna taxılını bazara çıxaran və bununla da qlobal ərzaq b

arrow Ətraflı
Məşhur müğənninin 3.2 milyonluq yeni avtomobili  FOTO like
  • 04 Sen 20:22  
Şou-biznes Məşhur müğənninin 3.2 milyonluq yeni avtomobili FOTO

Türkiyəli müğənni Sinan Akçıl yeni avtomobil alıb.

arrow Ətraflı
Putin Ərdoğana onun haqqında çəkilən filmi təqdim edib like
  • 04 Sen 20:15  
Dünya Putin Ərdoğana onun haqqında çəkilən filmi təqdim edib

Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib �

arrow Ətraflı
Hər üç iranlıdan biri yoxsuldur like
  • 04 Sen 20:00  
Digərləri Hər üç iranlıdan biri yoxsuldur

Hər üç iranlıdan biri sözün həqiqi mənasında mütləq yoxsulluqdan əzi

arrow Ətraflı
Brilliant Dadaşova arıqlama sirrini açıqladı like
  • 04 Sen 19:49  
Şou-biznes Brilliant Dadaşova arıqlama sirrini açıqladı

Xalq artisti Brilliant Dadaşova pandemiyada artıq çəki aldığını bildirib

arrow Ətraflı
“Biz bu məsələdə razılığa gəldik” like
  • 04 Sen 19:41  
Dünya “Biz bu məsələdə razılığa gəldik”

"Biz bu məsələdə razılığa gəldik".

arrow Ətraflı
İdman zalında qorxulu anlar like
  • 04 Sen 19:38  
Digərləri İdman zalında qorxulu anlar

Rusiyalı yeniyetmə məşq zamanı ölüb.

arrow Ətraflı
Dünyanı gəzən məşhur bloger Bakıya gəldi like
  • 04 Sen 19:27  
Şou-biznes Dünyanı gəzən məşhur bloger Bakıya gəldi

Rusiyanın məşhur blogeri Mariya Qladkix Bakıya gəlib. 

arrow Ətraflı
"Balalarını atıb gedən insanla barışmaq olar?" like
  • 04 Sen 19:20  
Şou-biznes "Balalarını atıb gedən insanla barışmaq olar?"

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana haqqında qalma

arrow Ətraflı
Oteldən 125 min dollar dəyərində balıq itdi, like
  • 04 Sen 19:16  
Dünya Oteldən 125 min dollar dəyərində balıq itdi,

125 min dollardan çox balıq oğurluğu müşahidə kameraları vasitəsilə q

arrow Ətraflı
Hərbi helikopter qəza etdi like
  • 04 Sen 19:07  
Dünya Hərbi helikopter qəza etdi

Pakistanın Qvadar şəhərində təlim uçuşu həyata keçirən hərbi helikop

arrow Ətraflı
56 yaşlı müğənninin 1 həftəlik ömrü qaldı like
  • 04 Sen 19:05  
Şou-biznes 56 yaşlı müğənninin 1 həftəlik ömrü qaldı

56 yaşlı amerikalı musiqiçi, "Smash Mouth" qrupunun keçmiş solis

arrow Ətraflı
NMXda 94 həkimdən 50si ixtisasına uyğun fəaliyyət göstərmir like
  • 04 Sen 19:02  
Digərləri NMXda 94 həkimdən 50si ixtisasına uyğun fəaliyyət göstərmir

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasındakı 94 həkimdən 50-

arrow Ətraflı
“Meta”dan “Facebook” və “Instagram” üçün like
  • 04 Sen 18:54  
Digərləri “Meta”dan “Facebook” və “Instagram” üçün

"Meta" şirkəti "Facebook" və "Instagram" platfo

arrow Ətraflı