XİNdən Şarl Mişelin bəyanatına münasibət


Siyasət 01 Sen 2023 17:16:00 202 0

XİNdən Şarl Mişelin bəyanatına münasibət

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı 1 sentyabr 2023-cü il tarixli bəyanatı tərəfimizdən qeydə alındı.

Son.az xəbər verir ki, bu barədə XİN-in Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı bəyanatına dair şərhində deyilir.

Avropa İttifaqı tərəfindən bildirildiyi kimi, 15 iyul 2023-cü il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq aparılmış danışıqlardan sonra, Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağdam-Xankəndi yolunun açılmasına parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılmışdı. Buna baxmayaraq, Ermənistanın qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməsi ilə əldə olunmuş razılıqdan boyun qaçırması sözügedən razılığın icrasına maneə törətdi.

Həmçinin, xatırlatmaq istərdik ki, cari ilin avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina etdi.

Təəssüflər olsun ki, 15 iyul tarixindən bugünədək Ermənistan və onun qondarma rejimi, sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəliyin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamətdə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir.

Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır.

Azərbaycan, bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.

Qırğız Respublikasının Prezidenti tənqidlərə cavab verdi like
  • 01 Sen 17:15  
Dünya Qırğız Respublikasının Prezidenti tənqidlərə cavab verdi

Qırğızıstan prezidenti Sadır Japarov onu futbol oynadığı üçün tənqid

arrow Ətraflı
Metrodan istifadə edənlərin nəzərinə!  Bu like
  • 01 Sen 17:11  
Digərləri Metrodan istifadə edənlərin nəzərinə! Bu

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur "İmagine Dragons&

arrow Ətraflı
Ərdoğanla Putin Soçidə görüşəcək like
  • 01 Sen 17:09  
Dünya Ərdoğanla Putin Soçidə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin

arrow Ətraflı
Akif Çovdarovun 30 milyon manatlıq əmlakları yenidən müsadirə edildi like
  • 01 Sen 17:02  
Kriminal Akif Çovdarovun 30 milyon manatlıq əmlakları yenidən müsadirə edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizli

arrow Ətraflı
Kəndiri kəssə də, qızını xilas edə bilmədi like
  • 01 Sen 16:26  
Digərləri Kəndiri kəssə də, qızını xilas edə bilmədi

Goranboy rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Məhv edilən erməni hərbçilərin adları açıqlandı like
  • 01 Sen 16:25  
Digərləri Məhv edilən erməni hərbçilərin adları açıqlandı

Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin

arrow Ətraflı
Yollar bağlandı, like
  • 01 Sen 16:15  
Dünya Yollar bağlandı,

Fransada pələng ağcaqanadları ilə bağlı həyəcan siqnalı verilib. Məlu

arrow Ətraflı
Məşhur aktyor serialdakı qızı ilə sevgilidir like
  • 01 Sen 15:53  
Şou-biznes Məşhur aktyor serialdakı qızı ilə sevgilidir

Türkiyənin tanınmış aktyoru Caner Cindoruk rol aldığı serialda qızını

arrow Ətraflı
Masallıda 37 yaşlı kişi arvadını xəyanət üstündə tutdu: "Yerə yıxıb..." – Təfərrüat like
  • 01 Sen 15:20  
Kriminal Masallıda 37 yaşlı kişi arvadını xəyanət üstündə tutdu: "Yerə yıxıb..." – Təfərrüat

Masallı rayonunda 1986-cı il təvəllüdlü Məmməd qısqanclıq zəminində

arrow Ətraflı
Gömrükdə əməliyyat keçirildi  Vəzifəli şəxslər like
  • 01 Sen 15:10  
Digərləri Gömrükdə əməliyyat keçirildi Vəzifəli şəxslər

Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şər

arrow Ətraflı
Bədəni çürüyən modelin əməliyyatdan görüntüsü yayıldı like
  • 01 Sen 15:08  
Şou-biznes Bədəni çürüyən modelin əməliyyatdan görüntüsü yayıldı

Xəbər verdiyimiz kimi, plastik əməliyyatlar nəticəsində ağır fəsadlarl

arrow Ətraflı
"Çarə arayışı" davam edir  Yeni təyinat like
  • 01 Sen 15:02  
Siyasət "Çarə arayışı" davam edir Yeni təyinat

Ötən gün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyan &

arrow Ətraflı
Neftçala sakini güllələndi like
  • 01 Sen 14:56  
Kriminal Neftçala sakini güllələndi

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sak

arrow Ətraflı
Ağdam yolundan istifadə təchizat üçün davamlı həllin bir hissəsi ola bilər like
  • 01 Sen 14:48  
Siyasət Ağdam yolundan istifadə təchizat üçün davamlı həllin bir hissəsi ola bilər

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azər

arrow Ətraflı
Separatçılar Ağdam  Xankəndi yolunu bağladı  VİDEO like
  • 01 Sen 14:44  
Digərləri Separatçılar Ağdam Xankəndi yolunu bağladı VİDEO

Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (

arrow Ətraflı