XİNdən Paşinyana cavab


Siyasət 31 Avq 2023 14:46:00 206 0

XİNdən Paşinyana cavab

31 avqust tarixində hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı "soyqırımı" həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir. Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin "humanitar vəziyyət" ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.

Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür.

Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin.

Ümidvarıq ki, Ermənistan tərəfi post-münaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək. Son.az 

Nura: "Zatən hamı öləcək, rahat olun" like
  • 31 Avq 14:38  
Şou-biznes Nura: "Zatən hamı öləcək, rahat olun"

"Birini sevən insan heç vaxt qüruruna qurban edə bilməz. Qüruruna qur

arrow Ətraflı
Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb  VİDEO like
  • 31 Avq 14:28  
Digərləri Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb VİDEO

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada Azərbaycanın m�

arrow Ətraflı
Priqojinin ölümü: like
  • 31 Avq 14:27  
Dünya Priqojinin ölümü:

Ukraynada yerləşdirilən rus qoşunları ərzaq çatışmazlığı ilə üzlə

arrow Ətraflı
“X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq like
  • 31 Avq 14:16  
Digərləri “X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq

"X" sosial şəbəkəsi məxfilik siyasətini yeniləyib və istifadə

arrow Ətraflı
Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir?  DOSYE like
  • 31 Avq 14:10  
Siyasət Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir? DOSYE

Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyy�

arrow Ətraflı
Salam Beynəlxalq Yeniyetmə Film Festivalı  üçüncü gün like
  • 31 Avq 14:07  
Kriminal Salam Beynəlxalq Yeniyetmə Film Festivalı üçüncü gün

Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının üç�

arrow Ətraflı
Fransa Ermənistanı nə vaxta qədər müdafiə edə biləcək? like
  • 31 Avq 14:05  
Siyasət Fransa Ermənistanı nə vaxta qədər müdafiə edə biləcək?

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makron prezident İlham Əliy

arrow Ətraflı
Daha bir aparıcı "Space Tv" ilə yollarını ayırdı like
  • 31 Avq 13:54  
Şou-biznes Daha bir aparıcı "Space Tv" ilə yollarını ayırdı

Aparıcı və müğənni Fariz İlyasov çalışdığı "Space Tv" il�

arrow Ətraflı
Qondarma rejimin yeni "başçısı" kimdir?  DOSYE like
  • 31 Avq 13:43  
Digərləri Qondarma rejimin yeni "başçısı" kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Qarabadakı qondarma rejimin "rəhbəri" Aray

arrow Ətraflı
Rusiya Türkiyəyə 1 milyon tondan çox taxıl göndərəcək like
  • 31 Avq 13:34  
Digərləri Rusiya Türkiyəyə 1 milyon tondan çox taxıl göndərəcək

Rusiya Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə 1 milyon tondan çox taxı

arrow Ətraflı
Türkiyə sərhədini pozmaq istəyən 30 FETÖ üzvü saxlanıldı like
  • 31 Avq 13:33  
Digərləri Türkiyə sərhədini pozmaq istəyən 30 FETÖ üzvü saxlanıldı

Son bir həftədə Türkiyə sərhədini qanunsuz pozmaq istəyən 30 FETÖ üzv

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 31 Avq 13:32  
Digərləri Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin əsasə

arrow Ətraflı
Tələbələr Bakıda kirayə ev tapmırlar like
  • 31 Avq 13:21  
Digərləri Tələbələr Bakıda kirayə ev tapmırlar

Bir neçə gündən sonra yeni dərs ili başlayır. Bu səbəbdən bölgələrd

arrow Ətraflı
“Sədərək”də yanğın olub like
  • 31 Avq 13:12  
Digərləri “Sədərək”də yanğın olub

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticar

arrow Ətraflı
Hadisə Azərbaycanla bağlı paylaşım etdi like
  • 31 Avq 13:10  
Şou-biznes Hadisə Azərbaycanla bağlı paylaşım etdi

Ötən günlərdə Bakıda konserti baş tutan türkiyəli müğənni Hadisə A

arrow Ətraflı