Bakıda səfirlikdən məhkəməyə: yemək daşımaq da ABŞın "geosiyasi marağı"dır? –


Siyasət 31 Avq 2023 00:43:00 199 0

Bakıda səfirlikdən məhkəməyə: yemək daşımaq da ABŞın "geosiyasi marağı"dır? –

"... Burada əsas məsələ biznes qurmaq yox, həmin biznesi qorumaqdır. Bizim şirkətlərimiz hər şeydən üstün olmalıdır - qanunlardan da, buranın vətəndaşlarından da, qaydalardan da. Çünki o şirkətlər bizimdir"

Əfsanəvi amerikalı kinorejissor Frensis Ford Koppolanın "Xaç atası" ("The Godfather") trilogiyasında Kubada biznesini genişləndirmək istəyən Maykl Karleone Kubanın paytaxtı Havanada belə demişdi.

Təbii ki, kiinematoqrafla gerçək həyat arasında fərqlər var: amma Hollivud bəzi hallarda həmin fərqləri minimuma endirir, ABŞ-ın dünyanın müxtəlif ölkələrində yürütdüyü siyasəti, Vaşinqtonun strategiyasını və qlobal taktiki gedişlərini dəqiqliklə göstərməyə çalışır.

Havana və Vaşinqton Bakıdan çox uzaqdadır, ancaq Birləşmiş Ştatlar deyəsən, bir zamanlar Kubaya sərgilədiyi davranış modelini indi ölkəmizdə təkrarlamağa çalışır.

2014-cü ildə Finlyandiyada yaradılan, sonra dünyanın müxtəlif ölkələrində yerli bölmələri və şirkətləri vasitəsilə transmilli biznes subyektinə çevrilən "Wolt" servisdir.

Yemək, ərzaq, gündəlik tələbat malları, içki və s. daşıyır, müştərilərə çatdırır.

Yəni Qərbdə "qapıdan qapıya" ("Door to Door") sistemi ilə çalışan onlarla beynəlxalq, yüzlərlə və ya minlərlə regional şirkətlərdən biridir.

"Wolt" Azərbaycanda 2019-cu ildə fəaliyyətə başlayıb, qısa zamanda bazardakı yerini və payını böyüdüb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Wolt"un ölkəmizdəki bölməsi olan "Wolt Services Azərbaycan"la bağlı iradları var.

Belə ki, agentliyin əməkdaşları tərəfindən "Volt Services Azərbaycan" MMC-yə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ev 103, giriş 3 ünvanında fəaliyyət göstərən "Wolt Market"də plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.

Ərzaq məzsullarının saxlanma və çatdırılma şərtlərinin pozulması bəlirlənib.

Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar "Wolt Azərbaycan" MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.

Dövlət qurumu ilə şirkət problemin həll yolunu məhkəmədə görüblər.

Azərbaycanda hazırda müxtəlis səviyyəli məhkəmələrdə bəhs etdiyimiz məzmunda və məcrada çoxsaylı məhkəmə prosesləri var ki, onların tam əksəriyyətinin təfərrüatları vətəndaşlarımız üçün əlahiddə maraq kəsb edir.

Adi, hətta rutin məsələdir: bütün ölkələrdə iri, orta və ya kiçik biznes strukturları ilə dövlət qurumları arasında mübahisələr olur, çəkişmə məhkəmələrədək gedib çıxır.

İqtisadi, maliyyə, əmlak və ya kommersiya mübahisələridir - kütləvi informasiya vasitələri belə, çox nadir hallarda həmin proseslərə diqqət yetirirlər.

Belə məhkəmələrdə Bakıdakı səfirliklərinin əməkdaşlarının iştirakı ümumiyyətlə, nonsens və paradoks hesab olunur.

Amma görünür, amerikalı diplomatlar üçün yox.

"Wolt Azərbaycan"la bağlı məhkəmə prosesində ABŞ-ın Azərbaycandakı səfirliyinin iki əməkdaşı iştirak ediblər.

Kiçik məhkəmə zalına yollanaraq orada oturan bu şəxslər iclasın sonunadək prosesi izləyiblər.

İlk baxışdan ritorik suallar yaranır: ABŞ səfirliyinin əməkdaşları nə vaxtdan Azərbaycanda iqtisadi mübahisələrin nizamlandığı məhkəmələrə qatılırlar? Bu marağın səbəbi nədi?

Cavablar mürəkkəb deyil.

"Wolt" artıq Finlyandiya şirkəti deyil: ABŞ-ın ən böyük ərzaq çatdırılması və merçandayzinq şirkətlərindən olan "DoorDash" onu ötən il 8,1 milyard dollara satın alıb.

ABŞ səfirliyinin əməkdaşlarının məhkəməyə yollanıb iclasda iştirak etmələrinin əsas səbəbi "Birləşmiş Ştatların biznes subyektinə Azərbaycanda süni çətinliklər yaradılması" ilə bağıl "monitorinq" aparılmasıdır.

Ancaq bu səbəb də yetərli sayıla bilməz, çünki istənilən halda diplomatik nümayəndəliyi iclasda iştirakı məhkəməyə dolayısıyla təzyiqin bir formasıdır.

ABŞ-ın Azərbaycanın daxili siyasətinə müdaxilə cəhdləri arasında səfirliyin iki əməkdaşının məhkəməyə yollanması ilk hal, yaxud presedent deyil.

Birləşmiş Ştatların rəsmi qurumlarının, xüsusilə də Dövlət Departamentinin "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi" sloqanı ilə fəaliyyəti rəsmi Bakını qayğılandırır.

Söz yox, vətəndaş fəallığı və təşəbbüskarlığı, əhalinin hüquqi maariflənməsi, vətəndaşların mövcud problemlərin aradan qaldırılması ilə bağlı hakimiyyət qarşısınla tələblərini səlis formalaşdırıb çatdıra bilməsi yaxşıdır, gərəkdir və lazımdır. Bu, müasir dünyada sosial inkişafın labud şərtlərindən biridir.

ABŞ Konqresinin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) büdcəsi çərçivəsində maliyyələşdirdiyi "Milli Demokratiyanın Dəstəklənməsi Fondu"nun (NED) yeni qrant layihəsinə nəzər saldıqda, fərqli mənzərə görünür.

Vətəndaş cəmiyyətinin inkişafı, vətəndaşlarla hakimiyyət arasında dialoq və ən əsası, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarət önəmli məsələlərdir.

Amma bu məsələlər Azərbaycanın daxili işləridir: istənilən dövlətin, beynəlxalq qurumun və ya hansısa təşkilatın prosesə müdaxiləsi yersiz, qanunsuzdur.

USAİD  və NED isə tam əksinə, hesab edirlər ki, Azərbaycanın daxili işlərinə nəinki qarışa bilərlər - hətta vətəndaşlarımıza nəyi necə etməklə bağlı göstərişlər də vermək hüquqlarına malikdirlər.

Yaxın Şərqdə, postsovet məkanı ölkələrində olduğu kimi, USAİD və NED öz prqramları, "dəstək qrantları" məsləhətləri və "treninq"ləri ilə cəmiyyətdəki proseslərə müdaxilə etməyə, aşkar siyasi məqsədlərini reallaşdırmağa çalışırlar.

Həmin qurumlar nədənsə hesab edirlər ki, istənilən dövlətdə demokratiyanı çox qısa müddətdə, hətta üç-beş ilə qurmaq, maksimum on il ərzində cəmiyyəti tam Qərb dəyərləri və standarları ilə yaşayan sosiuma çevirmək olar.

Amerikalılar "sınaq"lar aparmağa çalışdıqları ölkələrdəki mental dəyərləri, sosial-mənəvi şərtləri, iqtisadi durumu və s. məqamları nəzərə almaq istəmirlər.

USAİD və NED hesab edirlər ki, Azərbaycan cəmiyyəti mütləq şəkildə amerikalılarnı həyat və düşüncə tərzinə valeh olmalı, vəcdə gəlməli, tennesili və ya montanalı amerikalı kimi düşünməyə başlamalı, Vaşinqtonun göstərişlərini dərhal yerinə yetirməlidir.

Qlobal proseslər, xüsusilə Şimali Afrika, Yaxın Şərq və postsovet məkanındakı proseslər göstərdilər ki, ABŞ belə "demokratiya ixracı"nda, "narıncı inqilab" reseptlərinin tirajlanaraq reallaşdırmaq istəyində daim kobud səhvlər edir, amerikalıların ssenarisi ilə həyata keçirilən "yenilik"dən sonrakı vəziyyət əvvəlki durumdan dəfələrlə pis olur. Bəzənsə "demokratiya eksperimenti" və "kütlələrin etirazı" qanlı vətəndaş müharibəsi, ölkənin parçalanma həddiən çatması, xaos və anarxiya ilə bitir.

Azərbaycan bundan çəkinmir.

USAİD və NED kimi qurumlar bundan sonra da istədikləri qədər qrantlar paylaya bilər, seminarlar, treninqlər, kollokviumlar və s. keçirə bilərlər.

Bakı bütün sahələrdə olduğu kimi, sosiumun inkişaf yollarının müəyyənləşməsi məsələsində də rəqabətə daim hazırdır.

Çünki güclüdür, qətiyyətlidir, ölkədə hakimiyyətlə cəmiyyət arasındakı sinergiyaya və birliyə əmindir.

ABŞ səfirliyinin iki əməkdaşının hansısa məhkəmə prosesinə yollanaraq "Biz buradayıq!" messicini verməyə çalışmaları, Birləşmiş Ştatların çeşidli "müstəqil" fondlarının və təşkilatının ölkədəki ümidsiz marginal müxalifət dəstələrini gizli şəkildə maliyyələşdirməkdən tutmuş, ölkənin daxili işlərinə ən müxtəlif formalarda müdaxilə cəhdləri nəticə verən deyil.

Çünki Azərbaycan "Xaç atası"nda əks olunmuş Kuba deyil.

Elçin Alıoğlu Son.az

Ana südünü əvəz edən qida ixtira edildi like
  • 31 Avq 00:34  
Digərləri Ana südünü əvəz edən qida ixtira edildi

Süni intellekt ana südünü əvəz edən qida ixtira edib.

arrow Ətraflı
Bu keçid balları təəccübləndirdi  SİYAHI like
  • 31 Avq 00:17  
Digərləri Bu keçid balları təəccübləndirdi SİYAHI

Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisəl

arrow Ətraflı
Günün qoroskopu: Səbrli, təmkinli olun like
  • 31 Avq 00:01  
Digərləri Günün qoroskopu: Səbrli, təmkinli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Nazir yüksək bal toplayan şəhid anası ilə görüşdü  FOTO like
  • 30 Avq 23:56  
Digərləri Nazir yüksək bal toplayan şəhid anası ilə görüşdü FOTO

Təhsil naziri Emin Əmrullayev Zaqatalaya səfər zamanı rayonun Aşağı Tala

arrow Ətraflı
Məşhur müğənni ifa etdiyi mahnıya görə SAXLANILDI like
  • 30 Avq 23:51  
Digərləri Məşhur müğənni ifa etdiyi mahnıya görə SAXLANILDI

İranlı müğənni Mehdi Yarrahi hicab tələbinə qarşı ifa etdiyi mahnıya

arrow Ətraflı
Mavi Ay bürcləri altüst edəcək  İlin ən həyəcanlı vaxtı başladı like
  • 30 Avq 23:45  
Digərləri Mavi Ay bürcləri altüst edəcək İlin ən həyəcanlı vaxtı başladı

Astrologiya həvəskarları üçün həyəcanlı bir dövr başlayıb. Nadir sə

arrow Ətraflı
Helikopterlər toqquşdu, pilotlar həlak oldu like
  • 30 Avq 23:39  
Digərləri Helikopterlər toqquşdu, pilotlar həlak oldu

Baxmut istiqamətində iki hərbi helikopter qəzaya uğrayıb.

arrow Ətraflı
Afranın büstqaltersiz FOTOsu gündəm oldu like
  • 30 Avq 23:30  
Digərləri Afranın büstqaltersiz FOTOsu gündəm oldu

"Yalı Çapkını" serialının ulduzu Afra Saraçoğlu sosial media h

arrow Ətraflı
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub  MN like
  • 30 Avq 23:25  
Siyasət Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub MN

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bö

arrow Ətraflı
Son qonorarını bağışladı like
  • 30 Avq 23:22  
Şou-biznes Son qonorarını bağışladı

Türkiyəli aktyor Onur Seyit Yaran "Kardeşlerim" serialının son b�

arrow Ətraflı
Hovuz və kondisionerlər vasitəsi ilə dəhşətli virus yayılır  50 yaşdan yuxarı... like
  • 30 Avq 23:15  
Digərləri Hovuz və kondisionerlər vasitəsi ilə dəhşətli virus yayılır 50 yaşdan yuxarı...

Polşanın cənub-şərqində "legioner" xəstəliyi yayılmaqda davam

arrow Ətraflı
Acundan zəngin olmağın yollarını öyrədənlərə  "Nağıl danışmayın" like
  • 30 Avq 23:08  
Şou-biznes Acundan zəngin olmağın yollarını öyrədənlərə "Nağıl danışmayın"

Türkiyəli iş adamı Acun Ilıcalı "FutbolArena" yutub kanalında y

arrow Ətraflı
Aysundan hamam görüntülərini yayanlara: Ağıllı olun, vurduraram… like
  • 30 Avq 23:00  
Şou-biznes Aysundan hamam görüntülərini yayanlara: Ağıllı olun, vurduraram…

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova mətbuatı həd�

arrow Ətraflı
Polis Elcanın şikayətini nəzarətə götürdü like
  • 30 Avq 22:53  
Digərləri Polis Elcanın şikayətini nəzarətə götürdü

Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Elcan Rəsulov yaşadığı binanın b

arrow Ətraflı
Bu ölkədə hərbçilər generalı dövlət başçısı təyin etdilər like
  • 30 Avq 22:38  
Dünya Bu ölkədə hərbçilər generalı dövlət başçısı təyin etdilər

Qabonda hakimiyyəti ələ keçirən hərbçilər qvardiya komandanı, general B

arrow Ətraflı