Ombudsman I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırladı
Siyasət 30 Avq 2023 11:24:00 390 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Bu barədə Son.az-a Ombudsman Aparatından məlumat verilib.
Bu hesabatın hazırlanmasında əsas məqsəd 4000-ə yaxın itkin düşmüş azərbaycanlının bugünədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsidir.
Məlumdur ki, bugünədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir neçə kütləvi məzarlıq aşkarlanıb və tapılan qalıqların eyniləşdirilməsi aparılaraq onların itkin düşmüş azərbaycanlılara məxsus olması öz təsdiqini tapır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir. Ombudsmanın hesabatında da bu mövzuya toxunulub və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları təqdim etməsi üçün dünya ictimaiyyəti tərəfindən Ermənistana çağırışlar edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Eyni zamanda, Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.Bununla yanaşı, Ombudsmanın bugünədək bu sahədə həyata keçirdiyi fəaliyyətlə bağlı yerli və xarici mətbuatda yayımlanmış informasiyanın ümumiləşdirilməsi aparılıb, aidiyyəti foto və videomateriallardan istifadə edilib.
Hesabatın tam mətni iləburadantanış ola bilərsiniz.
Bakıdan Xankəndiyə göndərilən un məlumatlarının keyfiyyət sertifikatı
"Apple" şirkəti yeni "iPhone"un təqdimat tarixini açıql
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə təqaüdə
Türkiyə Əsrində ölkəmiz daha da güclü olacaq.
Sabah - avqustun 31-də azarkeşlər "Qarabağ" - "Olimpiya"
2023-cü ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 52
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Neftçilər prospekt
Dünyaya bütün sahələrdə tam müstəqil Türkiyə mesajını vermək istəy
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Sumqayıt �
Qabon ordusu hakimiyyət institutlarının ləğv olunduğunu elan edib.
Qərbi Azərbaycan İcması 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü i
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov