“Gənclik” metrostansiyasında
Digərləri 30 Avq 2023 10:51:00 343 0
Sabah "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Bu xəbəri də oxu: Trend BİA regionun lider KİVi beynəlxalq platformanın məlumatları FOTO
Son.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada matçın başlanması ərəfəsində iş rejimi gücləndiriləcək.
Görüşə çoxsaylı azarkeş marağını nəzərə alaraq, gücləndirilmiş iş qrafikində çalışacaq stansiyada sərnişinlərin arenaya rahat yollanması və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunacaq və stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Sərnişinlərin oyun qurtardıqdan sonra da mənzil başına təhlükəsiz, rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq, bununla qatarların hərəkəti intensivləşdiriləcək. Qatarların hərəkəti qrafiki isə gün ərzində yay iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.
Bakı metrosunun "28 May" və "Nərimanov" stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.
Türkiyə Əsrində ölkəmiz daha da güclü olacaq.
Sabah - avqustun 31-də azarkeşlər "Qarabağ" - "Olimpiya"
2023-cü ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 52
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Neftçilər prospekt
Dünyaya bütün sahələrdə tam müstəqil Türkiyə mesajını vermək istəy
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Sumqayıt �
Qabon ordusu hakimiyyət institutlarının ləğv olunduğunu elan edib.
Qərbi Azərbaycan İcması 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü i
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Bu gün Milli Məclisin deputatlarının tətili başa çatır.
Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Tü
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda h