Maşın alarkən bunlara DİQQƏT edin Standart alverçi yalanları...


Digərləri 22 Noy 2024 13:10:00 60 0

Maşın alarkən bunlara DİQQƏT edin  Standart alverçi yalanları...

Yağını, suyunu tök sür...

Yeni avtomobillərin qiyməti o qədər bahadır ki, alıcıların çoxu işlənmiş maşın almağa üstünlük verir. İşlənmiş avtomobillərin isə yaxşısını tapmaq biraz çətindir. İkinci əl avtomobil almaq istəyənləri, xüsusən də, bu birinci maşın olacaqsa, ən çox narahat edən məsələ seçimdə aldanmamaqdır. Çünki, bazarda kifayət qədər aşmış, problemli, yürüşü çəkilmiş avtomobil "bezkraska", "ideal", "otur sür" adıyla alverçilər tərəfindən təqdim edilir.

Bəs avtomobil alarkən nələrə diqqət etməliyik?

Avtomobil alarkən diaqnostika mütləqdir. Bunun üçün minimum 30 manat lazımdır. Hər bəyəndiyimiz avtomobili yoxlatdırmaq üçün xərc çəkib, sonra da almasaq əlimizdə pul qalmaz. Buna görə də diaqnostikaya ehtiyac olmadan avtomobili özünüz necə yoxlaya biləcəyinizi təqdim edirəm:

- İlk növbədə avtomobilin dövlət qeydiyyat nişanını Google axtarış sisteminə yazın. Bu zaman avtomobilin keçmişində ağır qəzası olubsa və ya kimsə əvvəllər hansı qiymətə satışa çıxarıbsa elan saytlarında görünməsi ehtimalı böyükdür. Lakin, bu zaman hər hansı məlumatın çıxmaması avtomobilin qəzasız olduğu mənasına gəlmir.

- Avtomobilin ön şüşəsində və ya sürücü qapısındakı VİN kodu götürün. Bu kodla avtomobil haqqında bütün məlumatları almaq mümkündür. Bəzən sadəcə kodu Google-a yazaraq avtomobilin əvvəlki halının şəkillərini görmək, nə cür qəzaya düşdüyü, başına nə iş gəldiyini bilmək olur. Əgər bu fotoları görəndən sonra da almağa qərarlısınızsa onda 5 azn ödəniş edərək "Carfax" vasitəsi ilə xarici sığorta bürosundan tam ətraflı məlumat ala bilərsiniz. 

- Avtomobilin çölünün və salonununun görünüşünə aldanmayın. Əyləşdikdən sonra mühərriki işə salıb, 1,2 dəqiqə ərzində mühərrikin səsinə qulaq asın. Hər hansı xırıltı, çıkkıltı, qeyri-müntəzəmlik, takkıltı, cüyültü eşitdikdə avtomobilin nə probleminin olduğunu soruşun. Belə səslər gələn mühərrikli avtomobili alsanız sizin üçün çox xərcli ola bilər.

- Avtomobilin sürətlər qutusu ən baha təmir olunan hissələrindən biridir. Ona görə də sürətlər qutusunun yoxlanılması mütləqdir. Bunun üçün sadəcə əyləcə basaraq bir neçə dəfə "D" və "R" rejiminə keçirin, bu zaman avtomobildə arxadan sizi vururmuş kimi hissi versə, o avtomobilin sürətlər qutusunda problem var deməkdir.

- Avtomobil ehtiyat hissələri arasında bahalı olan detallardan biri də kondisionerin kompressorudur. Bu səbəbdən də kondisionerin işləyib-işləməməsini mütləq soruşun, qoşub yoxlayın, kondisoner açıq ikən mühərrikin səsinə yenidən nəzər yetirin. Kondisioner soyuq vurmasa satıcının "yəqin qazı bitib" yalanına aldanmayın.

- Avtomobilin yuxarıda sadalanan hissələrində hər hansı problem yoxdursa, banını nəzərdən keçirin. Faraların birləşdiyi yerlər, qapıların kənarları, təkərlə qanadlar arasındakı məsafə, kapot ilə buferin birləşən yeri, baqajda aşkar zədə izləri gördükdə onu almaqdan çəkinin.

- Avtomobilin lyuku varsa salona su axıdıb-axıtmadığını soruşun, hətta, imkanınız olsa bir butulka su ilə yoxlayın.

- Avtomobilin qeydiyyat şəhadətnaməsindəki nömrələr ilə ban və mühərrik nömrəsini yoxlayın. Mühərrik nömrəsinin olmaması və ya uyğunsuz olması sənədləşmə zamanı sizin üçün problem yarada bilər.

- Yuxarıda sadalanan hissələrlə bağlı hər hansı problem yoxdursa avtomobil ilə test yürüşünə çıxın, sükanı tam sağa və tam sola çevirərək gələn səslərə fikir verin, mümkün qədər nahamar yerlərlə sürün ki, avtomobilin asqı sistemində hər hansı nasazlıq varsa səs ilə özünü aşkar biruzə versin.

- Əyilib avtomobilin altında asqı yaylarına, pasına, çürüyünə, qanadaltıların vəziyyətinə, yağ axıdan yerinin olub-olmamasına baxın.

- Sürücüdən avtomobili niyə satmaq istədiyini soruşun. Şübhəli cavablar verməsi sizi böyük xərclərdən xilas edə bilər.

Bu qeyd etdiklərim üçün hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Sadəcə göz vasitəsi ilə keçirilən baxışla avtomobili alıb-almamaq barədə qərara gələ bilərsiniz. Əgər yuxarıda qeyd edilən yoxlamalardan uğurla keçmiş bəyəndiyiniz avtomobil tapmısınızsa onda xüsusi diaqnostika mərkəzlərinə aparıb ciddi yoxlanışdan keçirməyiniz tövsiyə olunur.

Avtomobilin qəzalı olması, rənglənməsi, mühərrikinin yığılması, dəyişdirilməsi, hər hansı detalının dəyişdirilməsi onun sürüşünə ciddi təsir etmir. Sadəcə olaraq bu kimi işlər görülmüş avtomobillərin bazar qiyməti digərlərindən aşağı olur, alıcı tapmaq çətinləşir. Çalışın əvvəldən diqqətli olun ki, itkiləriniz minimum olsun.

Bəxtiyar Umarlı Son.az

20 dərəcə isti, duman, külək... like
  • 22 Noy 13:07  
Digərləri 20 dərəcə isti, duman, külək...

Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bu "kruqa" girməyin like
  • 22 Noy 13:05  
Digərləri Bu "kruqa" girməyin

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "Ukrayna da

arrow Ətraflı
Sahil Babayev sabiq direktora vəzifə verdi like
  • 22 Noy 13:03  
Digərləri Sahil Babayev sabiq direktora vəzifə verdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) s

arrow Ətraflı
"Dövlətin pulu iki fırıldaqçı arasında bölüşdürülür" like
  • 22 Noy 13:00  
Digərləri "Dövlətin pulu iki fırıldaqçı arasında bölüşdürülür"

"Büdcə layihəsində ünvanlı sosial yardım üçün 457,3 milyon manat

arrow Ətraflı
Azərbaycanda Türkiyədən eşşəkləri kim alır? like
  • 22 Noy 12:55  
Digərləri Azərbaycanda Türkiyədən eşşəkləri kim alır?

Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal

arrow Ətraflı
Ağır qəza like
  • 22 Noy 12:50  
Digərləri Ağır qəza

İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər öl�

arrow Ətraflı
Azərbaycanda festival keçirləcək like
  • 22 Noy 12:44  
Digərləri Azərbaycanda festival keçirləcək

Özbəkistanda keçirilən "İpək Yolu üzərində turizm" mövzusuna

arrow Ətraflı
İşğalçı Ermənistanın silahlandırılması cinayətdir – like
  • 22 Noy 12:24  
Siyasət İşğalçı Ermənistanın silahlandırılması cinayətdir –

Ermənistanın Fransa, Hindistan və digər şər ölkələri tərəfindən küt

arrow Ətraflı
"WhatsApp" dan göndərilən səslərdən bezənlərə şad xəbər like
  • 22 Noy 12:20  
Digərləri "WhatsApp" dan göndərilən səslərdən bezənlərə şad xəbər

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" səsl

arrow Ətraflı
50 milyonluq qızıl qalmaqalı Türkiyəni silkələdi: like
  • 22 Noy 12:11  
Dünya 50 milyonluq qızıl qalmaqalı Türkiyəni silkələdi:

İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsi

arrow Ətraflı
Məşhur şirkət çökür  maaşları və iş saatını azaldır  FOTO like
  • 22 Noy 11:50  
Digərləri Məşhur şirkət çökür maaşları və iş saatını azaldır FOTO

Alman şirkəti "Bosch" 2025-ci ilin mart ayından etibarən Almaniy

arrow Ətraflı
Generaldan AÇIQLAMA: Qazaxda kameralar quraşdırılıb like
  • 22 Noy 11:36  
Digərləri Generaldan AÇIQLAMA: Qazaxda kameralar quraşdırılıb

Azərbaycan-Ermənistan şərti sərhəddində yerləşən, uzun müddət Ermən

arrow Ətraflı
Xalq artistinin evini almaq üçün növbə yarandı like
  • 22 Noy 11:28  
Şou-biznes Xalq artistinin evini almaq üçün növbə yarandı

SSRİ Xalq artisti Sofiya Rotarunun satışa qoyduğu Moskvadakı mənzilinə h�

arrow Ətraflı
Məhkəmə polkovnikin zabit oğlu ilə bağlı qərar verdi like
  • 22 Noy 11:17  
Digərləri Məhkəmə polkovnikin zabit oğlu ilə bağlı qərar verdi

Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polk

arrow Ətraflı