QAİ Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edib
Siyasət 30 Avq 2023 09:56:00 375 0
Qərbi Azərbaycan İcması 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı bəyanat yayıb.
Bu xəbəri də oxu: Berbokun COP29 şousu:
İcmadan Son.az-a daxil olan bəyanata görə, Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşüb.
Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda və "Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya"da təsbit edilib.
Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.
Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, məcburi itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Bu gün Milli Məclisin deputatlarının tətili başa çatır.
Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Tü
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda h
30 avqust - 1995-ci ildə ümumxalq referendumunda Qazaxıstan Respublikasının
Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan verili
Təyyarə qəzasında həlak olan "Vaqner" özəl hərbi şirkətinin
Seçicilərin 80 %-dən çoxu ABŞ-dəki demokratiyanın vəziyyətindən naraha
Somnoloqlar tez yuxuya gedə bilməyin metodlarını açıqlayıb.
Bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda
17 yaşlı qızın ölümü ilə bağlı təfərrüat üzə çıxıb.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
Rusiyanın paytaxtı Vnukovo və Domodedovo hava limanlarında "Xalça"