Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib


Siyasət 29 Avq 2023 21:19:00 257 0

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.

Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.

Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.

Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.

Şakiraya xüsusi mükafat like
  • 29 Avq 21:15  
Şou-biznes Şakiraya xüsusi mükafat

Son zamanlar futbolçu Jerar Pike ilə ayrılması ilə gündəmə gələn kolum

arrow Ətraflı
Azərbaycanda alimlər itkin düşdü like
  • 29 Avq 21:07  
Digərləri Azərbaycanda alimlər itkin düşdü

Alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin d�

arrow Ətraflı
Rəsədxana: Günəşdə ləkələrin sayı azalıb like
  • 29 Avq 21:00  
Digərləri Rəsədxana: Günəşdə ləkələrin sayı azalıb

Günəşdə ləkələrin sayı azalıb, hal-hazırda Günəşin səthində 5 lə

arrow Ətraflı
Qızıl mədəni çökdü: azı 3 nəfər öldü  FOTO like
  • 29 Avq 20:54  
Digərləri Qızıl mədəni çökdü: azı 3 nəfər öldü FOTO

Əfqanıstanın şimal-şərqində yerləşən Taxar əyalətində qızıl məd�

arrow Ətraflı
Şəkidə 2 kəndi su basdı  VİDEO like
  • 29 Avq 20:48  
Digərləri Şəkidə 2 kəndi su basdı VİDEO

Şəkiyə leysan yağıb, iki kəndi sel suları basıb.

arrow Ətraflı
Avropa Məhkəməsi Vaqif Xaçaturyanla bağlı Ermənistanın müraciətini rədd etdi like
  • 29 Avq 20:42  
Siyasət Avropa Məhkəməsi Vaqif Xaçaturyanla bağlı Ermənistanın müraciətini rədd etdi

Avropa Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə

arrow Ətraflı
Naxçıvanda əkin sahələri su altında qalıb  VİDEO like
  • 29 Avq 20:36  
Digərləri Naxçıvanda əkin sahələri su altında qalıb VİDEO

Naxçıvanda yağan güclü yağış selin yaranmasına səbəb olub.

arrow Ətraflı
Üç bürcə çətinliklər və uğursuzluqlar barədə XƏBƏRDARLIQ like
  • 29 Avq 20:30  
Digərləri Üç bürcə çətinliklər və uğursuzluqlar barədə XƏBƏRDARLIQ

Sentyabr üç bürc əlaməti üçün çətin ay ola bilər. 

arrow Ətraflı
Qızıl Aypara Cəmiyyətinin əməkdaşları AğdamXankəndi yolunda gecələyəcəklər  VİDEO like
  • 29 Avq 20:22  
Siyasət Qızıl Aypara Cəmiyyətinin əməkdaşları AğdamXankəndi yolunda gecələyəcəklər VİDEO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının A�

arrow Ətraflı
AğdamXankəndi yolunda çadırlar qurulur  FOTO  VİDEO like
  • 29 Avq 20:16  
Siyasət AğdamXankəndi yolunda çadırlar qurulur FOTO VİDEO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni

arrow Ətraflı
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ like
  • 29 Avq 19:54  
Digərləri Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

arrow Ətraflı
Mübahisənin ACI SONU  Bıçağı dostunun sinəsinə sancdı  Biləsuvarda CİNAYƏT like
  • 29 Avq 19:48  
Kriminal Mübahisənin ACI SONU Bıçağı dostunun sinəsinə sancdı Biləsuvarda CİNAYƏT

Biləsuvarda dostlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələn

arrow Ətraflı
Laçından olan daha 13 ailə doğma yurduna qovuşub  FOTO like
  • 29 Avq 19:42  
Siyasət Laçından olan daha 13 ailə doğma yurduna qovuşub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu

arrow Ətraflı
DİQQƏT! Bu qida sümükdəki kalsiumu azaldır like
  • 29 Avq 19:30  
Digərləri DİQQƏT! Bu qida sümükdəki kalsiumu azaldır

Diyetoloq Lisa Riçards sümüklərdəki kalsiumu azaldan qidaları açıqlayıb

arrow Ətraflı