Terrorçu Rusiyanı qanda boğmaq istəyir


Siyasət 24 İyn 2023 12:39:00 203 0

Terrorçu Rusiyanı qanda boğmaq istəyir

"Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlər alıb və hazırda Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda əlavə anti-terror tədbirləri tətbiq edilir. Rostov-Don şəhərində vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Rostovda situasiya mürəkkəbdir, mülki və hərbi qurumların fəaliyyəti əngəllənir.

Mən Rusiyanın Prezidenti və Ali Baş Komandan kimi, Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm.

Hərbi qiyamı təşkil edən və hazırlayan, silahdaşlarına silah qaldıran Rusiyaya xəyanət etdilər. Buna görə cavab verəcəklər. Mən isə bu cinayətə sürüklənənləri ölümcül və faciəvi, bənzərsiz səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə - cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində belə dedi.

O, "Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin davranışını xəyanət, dövlətin və ölkənin maraqlarına qarşı çıxmaq, satqınlıq kimi dəyərləndirdi.

Yəni Priqojinin son bəyanatları və əməlləri Vətənə xəyanət elan edildi.

"Rusiyada nə baş verir?" sualına cavab aranır.

Priqojin 25 min hərbçiyə rəhbərlik edir. O, Rusiyanın ən böyük, ən döyüşkən hərbi birləşməsinin rəhbəridir və dünənədək Putinə sonsuz sədaqətindən fasiləsiz danışan şəxs silahlı qiyama başlayıb.

"Vaqner"in rəhbəri ilk əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ordu generalı, Baş Qərargah rəisi Valeri Geramisovun vəzifədən kənarlaşdırılmasını, həbsini tələb edirdisə, indi ümumiyyətlə, hakimiyyətin "yarıtmaz və yararsız" olduğunu deyir.

Rusiya daxilində Priqojini dəstəkləyənlər də az deyil, onu düşmən və xain sayanlar da.

Yevgeni Priqojin terrorçudur, cinayətkardır. O, dünyanın müxtəlif yerlərində minlərlə günahsız insanın ölümündə, "Vaqner"in murdar əməlləri barədə həqiqətləri yazmaq, göstərmək və danışmaq istəyən jurnalistləriin qətlinə fərman verən yaramazdır.

Böyük soydaşımız Heydər Camalın oğlu Orxan Camal bir qrup jurnalistlə Mərkəzi Afrika Respublikasına yollanaraq "Vanqer"in cinayətlərini araşdırmağa hazırlaşanda məhz Priqojinin göstərişi ilə güllələnmişdi.

44 günlük İkinci Qarabağ Müharibəsi günlərində də "Vaqner" ermənilərin tərəfində, bizə qarşı döyüşməyə hazır olduğunu bir neçə dəfə üstüörtülü şəkildə bəyan etmişdi.

İndisə Priqojin Kremlə müharibə elan edib.

Bəli, məhz belə. Çünki hazırda Rusiyada yaşananlar Moskva tərəfindən rəsmən açıqlanmasa da, terrorçunun və hərbi cinayətkarın başçılıq etdiyi, son günlərədək dövlət tərəfindən hər cür himayə və dəstək görən özəl hərbi şirkətin dövlətə qarşı çıxması, hakimiyyəti devirmək istəyidir.

Diskussiyalar və refleksiyalar fərqli ola bilər, çox ola bilər.

Lakin danılmaz həqiqət təkdir: "Vaqner" Rusiyanın Ali Baş Komandanını, dövlət başçısını hədəfə alıb. "Şoyqu cəzasını almalıdır, Gerasimov həbs olunmalıdır" kimi çığırtılar və hayqırtılar sadəcə, primitiv təlxəklikdir - əsas məqsəd Rusiyada silahlı qiyamı gerçəkləşdirərək hakimiyyətin qanla, döyüşlərlə, silahla dəyişmək niyyətidir.

Yevgeni Priqojin terrorçu, ekstremist və hərbi cinayətkar olmaqla yanaşı, xain və satqındır.

Putin isə Priqojinin şantajlarına boyun əyməyəcəyini nümayiş etdirdi, silahlı qiyamı yatıracağını dedi.

İndi əsas məsələ Priqojini ön plana çıxaranların əsl niyyətlərini araşdırmaq, Rusiyada vətəndaş müharibəsi yaratmaq istəyənlərin planlarının miqyasını və strateji niyyətlərinin dərinliyini aşkarlamaqdır.

Rusiyanın dövlət təhlükəsizlik, hüquq-mühafizə orqanları və ordusu qiyama qarşı nə qədər qətiyyətli, sərt olacaqlar?

Hələlik təşəbbüs Priqojindədir. 

Onun növbəti addımı "inqilabın başlanması və hakimiyyətin dəyişdirilməsinin zərurəti" ilə bağlı açıqlamalar olacaq. 

Bu səbəbdən yaxındakı iki gün Rusiya üçün həlledici, taleyüklüdür. 

"Vaqner" Moskvanı ələ keçirməyə, Rusiya paytaxtını kontrol altına almağa çalışacaq.

Əks təqdirdə Priqojinin silahlı qiyam cəhdinin heç bir mənası yoxdur.

Yevgeni Priqojinin indiyədək dediklərinin, bundan sonra söyləyəcəklərinin məzmunu onun mahiyyətini dəyişməyəcək.

Bu adam hərbi cinayətlərinə görə məsuliyyət daşımalı, ədalət məhkəməsi qarşısında duraraq ən ağır cəzanı almalıdır.

Ən azı Afrika ölkələrində və Ukraynada "Vaqner"in törətdiyi vəhşiliklərə görə...

Elçin Alıoğlu Son.az

İki gün əvvəl arvadı ölən kişi intihara cəhd etdi like
  • 24 İyn 12:36  
Kriminal İki gün əvvəl arvadı ölən kişi intihara cəhd etdi

İsmayıllıda iki gün əvvəl həyat yoldaşı ölən kişi intihara cəd edib

arrow Ətraflı
Düşmən Naxçıvan istiqamətində mövqelərimizi like
  • 24 İyn 12:26  
Siyasət Düşmən Naxçıvan istiqamətində mövqelərimizi

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bö

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycanla Pakistan arasında münasibətlər intensivləşir” like
  • 24 İyn 12:25  
Siyasət Kamaləddin Qafarov: “Azərbaycanla Pakistan arasında münasibətlər intensivləşir”

"Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hə

arrow Ətraflı
"Vaqner" bölmələri Voronejdən şimala irəliləyir, hədəf Moskvadır like
  • 24 İyn 12:14  
Dünya "Vaqner" bölmələri Voronejdən şimala irəliləyir, hədəf Moskvadır

"Yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Ru

arrow Ətraflı
Priqojin Putinə meydan oxudu, onu devirmək niyyətini açıqladı like
  • 24 İyn 12:05  
Dünya Priqojin Putinə meydan oxudu, onu devirmək niyyətini açıqladı

"Vaqner" Putinin xalqa müraciətnə cavab olaraq bəyanat yayıb.

arrow Ətraflı
İranda futbolçu öldürüldü like
  • 24 İyn 12:04  
Dünya İranda futbolçu öldürüldü

İranın "Mes Kerman" futbol klubunun gənclər komandasının qapıç

arrow Ətraflı
Azad edilmiş ərazilərdə 39 avtomobil tuneli inşa edilir like
  • 24 İyn 11:52  
Digərləri Azad edilmiş ərazilərdə 39 avtomobil tuneli inşa edilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan

arrow Ətraflı
Qırmızı Ürəklərin iştirakı ilə Şabranda 4 hektar meşəlik ərazi təmizlənib like
  • 24 İyn 11:34  
Digərləri Qırmızı Ürəklərin iştirakı ilə Şabranda 4 hektar meşəlik ərazi təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə

arrow Ətraflı
Bakıda qadın sürücünün törətdiyi qəzanın görüntüləri like
  • 24 İyn 11:30  
Digərləri Bakıda qadın sürücünün törətdiyi qəzanın görüntüləri

Xəbər verdiyimiz kimi, dünən saat 04 radələrində Bakıda moped sürücüs

arrow Ətraflı
“Vaqner”in ələ keçirdiyi Rusiya əraziləri like
  • 24 İyn 11:19  
Dünya “Vaqner”in ələ keçirdiyi Rusiya əraziləri

"Vaqner"in ələ keçirdiyi ərazilərin ilk xəritəsi yayılıb.

arrow Ətraflı
RostovMoskva avtomobil yolu bağlandı like
  • 24 İyn 11:14  
Dünya RostovMoskva avtomobil yolu bağlandı

Rostov-Moskva avtomobil yolu bağlanıb.

arrow Ətraflı
Putin Priqojinin əməllərini xəyanət adlandırdı: "Cavab verəcəklər!" like
  • 24 İyn 11:08  
Dünya Putin Priqojinin əməllərini xəyanət adlandırdı: "Cavab verəcəklər!"

Rusiya Prezidenti Vladimir Putin Vaqner rəhbəri Yevgeni Priqojinin əməlləri

arrow Ətraflı
Abşeronda bir gündə 147 sürücü cərimələnib like
  • 24 İyn 10:56  
Digərləri Abşeronda bir gündə 147 sürücü cərimələnib

Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam e

arrow Ətraflı
Moskva və Voronejdə bütün kütləvi tədbirlər ləğv olunub like
  • 24 İyn 10:49  
Dünya Moskva və Voronejdə bütün kütləvi tədbirlər ləğv olunub

Rusiyanın Moskva və Voronej şəhərlərində bütün kütləvi tədbirlər l�

arrow Ətraflı