Təbiət bölgələrdə "şıltaqlıq" etməkdə davam edir...
Digərləri 17 İyn 2023 16:48:00 281 0
Güclü külək nəticəsində yevlaxın küçə və prospektlərində binaların dam örtüyü uçub, avtomobillərə ziyan dəyib, elektrik enerjisinin verlişində fasilələr yaranıb.
Bu xəbəri də oxu: Qan qrupuna görə xəstəlik riskləri açıqlandı
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, ildırım çaxması nəticəsində hərəkətdə olan avtomobil yaxınlıqdakı dirəklərə çırpılaraq əzilib. Şəhərin Qanboy Quliyev, Qarxunlu Əşrəfbəy küçələrində yerləşən binaların dam örtüyü dağılıb.
Həmçinin Bakı-Qazax yolunun şəhər ərazisindən keçən hissəsində yerləşən avtoservis binasının dam örtüyü güclü küləyə tab gətirməyərək magistrala düşüb.
Yaranmış fəsadların aradan qaldırılması üçün əraziyə Yevlax Rayon İcra hakimiyyəti və Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb edilib.
Ötən gecə yağışla müşahidə edilən güclü külək Mingəçevir şəhərində də fəsadlar törədib. Şəhərin bir neçə küçə və prospektində aşan ağaclar elektrik naqillərini qırıb. Evlərin işıqla təchizatında problemlər yaranıb. 20 yanvar küçəsində iki böyük çinar ağacı aşaraq minik avtomobilin üzərinə düşüb.
Küləyin yaratdığı fəsadlar adiyyatı qurum əməkdaşları tərəfindən aradan qaldırılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bəzi abonentlər evdə istifadə etdikləri internetin sürətinin provayderlə
"Həyat yoldaşım Ədalət Hacıyevlə 1985-ci ildə tanış olub, 1988-cu
İspaniyanın qərbində yerləşən Alikante liman şəhərinin çimərliyində
Türkiyəyə qarşı olan ixrac məhdudiyyətləri qəbuledilməzdir.
"İndi gözəl komediya filmləri çəkilir. Teatrlarda gözəl tamaşalar
İyunun 16-da Heydər Əliyev Fondu, Azərbaycan Diasporuna Dəstək Fondu, Azə
Böyük Britaniyanın Uayt adasında əvvəllər məlum olmayan dinozavr növün
İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və La
"Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan və Azə
"Cinema Plus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə b
2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin
Lənkəranda bir ailənin beş üzvü zəhərlənib.