Rüstəm Minnixanov: "Tatarıstan və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın davamlı inkişafına ümid edirik"
Siyasət 17 İyn 2023 12:16:00 272 0
"Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın davamlı inkişafına ümid edirik".
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Rusiyanın Tatarıstan Respublikasının rəisi, "Rusiya-İslam dünyası" Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü münasibətilə Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin. Doğma ölkənizin hərtərəfli inkişafı, onun iqtisadi gücünün və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsi naminə quruculuq yolunda Sizə, qardaş Azərbaycan xalqına səmimi-qəlbdən daimi uğurlar arzu edirik. Qoy, Azərbaycan dövlətçiliyinin banilərinin ideyaları və təcrübəsi bundan sonra da cəmiyyətin birləşməsinə xidmət etsin, ölkə vətəndaşlarını böyük işlərə ruhlandırsın, Azərbaycan Respublikasının inamlı və firavan gələcəyinin formalaşdırımasında dayaq olsun!
Bizim konstruktiv qarşılıqlı fəaliyyətimizin nəticələrinin Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin gücləndirilməsinə, bütövlükdə ümumi sülhün möhkəmləndirilməsinə mühüm töhfə olduğuna inanırıq.
Sizə, Sizin yaxınlarınıza və gözəl ölkənizin bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram".
Son.az
"Cinema Plus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə b
2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin
Lənkəranda bir ailənin beş üzvü zəhərlənib.
"O vaxtı normal düşüncəm olsaydı, mən indi müğənni olmazdım, sə
"Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtl
Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı
8-9 iyun tarixlərində Astana Beynəlxalq Forumuna (AIF 2023) uğurla ev sahibl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Ş
Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixano
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini ke