Biçilmiş sahələri yandıran şəxslərə
Digərləri 17 İyn 2023 11:20:00 286 0
"Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtləşdirilə bilər".
Bu xəbəri də oxu: Lombardlar insanları belə aldadır: Diqqətli olun
Son.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son illərin statistikasına əsasən, Azərbaycanda biçənək sahəsinin istifadəçiləri yanlış təsəvvürlə həmin əraziləri yandırmaqla oradakı zərərvericiləri məhv etməyi düşünürlər: "Halbuki onlar bu addımla torpağın münbit qatını məhv edirlər. Bu kimi yanğınlar sonradan meşə yanğınları ilə nəticələnir. Onsuz da ölkəmiz az meşəsi olan ölkədir".
H.Əlizadə vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib: "Belə hallara yol verən biçənək sahiblərinə münasibətdə sərt cəza tədbirləri görüləcək. Onlara verilən subsidiyalar geri alına, müvəqqəti sahələrlə əlaqəli icarə müqavilələri ləğv edilə bilər. Hətta onların məsuliyyətsizliyi meşə yanğınlarına səbəb olsa, onlarla bağlı cinayət işinin başlanılması da planda var".
Qurum rəsmisi həmçinin əlavə edib ki, Azərbaycanda tullantıların idarəolunması səviyyəsi çox da yüksək deyil: "Hər bir insan tullantılarla davranışda böyük məsuliyyət hiss etməlidir. Ətraf mühitin tullantılardan təmizlənməsi həm də yay mövsümündə baş verən yanğınlardan mühafizə üçün çox vacibdir. Ötən illər baş verən yanğın hadisələrinin 90-95 %-i bilərəkdən ya da ehtiyatsızlıq səbəbindən baş verib".
Son.az
Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı
8-9 iyun tarixlərində Astana Beynəlxalq Forumuna (AIF 2023) uğurla ev sahibl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Ş
Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixano
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini ke
"XX əsrin 70-ci illərindən Azərbaycan xalqının mədəni həyatı yeni
Heydər Əliyev Mərkəzində dünya şöhrətli Vyana Kamera Orkestrinin konser
Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 say
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələdən sağ çıxan sakinin
Türkiyənin cənub-şərqində İraqla sərhədə yaxın ərazidə yeni neft ya
NASA-nın (ABŞ-ın Milli Kosmos İdarəsi) "Kassini" zondonun əldə
Kiprdə anadan olan 26 yaşlı model Sofiya Hacıpanteli müxtəlif təsirlərə