Polislə insident yaşayan iş adamı ilə bağlı məhkəmə
Digərləri 17 İyn 2023 12:15:00 321 0
"Cinema Plus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə bir müddət əvvəl polislə insident yaşamışdı.
Bu xəbəri də oxu: Azərbaycanda bu məhsul kəskin bahalaşa bilər
Son.az xəbər verir ki, məhkəmənin qərarıilə bağlı iş adamı özünün sosial şəbəkə hesabında məlumat yayıb:
"Yəqin ki, mətbuatda mənimlə polis arasında insident olduğu məzmunlu xəbərlərlə rastlaşmısınız. Bu barədə çox soruşanlar olsa da heç kimə hər hansı bir açıqlama verməmişdim. Öncəliklə qeyd edim ki, mən heç bir qanun pozuntusuna yol verməmiş, həmin gün üçün xüsusi icazə tələb edilən əraziyə keçməyi nəzərdə tutan müvafiq buraxılış vərəqəm (icazəm) var idi. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər məhkəməsi və Sumqayıt Apellyasiya məhkəməsi xeyrimə qərar çıxardı və qanun pozuntusuna yol vermədiyim sübut edildiyi üçün inzibati xəta üzrə icraata xitam verildi.
Bu minvalla ədalətli qərar üçün Sumqayıt şəhər və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə, xüsusilə vəkilim İsrafil Əliliyə dərin təşəkkürümü bildirirəm. Kiçik bir anlaşılmazlıq oldu və bu məsələdə bəzi şəxslər təəssüf ki, həqiqətə uyğun olmayan məlumatlar yaydırmaqla bərabər məni də təxribata çəkmək istədilər. Lakin istədiklərinə nail olmadılar. Çünki mən dövlətimizi çox sevir və məsuliyyətli bir vətəndaş olaraq qanunlarımıza hörmətlə yanaşıram.
Hər bir Azərbaycan vətəndaşı kimi, mən də hüquq-mühafizə orqanlarımızla və bununla yanaşı polis əməkdaşlarımız ilə qürur duyuram. Məhz onların əvəzsiz və fədakar fəaliyyətinə görə sabit və təhlükəsiz ölkədə yaşayırıq".
Son.az
2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin
Lənkəranda bir ailənin beş üzvü zəhərlənib.
"O vaxtı normal düşüncəm olsaydı, mən indi müğənni olmazdım, sə
"Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtl
Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı
8-9 iyun tarixlərində Astana Beynəlxalq Forumuna (AIF 2023) uğurla ev sahibl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Ş
Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixano
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini ke
"XX əsrin 70-ci illərindən Azərbaycan xalqının mədəni həyatı yeni