Brilliant: "Həyat yoldaşımın həddindən artıq təmizkarlığı məni əsəbləşdirir"
Şou-biznes 17 İyn 2023 14:49:00 309 0
"Həyat yoldaşım Ədalət Hacıyevlə 1985-ci ildə tanış olub, 1988-cu ildə ailə qurmuşuq. Bizim bir-birimizə olan sevgimiz, dostluğumuz, ruh əkizi olmağımız olsa da, Ədalətin xasiyyətində elə xüsusiyyətlər var ki, onlara çox əsəbləşirəm. O həddindən artıq təmizkardır".
Bu xəbəri də oxu: Safura mərhum qayınatasını paylaşdı
Son.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Sənətçi həyat yoldaşı Əməkdar incəsənət xadimi Ədalət Hacıyevin həddindən artıq təmizkar olmasından gileylənib:
"Əslində həddindən artıq sözünü sevmirəm. Çünki heç nə həddindən artıq olmur. Amma bu təmizkarlıq həddindən artıq olanda artıq mən susuram. Danışmıram, çünki artıq öyrəşmişəm bunlara. Deyir ki, Brilliant xanım, artıq belim ağrıyır. Evdə əşyaların yerlərini dəyişir. Özü də bundan yorulur, ustaları da çağırır. Evimiz muzey kimi təmizdir. Mən onların evlərinə gedəndə də elə idi.
Ədalətin özü də anası da çox təmizkardır. Bəlkə də Ədalət başqa cür olsaydı, onunla yaşaya bilməzdim. Mən evdə siqaret çəkən, spirtli içki içən kişi ilə yaşaya bilməzdim. Bir sözlə, bağrım çatlayardı".
B.Dadaşova bildirib ki, oğulları Cahada görə tez-tez həyat yoldaşı ilə mübahisələri düşür:
"Biz Ədalətlə oğlumuz Cahadın üstündə çox mübahisələr edirdik. O heç zaman Cahadı cəzalandırmırdı. Evdə bir mən pis olurdum. Cahadı yalnız mən cəzalandırırdım. Atası isə ona hər şeyi icazə verirdi. Ona görə mübahisələrimiz düşürdü". Son.az
İspaniyanın qərbində yerləşən Alikante liman şəhərinin çimərliyində
Türkiyəyə qarşı olan ixrac məhdudiyyətləri qəbuledilməzdir.
"İndi gözəl komediya filmləri çəkilir. Teatrlarda gözəl tamaşalar
İyunun 16-da Heydər Əliyev Fondu, Azərbaycan Diasporuna Dəstək Fondu, Azə
Böyük Britaniyanın Uayt adasında əvvəllər məlum olmayan dinozavr növün
İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və La
"Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan və Azə
"Cinema Plus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə b
2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin
Lənkəranda bir ailənin beş üzvü zəhərlənib.
"O vaxtı normal düşüncəm olsaydı, mən indi müğənni olmazdım, sə
"Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtl